denti İlham Əliyevin sərəncamı ilə Gəray Gəraybəyli
Azərbaycan Tibb Universitetinə rektor təyin olunub.
Səhiyyə na-
ziri Oqtay
Şirəliyev Gəray
Gəraybəylini
Tibb Universite-
tinin kollektivinə
təqdim edib.
Gəray
Çingiz
oğlu Gəraybəyli
1967-ci ildə Bakı
şəhərində anadan
olub.
1984-cü
ildə orta məktəbi
qızıl medalla bi-
tirib və həmin
ildə Azərbaycan
Dövlət Tibb İnstitutuna (indiki ATU) daxil olub. 1992-ci ildə
Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə
bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Uni-
versitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü
ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə
qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayın-
dan Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının
müdiri vəzifəsində çalışır.
1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq disser-
tasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə isə
professor elmi adına layiq görülüb.
60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-
metodik, 3 metodik tövsiyənin, 4 tətbiq edilmə aktının və
1 səmərələşdirici təklifin müəllifidir. O, dəfələrlə beynəxalq
elmi konfranslarda və konqreslərdə iştirak edib. 2001-ci ildə
ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində
Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
2007-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur.
Dostları ilə paylaş: |