Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin



Yüklə 281,35 Kb.
səhifə6/19
tarix28.12.2021
ölçüsü281,35 Kb.
#10048
1   2   3   4   5   6   7   8   9   ...   19
Autizm xəstəliyinə dair 

müzakirələr aparılıb

A

zərbaycan Tibb 

Universitetinin Tədris 

Terapevtik Klinikasında  aprelin 

9-da “1-ci Azərbaycan Autizm 

Paneli” adlı tədbir keçirilib.

  ATU-nun Tədris Cərrahiyyə 

Klinikasının qulaq-burun-boğaz 

şöbəsinin müdiri, uzman-həkim 

Yusif Hacıyev və onun koman-

dasının anadangəlmə eşitmə 

qüsuru olan 1 yaşlı Lalə və 1 yaş 

1 aylıq Turan üzərində apardığı 

əməliyyat uğurla nəticələnib.

“Daxili  qulağın  protezləş-

məsi”  əməliyyatları  sayəsində 

anadangəlmə, eşitmə qabiliy-

yəti  heç  olmayan  uşaqların 

eşitməsi  bərpa  olunur.  ATU-

nun  Tədris  Cərrahiyyə  Klini-

kasında  bu  cür  əməliyyatlar 

mütəmadi olaraq davam edir. 

Bu  əməliyyat  nəticəsində  əlil 

statusunda  olan  uşaqlar  sağ-

lam fərd olaraq cəmiyyətə qa-

zandırılır.  Həmçinin,  əvvəllər 

eşidib-danışan,  lakin  son-

radan  bu  qabiliyyətini  itirən 

xəstələrə  də  bu  əməliyyatı 

tətbiq etmək mümkündür.

  Uzman-həkim Yusif Hacıyev deyir ki, 

bu əməliyyatların uğurlu keçməsi üçün 

əsas  şərtlərdən  biri  xəstələrin  müm-

kün qədər tez - 4 yaşa qədər müraciət 

etməsidir:  “Hazırda  əməliyyat  etdiyi-

miz  uşaqlar  1  yaş  və  1  yaş  1  aylıqdır. 

Əməliyyatın  bu  dövrdə  keçirilməsinin 

üstünlüyü ondadır ki, biz artıq nitq in-

kişafının  başlanğıcında  bu  körpələrə 

implant cihazı taxmış olduq. Bu uşaq-

lar  artıq  heç  bir  şəkildə  o  biri  uşaq-

lardan  fərqlənməyəcək,  danışığı  da 

gecikməyəcək.  Əminəm  ki,  bu  uşaq-

lar  gələcəkdə  qarşımıza  müəllim, 

mühəndis,  həkim  və  s.  kimi  sənət 

sahələrinə  yiyələnmiş  vətəndaş  olaraq 

çıxacaqlar”.

    Qeyd  edək  ki,  eşitməsində 

anadangəlmə  problem  olan  hər  kəs 

ATU-nin  Tədris  Cərrahiyyə  Klini-

kasına  müraciət  edə  bilər.  Həkim 

Y.Hacıyev  bütün  uşaqların  vaxtında 

eşitmə  müayinəsindən  keçirilməsini, 

vaxtında  həkimə  müraciət  etməsinin 

önəmli olduğunu deyir: “Əgər hər han-

sı  bir  narahatçılıq  müşahidə  olunursa, 

uşaq  vaxtilə  hansısa  bir  ciddi  xəstəlik 

keçiribsə, mütləq eşitmə yoxlanmasın-

dan keçməsi lazımdır”.

Qeyd  edək  ki,  əməliyyat  zamanı 

eşitməyən  uşaqların  qulağına  implant 

daxil  edilir.  Bu  da  körpələrin  rahatlıq-

la eşitməyə və danışmağa başlamasına 

kömək edir.

Tədris Cərrahiyyə Klinikasında 2 uşaq üzərində növbəti 

uğurlu “Koxlear implantasiya” əməliyyatı aparılıb


Yüklə 281,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin