Pərvin ARZUQIZI
Azərbaycanda yüz min-
lərlə insanı narahat edən
xəstəliklə bağlı mühüm
faktlar açıqlandı.
Tədbirin əsas məqsədi mil-
yonlarla insana təsir edən
şəkərli diabet və digər qeyri-
infeksion xəstəliklər haqqında
maarifləndirməni gücləndirmək,
bu cür xəstələrə qayğını artır-
maqdan ibarətdir.
Toplantının əvvəlində son
günlər Azərbaycan Silahlı Qüvvələrinin
apardığı əməliyyat nəticəsində cəbhədə
həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sü-
kutla yad edildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən
ATU-nun Tədris Cərrahiyyə Klinikasının
baş həkimi, dosent Asiman Həsənov bil-
dirdi ki, hər il aprelin 7-si “Ümumdünya
Sağlamlıq Günü”ndə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) yaranması qeyd olunur:
“Bu gün dünya ictimaiyyətinin diqqəti qlo-
bal sağlamlıq üçün böyük əhəmiyyət kəsb
edən bir mövzuya yönəldilir. 2016-cı il di-
abet xəstəliyinə həsr olunub. Diabetin nə
qədər ciddi problem olduğu, insanları nə
qədər narahat etdiyi hər kəsə bəllidir.Ar-
tıq diabet sosial bəlaya çevrildiyindən, biz
də həm tibb işçiləri, həm də cəmiyyətin
üzvləri kimi bu məsələni diqqətdə sax-
lamağa çalışırıq”. Baş həkim bildir-
di ki, şəkərli diabet xəstəliyinin vaxtın-
da aşkar olunması, profilaktik tədbirlərin
aparılması vacibdir. Bu baxımdan,
ictimaiyyətdə maarifləndirmənin daha da
gücləndirilməsinə ehtiyac var.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
icraçı katibinin müavini Səbinə Məhbubi
isə bildirdi ki, diabet xəstəliyinin qarşısı
vaxtında alınmazsa, bu, daha çox insan
itkisinə səbəb ola bilər: “Artıq diabet tibb
sahəsindən sosial bir problemə çevrilib.
Burada təkcə mütəxəssislər işləməli deyil.
Bu məsələdə dövlət strukturları və ictimai
təşkilatlar birgə fəaliyyət göstərməlidirlər”.
O, xəstəliklə bağlı məlumatlandırma
səviyyəsinin artırılmasının vacibliyini də
qeyd etdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
ATU nəzdində yaradılmış İlkin Komitəsinin
sədri Şahrud Əhmədov çıxışı zamanı bil-
dirdi ki, dövlət başçısının sərəncamına
əsasən rayonlarda, bölgələrdə kütləvi
şəkildə müayinələr aparılır: “Fəaliyyətimiz
dövründə dəfələrlə xeyryyə tədbirləri,
konfranslar, qanvermə aksiyaları keçirmi-
şik. Bu missiyamız bundan sonra da uğurla
davam edəcək. ”
Azərbaycan Diabet Liqasının sədri
Yeganə Sultanova şəkərli diabet xəstəliyi
və onun növləri, ölkə daxilində və ümum-
dünya səviyyəsində müalicənin vacibliyi,
müvafiq profilaktik tədbirlərin aparılması
haqqında məlumat verdi. “Azərbaycanda
299 min 377 nəfər şəkərli diabetdən
əziyyət çəkir. Bununla bağlı Azərbaycanda
çox mühüm işlər görülüb, dövlət proq-
ramı və qanunlar qəbul edilib. Lakin
Azərbaycan dövləti və vətəndaş cəmiyyəti
bu istiqamətdə işləri davam etdirir”.
Klinikanın Oftalmologiya şöbəsinin
müdiri Qurban İsmayılov şəkərli diabetin
gözdə yaratdığı problemlərdən danışdı.
Onun sözlərinə görə, diabet xəstəliyinə
görə göz dibində baş verən dəyişikliklərin
qarşısı alınan və alınmayan növləri var.
Təəssüf ki, bəzən diabet xəstələrinin göz
dibində dəyişikliklər 10 ildən sonra özünü
biruzə verir. Bu da problemin vaxtında aş-
karlanmasına mane olur. Buna görə həkim
mütəmadi olaraq göz müayinəsindən
keçməyin vacib olduğunu bildirdi.
Çıxışlar və müzakirələr bitdikdən sonra
tədbirin sonunda iştirakçıların xatirə foto-
su çəkildi.
Tibb Universitetində diabetlə bağlı
geniş toplantı keçirildi
Dostları ilə paylaş: |