Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin


“Diabetli xəstələr ilk gündən insulinlə



Yüklə 281,35 Kb.
səhifə10/19
tarix28.12.2021
ölçüsü281,35 Kb.
#10048
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
“Diabetli xəstələr ilk gündən insulinlə 

müalicə olunmalıdır”

 1950-ci ildən başlayaraq Ümum-

dünya Sağlamlıq Günü hər il aprelin 

7-də müxtəlif mövzular üzrə qeyd 

edilir. Hər il bu günün mövzusu 

Dünya Səhiyyə Təşkilatı (DST) üçün 

prioritet sayılan bir problemi diqqət 

mərkəzinə gətirir.

Ümumdünya 

Sağlamlıq 

Günü 

diqqəti  əsas  ictimai  səhiyyə  məsələlərinə 



yönəltmək üçün qlobal bir imkandır. DST-

nin Avropa bürosu xüsusi tədbirlər keçirir, 

eləcə  də  siyasətçilər  və  digər  tərəfdaşlar 

arasında müzakirələrin aparılmasına şərait 

yaradır.

Builki Ümumdünya Sağlamlıq Günü-

nün  şüarı  belədir:  “Fəal  ol,  sağlam  qida-

lan,  tibbi  məsləhətlərə  riayət  et,  şəkərli 

diabetə qalib gəl”. Bu şüar daha çox fiziki 

fəaliyyət  və  təkmilləşdirilmiş  qidalanma-

nın  təşviqi  kimi  ölkələrin  diabetli  əhalisi 

üçün xəstəliyin riskini azaltmaq məqsədilə 

siyasət səylərinə diqqətin artırılması vacib 

olan sahələri göstərir.

Avropa  regionunda  64  milyon  in-

san  şəkərli  diabetdən  əziyyət  çəkir  və 

xəstəlik hər il minlərlə insanın ölümü ilə 

nəticələnir.  Halbuki  hesablamalara  görə, 

azı onların 20 faizində 2-ci tip şəkərli dia-

bet hallarının qarşısı alına bilər.

2030-cu  ilədək  7-ci  əsas  ölüm 

səbəbinə çevriləcək şəkərli diabet xəstəliyi 

ilə  mübarizə  bu  il  Ümumdünya  Sağ-

lamlıq  Gününün  mövzusudur.  DST-nin 

Avropa  üzrə  regional  ofisinin  direkto-

ru  Jujanna  Cakab  qeyd  edib  ki,  bu  regi-

onun  ölkələri  şəkərli  diabet  xəstəliyinin 

fəsadlarından  əziyyət  çəkirlər.  Eyni  za-

manda,  bu  ölkələrin  səhiyyə  sistemləri 

çox  vaxt  xəstəliyə  nəzarət  etməkdə  və 

onun  fəsadlarını  aradan  qaldırmaqda 

çətinlik çəkirlər. Şəkərli diabet xəstəliyinin 

təhlükəsi bütün cəmiyyətin onu dayandır-

maq  üçün  əsaslı  birgə  səyi  olmayanadək 

davam edəcək.

“Şəkərli diabet üzrə risk amilləri digər 

qeyri-yoluxucu  xəstəliklərin  riskləri  ilə 

yaxından  əlaqəlidir”,  -  deyən  Y.Cakab 

əlavə  edib:  “Şəkərli  diabet  epidemiyasına 

nəzarətin  tək  etibarlı  yolu  insanların  bu 

xəstəliyə yoluxmalarının qarşını almaqdır 

və biz, çox güman ki, vahid bir yanaşma ilə 

buna nail olacağıq. Eyni zamanda, səhiyyə 

sistemləri artıq diabetlə yaşayan milyon-

larla  avropalıya  vəziyyətlərinə  nəzarət 

etmək  və  problemsiz  yaşamaq  üçün 

dəstək məqsədilə çox şey edə bilərlər”.

7 aprel – Ümumdünya Sağlamlıq Günüdür




http://www.amu.edu.az

15 aprel  2016-cı il

6

 Azərbaycanın 



müstəqillik yoluna 

qədəm qoyduğu 1918-

1920-ci illərdə, eləcə 

də Sovet imperiyasının 

çökdüyü XX əsrin 90-

illərində qeyri-de-

mokratik yolla seçilən 

Ermənistan hökuməti 

ordumuzun forma-

laşmadığı dövrlərdə 

ölkəmizə təcavüz 

etmişlər.

Dünyaya 

YUNESKO-


nun  siyahısına  düşən  Nizami 

Gəncəvi,  Məhəmməd  Füzuli 

kimi  ümümbəşəri  dəyərlərin 

daşıyıcıları  olan  korifeyləri 

verən  vətənimizin  20%-i  indi 

separatçı ermənilər tərəfindən 

işğal olunub.

1993-cü  ildən  üzübəri 

BMT  TŞ-nın  erməni  təca-

vüzkarlarının 

Azərbaycan 

ərazisindən  çıxarılması  ilə 

bağlı  qətnamələri  yerinə 

yetirilməyib. Bütün bunlar bi-

zim  xalqımızda  beynəlxalq 

təşkilatlara  olan  ümidlərin 

itirilməsi  hissini  yaradır.  Do-

ğulub  boya-başa  çatdığım 

Kəlbəcər rayonuna 24 ildir ki, 

həsrətəm, o yerlərə ayaq basa, 

əcdadlarımın 

məzarlarını, 

tarixi  abidələrimizi  ziyarət 

edə 


bilmirəm. 

Ziyarət 


məqsədi  ilə  Kəlbəcərə  gedən 

həmyerlilərimiz 

Dilqəm 

Əsgərov,  Şahbaz  Quliyev  öz 

toprpağımızda  erməni  ordu-

su  tərəfindən  əsir  götürülüb, 

həbs cəzasına məruz qalıb.

Kəlbəcərdə 

yerləşən, 

“Karlovi  Varı”ya  bərabər  tu-

tulan “İsti su” müalicəvi suyu 

Azərbaycan  xalqının,  eləcə 

də bəşəriyyətin istifadəsindən 

kənarda qalmışdır.

Sosial-iqtisadi 

inkişaf 


baxımından Cənubi Qafqazın 

lider dövləti olan Azərbaycan 

son  təcavüz  illərində  2015-

ci  il  Avropa  Oyunlarına  ev 

sahibliyi  etdi,  “Avrovizi-

ya”  mahnı  müsabiqəsini 

ölkəmizdə  layiqincə  keçirdi, 

indi isə Formula-1 yarışlarını 

keçirməyə hazırlaşır. 2016-cı 

il  Azərbaycanda  “Multikultu-

ralizm ili” elan olunub. Lakin 

təəssüflə  qeyd  etməliyik  ki, 

bütövlükdə  Zaqafqaziya  re-

gionunun  sivil  dünyaya  in-

teqrasiyası  erməni  xalqına 

rəhbərlik  edən  Ermənistan 

hökumətinin 

təcavüzkar  

siyasəti ucbatından zəifləyir.

Bu  gün  biz  ümum-

milli  lider  Heydər  Əliyevin 

sülhsevər  siyasətini  region-

da həyata keçirən, demokra-

tik  yolla  seçilən  Azərbaycan 

Respublikasının 

Preziden-

ti  İlham  Əliyevin  ətrafında 

monolit  şəklində  birləşərək 

Azərbaycan 

xalqı 


adın-

dan  beynəlxalq  təşkilatları, 

beynəlxalq 

ictimaiyyəti 

erməni  təcavüzünü  pislə-

məyə,  xalqımızın  haqq  işini 

müdafiə etməyə çağırıram!


Yüklə 281,35 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin