Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin



Yüklə 281,35 Kb.
səhifə8/19
tarix28.12.2021
ölçüsü281,35 Kb.
#10048
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
 Aprelin 7-də Azərbaycan Tibb 

Universitetinin Tədris Terapevtik 

Klinikasında “Diabet xəstəliyinə 

qalib gələk” mövzusunda konf-

rans keçirilib. Tədbirdə giriş sözü 

ilə çıxış edən klinikanın direk-

toru, professor Surxay Musayev 

bildirib ki, Səhiyyə Nazirliyi 

tərəfindən “2016-2020-ci illər 

üçün Şəkərli Diabet xəstəliyi üzrə 

Dövlət Proqramı” qəbul edilib. 

Bu sənədə uyğun olaraq, Tədris 

Terapevtik Klinikada da dia-

bet xəstəliyi ilə əlaqədar olaraq 

fəaliyyət proqramı hazırlanıb.

“Nazirliyin  əmrinə  əsasən  ha-

zırlanan  bu  proqramı  klinika-

mızda da müvafiq şöbələrə pay-

lamışıq  və  həkimlərimiz  bundan 

məlumatlıdırlar” .

    Azərbaycan  Endokrinoloqlar 

Elmi  Cəmiyyətinin  vitse-prezi-

denti Babək Saleh şəkərli diabe-

tin  yayılma  statistikası  haqqında 

məlumat  verdi.  Onun  sözlərinə 

görə,  2014-cü  ildə  şəkərli  dia-

bet xəstələrinin sayı 18 yaşından 

yuxarı olan insanlar arasında ar-

tıq  9%  təşkil  edib:  “2012-ci  ildə 

isə  bir  milyondan  çox  insan  bu 

xəstəlikdən  dünyasını  dəyişib. 

Ümumdünya Səhiyyə Təşkilatının 

tədqiqatlarına  əsa sən,  2030-

cu  ildə  şəkərli  diabetdən  vəfat 

edənlərin sayına görə bu xəstəlik 

7-ci  yerdə  qərarlaşacaq.  Aşağı 

və  orta  inkişaf  etmiş  ölkələrdə 

şəkərli diabetdən ölən əhali 80% 

təşkil edir. İnkişaf etmiş ölkələrdə 

isə  bu  xəstəliklə  mübarizə  daha 

aktiv gedir və nəticədə ölüm faizi 

aşağı düşür”.

B.Saleh  qeyd  edib  ki,  böl gə-

lərdə  bu  xəstəliklə  bağlı  əhalini 

maarfləndirməyə  ehtiyac  var. 

Çünki  əhali  arasında  elementar 

mə lu matlar  demək  olar  yox  sə-

viyyəsindədir:  “Onlar  düşü nür-

lər  ki,  insulin  müalicəsi  ən  son 

məqamda  aparılmalıdır.  Halbuki, 

xəstəlik  aşkar  olunduğu  gündən 

insulinlə müalicə olunmalıdır”. 

Respublika  Endokrinoloji  Mər-

kəzdə  “Diabet  pəncəsi  ota ğı”nın 

fəaliyyət göstərdiyini deyən vitse-

prezident bölgələrdə də buna çox 

böyük ehtiyac olduğunu vurğula-

yıb:  “Bölgələrdə,  xüsusən  ucqar 

rayonlardan  elə  xəstələr  gətirilir 

ki,  onlar  tamamilə  ağırlaşmış 

hal da bizə müraciət edirlər. Ona 

görə  də  ucqar  rayonlarda  Dia-

bet  Məktəbinin  fəaliyyət  gös-

tərməsi  çox  mühümdür.  Bu nun 

sayəsində  biz  xəstələrə  nəzarəti 

gücləndirərik  və  nəticədə  bu 

fəsadların qarşısı alınar”.

B.Saleh bu sahədə görülən işlər 

və  qəbul  edilən  sənədlərdən, 

həmçinin planlardan da söz sal-

dı.  Onun  sözlərinə  görə,  bu  il 

dövlət büdcəsindən şəkərli diabet 

xəstəliyi ilə mübarizəyə 40 milyon 

manat  ayrılıb:  “Yaxın  vaxtlarda 

bu xəstələrin elektron qeydiyya-

tı aparılacaq. Belə olduqda, artıq 

xəstələrin  uzaq  yerlərdən  Bakıya 

gəlib hər hansı bir arayışı alma-

sına  ehtiyac  qalmayacaq,  bunu 

elektron qaydada həll edəcəklər”.

B.Saleh qeyd edib ki, çox sürətlə 

inkişaf etsə də, bu xəstəliyin qar-

şısını almaq mümkündür. Sağlam 

həyat tərzi, fiziki hərəkətlərin ar-

tırılması,  tütün  məmulatlarından 

uzaq  durmaq  şəkərli  diabetin 

profilaktikasında  çox  önəmli  rol 

oynayır.


ATU-nun  uşaq  xəstəlikləri  ka-

fedrasının müdiri, professor Ama-

liya Əyyubova bu xəstəliyin uşaq-

lar  arasında  da  geniş  yayıldığını 

vurğulayıb. Xəstəliklə mübarizədə 

valideynləri  diqqətli  olmağa  ça-

ğırıb  və  zamanında  uşaqlarını 

həkimə  göstərmələrini  məsləhət 

görüb. Həm də Tədris Terapevtik 

Klinikada fəaliyyət göstərən “Dia-

bet Məktəbi”nin işindən söz aça-

raq  maarifləndrimə  məsələsinin 

önəmini vurğulayıb.

Sonda  konfrans  iştirakçıları 

üçün diabeti erkən aşkar etməyə 

imkan  verən  qlukohemoqlobin 

analizi aparılıb.

Konfransda  Klinikanın  profes-

sor-müəllim  heyə ti,  tələbə  və 

rezidentlər, Ümumdünya Səhiyyə 

Təşki latı nın 

Azərbaycandakı 

nüma  yəndəliyinin  Qeyri-İnfeksi-

on  xəstəliklər  üzrə  proqramının 

məsləhətçisi İsa Əliyev də iştirak 

edib.



Yüklə 281,35 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin