http://www.amu.edu.az
15 aprel 2016-cı il
4
Tədbiri giriş sözü ilə açan klinikanın
direktoru, professor Surxay Musayev
autizmə düçar olan uşaqlara diqqət və qay-
ğı göstərilməsinin vacibliyindən danışıb:
“Belə uşaqlara hər zaman kömək olunma-
lıdır. Çünki bu uşaqlar cəmiyyətdə özlərini
bir növ təcrid olunmuş kimi hiss edirlər. Biz
həkimlər, eləcə də cəmiyyətimiz onların
bu fikrə düşmələrinə icazə verməməlidir.
Belə uşaqlar dövlətimizin də diqqət və qay-
ğısı ilə əhatə olunub. Mən deyərdim ki, bu
gün autizmli uşaqlara dəstək, onlar üçün
görülən işlər əsl xeyirxahlıq nümunəsidir”,
- deyə S.Musayev bildirib. O, klinikanın
fəaliyyətindən də söz açıb: “Klinikamızda
çox peşəkar həkimlər və professorlar çalı-
şır. Belə bir tədbirin klinikamızda keçirilməsi
istəyi xəbərini eşidəndə çox yüksək qarşı-
ladım. Düşünürəm ki, onların necə bir iste-
dada sahib olduğu bəzi insanlara bəlli deyil.
Ona görə də belə maarifləndirici tədbirlərin
bir çox yerlərdə keçirilməsinə ehtiyac var.
Nəticədə valideynlər də bu xəstəlik barədə
daha çox məlumatlanmış olarlar və vax-
tında həkimə müraciət edərlər. Belə xe-
yirxah tədbirin keçirilməsinə görə Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzinə minnətdarlığımı bildirirəm”.
Daha sonra çıxış edən respublikanın baş
psixiatrı, ATU-nun psixiatriya kafedrasının
müdiri, professor Gəray Gəraybəyli ölkə
rəhbərliyi və Səhiyyə Nazirliyi tərəfindən
sağlamlıq məsələlərinə çox böyük diqqət
ayrıldığını deyib: “Uşaqların, yeniyetmələrin
sağlamlığı dövlətimizin daim diqqət
mərkəzində olub. Hələ 15 il bundan
əvvələ qədər insanlar autizm xəstəliyinin
nə demək olduğunu başa düşmürdülər
və bu xəstəliklə bağlı çox az məlumatları
var idi. Belə uşaqlara çox fərqli diaqnoz-
lar qoyulurdu. Son illər isə bu sahədə
peşəkar həkimlərin yetişməsi və keçirilən
maarifləndirmə tədbirləri cəmiyyətimizin
maariflənməsində çox önəmli rol oynadı”.
G.Gəraybəyli onu da vurğulayıb ki, bütün
insanlar bunun təkcə psixiatrik və pediat-
rik problem deyil, həm də cəmiyyətimizin
ümumi problemi olduğunu bilməlidirlər.
Sonra ATU-nun psixiatriya kafedrasının
assistenti İkram Rüstəmov “Autizmə mü-
asir baxış” mövzusunda məruzə ilə çıxış
edərək deyib ki, bu xəstəliyin yayılma tarixi
hələ 1975-ci illərə gedib çıxır: “Təəssüflər
olsun ki, cəmiyyətimizdə maarifləndirmənin
çox aşağı səviyyədə olması bu xəstəlik
barədə məlumatların azlığına gətirib çıxa-
rıb. Amma zaman keçdikcə mütəxəssislərə
müraciət yaşı azalmağa başladı və
nəticədə insanlar autizmin nə demək oldu-
ğunu başa düşdülər. Bu xəstəliyin yaranma
səbəblərinə gəlincə, hələ ki, bu barədə tam
dəqiq məlumat yoxdur. Burada nevrobiolo-
ji və ətraf mühitin təsiri də çox böyük rol
oynayır. Əvvəllər bəzi alimlər bunun yalnız
genetik olduğunu düşünürdülərsə, hazırda
bu xəstəliyin yayılma arealını həm də ətraf
mühit amili ilə bağlayırlar.”
Dostları ilə paylaş: