Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin



Yüklə 281,35 Kb.
səhifə4/19
tarix28.12.2021
ölçüsü281,35 Kb.
#10048
1   2   3   4   5   6   7   8   9   ...   19
Qabil ABDULLAYEV,

Fotolar Cənnətalı Çingizindir

Tibb Universitetində 

fövqəladə toplantı keçirildi

Səfir Tibb Universitetində təhsil 

alan iraqlı tələbələrlə görüşüb

Professor Gəray Gəraybəyli 

ATU-nun rektoru təyin olunub

Universitet heyəti Azərbaycan ordusunun 

əsgərlərinə həmrəyliyini bildirdi



15 aprel      2016-cı il

http://www.amu.edu.az

3

P.ARZUQIZI

 Bu çətin günlərdə ölkədəki 

bütün qurumlar Azərbaycan 

Silahlı Qüvvələrinə 

minnətdarlıq və dəstək his-

sinin nümayişi üçün bütün 

mümkün imkanlardan istifadə 

edirlər.


Aprelin  4-də  Azərbaycan  Tibb  Uni-

versitetinin  rəhbərliyi  və  kollektivi 

hərbi  əməliyyatlar  zamanı  yaralanmış 

hərbçilərimizin  müalicəsinə  kömək 

etmək üçün qan veriblər.

Aksiyanın  məqsədi  Azərbaycan  tor-

paqlarının  azadlığı  və  suverenliyi  uğ-

runda  gedən  döyüşlərdə  yaralanan 

əsgərlərin və mülki şəxslərin qana olan 

ehtiyaclarını təmin etməkdir.

Aksiyanın əvvəlində çıxış edən ATU-

nun rektor əvəzi, tədris işləri üzrə pro-

rektor,  professor  Sabir  Əliyev  bildir-

di  ki,  ordumuzun  əldə  etdiyi  nailiyyətlər 

bütün  xalqımızda  olduğu  kimi,  ATU 

kollektivində  də  ruh  yüksəkliyinə  səbəb 

olub:  “Tələbələr  qrup  halında  müraciət 

edərək Silahlı Qüvvələrimizə yardım etmək 

istədiklərini deyirdilər. Hətta onlar vuruş-

maq üçün ön cəbhəyə yollanmaq arzusun-

dadırlar. Çox təqdiredici haldır ki, xalqımız 

bu  nailiyyətlərə  böyük  əzmkarlıqla  yana-

şaraq,  həmrəylik,  birlik  nümayiş  etdirdi. 

Hətta şəhid valideynləri bu yüksək şəhidlik 

zirvəsinə  ucalan  övladları  üçün  “Vətənin 

başı sağ olsun” dedilər. Bu məsələdə ha-

mılıqla  –  həm  gənc,  həm  də  yaşlı  nəsil 

Prezidentimizə  dəstək  oldular.  Çünki  bi-

lirik  ki,  Prezidentin  rəhbərliyi  ilə  aparılan 

bu siyasət gələcəkdə daha böyük uğurların 

əsasını qoyacaq”.

S.Əliyev  qeyd  etdi  ki,  hərbi 

əməliyyatlar  dövründə  Tibb 

Universitetində  bir  neçə  tədbir 

keçirilib.  700  nəfərin  iştirakı  ilə 

fövqəladə  toplantı  çağırılıb.  Bun-

dan əlavə, 3 mindən çox tələbənin 

iştirakı ilə dəstək aksiyası keçiri-

lib. Bu dəfə isə ATU tələbələri və 

kollektivi  qan  toplamaqla  ordu-

muzun yanında olduqlarını nüma-

yiş etdirdilər.

  Aksiyada 400-ə yaxın universi-

tet  əməkdaşı,  professor-müəllim 

heyətinin  üzvləri,  tələbə  və  rezidentləri 

iştirak  ediblər.  Tədbir  iştirakçıları  əvvəlcə 

müayinədən  keçiblər.  Lakin  təhlillər  za-

manı  iştirakçılardan  bəzilərində  müəyyən 

problemlər  çıxdığına  görə,  onların  qan 

verməsi məsləhət görülməyib. Aksiya gün 

ərzində davam edib.

Orduya dəstək məqsədilə qanvermə aksiyası

 Azərbaycan Tibb Univer-

sitetinə rektor vəzifəsinə 

təyin olunan professor Gəray 

Gəraybəylinin aprelin 12-də 

universitetin rəhbər heyəti ilə 

görüşü keçirildi.

Görüşün əvvəlində ATU-nun tədris 

işləri üzrə prorektoru, professor Sabir 

Əliyev  çıxış  edərək  prezident  İlham 

Əliyevin  sərəncamı  ilə  Azərbaycan 

Tibb  Universitetinin  psixiatriya  ka-

fedrasının  müdiri,  professor  Gəray 

Gəraybəylinin  universitetin  rektoru 

vəzifəsinə təyin olunduğunu toplantı 

iştirakçılarının diqqətinə çatdırdı.

Bu  uğurlu  təyinatla  əlaqədar  kol-

lektiv  adından  cənab  Prezidentə 

və  səhiyyə  nazirinə  təşəkkürünü 

bildirən  professor  S.Əliyev  rek-

tor  G.Gəraybəyliyə  yeni  vəzifəsində 

uğurlar arzuladı.

ATU-nun rektoru, professor Gəray 

Gəraybəyli ona göstərilən etimada gö-

rə  dövlət başçısı cənab  İlham Əliyevə 

və  səhiyyə  naziri  Oqtay  Şirəliyevə 

təşək kürünü  bildirdi.  G.Gəraybəyli 

qarşısında  duran  vəzifənin  çətin  və 

məsuliyyətindən  xəbərdar  olduğu-

nu  vurğuladı:  “Mənim  əmək  kitab-

çamda  başqa  iş  yeri  haqqında  qeyd 

yoxdur.  Universiteti  bitirəndən  son-

ra burada çalışıram. Bu universitetin 

bütün  nailiyyətləri  mənim  üçün  çox 

əhəmiyyətlidir”. 

Professor  G.Gəraybəyli  indiyədək 

ATU-nun  əldə  etdiyi  uğurlarda  sa-

biq  rektor,  akademik  Əhliman 

Əmiraslanovun böyük zəhməti oldu-

ğunu xatırlatdı. Rektor qeyd etdi ki, 

bundan sonra da Tibb Universitetinin 

uğurlarının sayının artırılması, nəinki 

Azərbaycanın,  dünyanın  aparıcı  ali 

məktəbləri  sırasında  olması  naminə 

işlər daha böyük əzmkarlıqla davam 

etdiriləcək.

Toplantıda 

qarşıdakı 

müddət 


ərzində  görüləcək  işlər,  icrası  plan-

laşdırılan məsələlər, gözlənilən isla-

hatlar barədə müzakirələr aparıldı.

Yeni rektor universitetin rəhbər 

heyəti ilə görüşdü

O bildirib ki, əsgərlərimiz ordumu-

zun,  ölkəmizin  nəyə  qadir  olduğunu 

bir daha ermənilərə sübut etdi:

“Onların  göstərdiyi  şücaət  nəticə-

sində  strateji  əhəmiyyətli  yüksək-

liklərimiz geri qaytarıldı. Azərbaycan 

xalqında, gənclərdə hələ indiyə qədər 

belə  ruh  yüksəkliyi  görünməmişdi, 

gənclərimizin  müharibəyə  getmək 

üçün  könüllü  olaraq  Müdafiə 

Nazirliyinə  müraciət  etmələri  bunun 

sübutudur.  Şəhid  verən  rayonlar-

da gənclərin öz şəhidini necə qarşı-

lamağının  hər  birimiz  şahidi  olduq. 

Şəhidlərin valideynlərinin dilində yal-

nız bir kəlmə var: “Vətən sağ olsun”. 

Bu  da  əlbəttə,  xalqımızın  birliyinin, 

mübarizliyinin göstəricisidir”.

  Prezident İlham Əliyev də öz çıxı-

şında “Erməni əsgəri ölmək istəmirsə, 

Azərbaycan torpağından rədd olsun” 

mesajını verməklə bir daha ordumu-

zun  gücünü,  nəyə  qadir  olduğunu 

bütün dünyaya nümayiş etdirdi.

    Sonra  torpaqlarımızın  azadlığı 

uğrunda qəhrəmancasına şəhid olan-

ların xatirəsi bir dəqiqəlik sükutla yad 

edilib.

    Gündəlikdə  olan  birinci  məsələ 

ilə  bağlı  baş  həkim,  dosent  Ra-

min  Bayramlı  çıxış  edərək  klinikanın 

mart  ayındakı  müalicə-diaqnostik 

fəaliyyəti  ilə  bağlı  hesabatı  şura 

üzvlərinin diqqətinə çatdırıb.

Mart  ayı  ərzində  klinikanın 

şöbələrində  stasionar  və  gündüz 

rejimdə  müalicə  alan  pasiyentlər 

barədə  ətraflı  məlumat  verən 

baş  həkim  bildirib  ki,  2015-ci  illə 

müqayisədə  bu  il  xəstə  qəbulunun 

sayında artım müşahidə edilir. Bu da 

klinikada  müasir  standartlara  cavab 

verən müalicə-diaqnostika metodla-

rının və həkimlərin səyinin nəticəsidir.

  Reanimasiya və İntensiv Terapiya 

şöbəsinin fəaliyyətini xüsusi vurğula-

yan baş həkim bildirib ki, bura əsasən 

digər xəstəxanalardan ağır vəziyətdə 

olan  xəstələr  gətirilib.  Onlar  reani-

masiyada müalicə olunduqdan sonra 

müvafiq şöbələrə yerləşdiriliblər.

  Baş həkim mart ayı ərzində kardi-

ologiya, hemotologiya, revmatologi-

ya, endokrinologiya və 3-cü pediat-

riya şöbələrinə daha çox xəstə qəbul 

edildiyini vurğulayıb.

    Daha  sonra  klinikada  nefroloji 

xidmətin  təşkili  və  Efferent  Terapiya 

şöbəsinin fəaliyyəti barədə həkim El-

gün Həziyevin çıxışı dinlənilib.

    Mərkəzdə  ən  müasir  cihazlar-

la  aparılan  proseduralardan  söz 

açan  həkim  hemodializ  seanslarının 

üzərində xüsusi dayanıb, bu prosesin 

klinikada təhlükəsiz və yüksək stan-

dartlara  uyğun  formada  aparıldığını 

qeyd edib.

    Son  3  ilin  müqayisəli  diaqra-

mını  diqqətə  çatdıran  həkim  qeyd 

edib  ki,  bu  illər  ərzində  xəstələrin 

sayında  artım  olub:  “Bu  müddət 

ərzində  51  böyrək  biopsiyası  aparı-

lıb.  Mərkəzimizdə  xəstələrə  müasir 

üsullarla müalicə üsulunu tətbiq edi-

rik. Son bir neçə ay ərzində klinikanın 

nefroloqu Orxan Quliyevin hazırladı-

ğı 8 xəstədə böyrək transplantasiyası 

aparılıb”.

    Qarşıya  qoyulan  hədəflərdən 

danışan  həkim  əsas  məqsədlərinin 

gələcəkdə  nefrologiya  sahəsində 

yenilikləri praktikada tətbiq etməkdən 

ibarət olduğunu bildirib. 

  İclas işini cari məsələrin müzakirəsi 

ilə yekunlaşdırıb.




Yüklə 281,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin