Struktur
Proses indikatorları
Çıxış
indikatorları
Son nəticə
(xəstəliklərə görə
özəl)
başqa həkimlərə
nisbətən
mütəxəssislərin
rəylərinin nisbəti
Müntəzəm
müalicədə olan
diabetli xəstələrin
nisbəti
qarışıq
Ölüm faizi,
nasazlıq
xüsusi
texnologiyalara
(məsələn, Magnetic
resonance imaging
(MRİ) skan) keçid
tromb almış infarktlı
xəstələrin nisbəti
diabetlər üçün
nəticələr
funksiya statusları
xüsusi avadanlıqlara
(məsələn, iflic
qurğuları) keçid
24 saat ərzində
həkimlərin
nəzarətində olan
xəstələrin nisbəti
hiperlipidemiyalı
xəstələr üçün
tədricən üzə çıxan
nəticələr
sağlamlıq statusu
ölçüsü
hər iki ildən bir
yoxlanılan klinik
direktivlər
klinik direktivlərə
müvafiq olaraq
müalicə olunan
xəstələrin nisbəti
yuxarı təzyiqli
xəstələr üçün qan
təzyiqi nəticələri
həyat keyfiyyəti
xüsusi qruplara
ayrılan
fizioterapevtlər
xəstə
məmnuniyyəti
Proses indikatorları göstərilən müalicəyə və alınan nəticəyə aid edilir.Yəni müalicə
aparanın xəstəyə diaqnoz qoymasını, lazımi müalicə və ya digər müdaxilələri xarakterizə edir.
Çıxış indikatorları və nəticə göstəriciləri xəstələrə və ya əhaliyə göstərilən səhiyyə-müalicə
tədbirlərinin effektivliliyini əks etdirir. Onlar xəstənin yaxşılaşmasını və ya onda baş verən
dəyişiklikləri ortaya qoyur və bununla da, xəstənin müalicəyə reaksiyasını ifadə edir.
Keyfiyyətli qiymətləndirmə üçün çıxış indikatorlarından istifadə edilməsi struktur və
proses indikatorlarına keçid mahiyyəti daşıyır. Yaxşı tibbi-texniki xidmət onun güclü və ya zəif
olmasına bağlıdır, lakin onun struktur amilləri yaxşı nəticələrin əldə edilməsi üçün
əhəmiyyətlidir. İndikatorlar arasında rabitə ortaq metodlarla həyata keçirilə bilər.
Struktur indikatorları xəstələrin müalicə ehtiyaclarının xüsusiyyətlərini əsas götürür. Onlar
ştat, çarpayı, müştəri, maliyyə və təchizat ilə əlaqəlidir [21]. Keyfiyyətli müalicə xidmətinə nail
olmaq üçün struktur qiymətləndirməsi əhəmiyyətlidir.
Proses indikatorları səhiyyə-müalicə prosesini həyata keçirənin faəliyyətini, onun xəstəyə
qarşı nəyi və necə etdiyini qiymətləndirir. Proses indikatorları qarşılıqlı fəaliyətin məqsədə
çatmasını nəzərdə tutur. Onlar xəstəliyə qarşı fəaliyyətləri dəyərləndirir və zəruri müalicə işləri
barədə göstərişləri xarakterizə edir [22].
İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60
58 www.jpis.az
Bəzi müəlliflər belə hesab edirlər ki, proses indikatorları xəstəyə qarşı müalicə tədbirlərini
müəyyənləşdirir və müalicə prosesi barədə təyinat verir [23, 24].
Çıxış indikatorları xəstənin səhhətinin və müalicəsinin izlənilməsinə imkan verir. Qarışıq
çıxış indikatorları xəstənin bioloji statusundakı müalicədən sonrakı dəyişiklikləri qeyd edir. Bəzi
nəticələr yalnız illərdən sonra ortaya çıxa bilər. Ona görə də qarışıq çıxış indikatorlarının
göstəriciləri də çox əhəmiyyətlidir [25, 26].
Dostları ilə paylaş: |