Müalicə növü, funksiyası və modelinə görə indikatorlar
İndikatorlar ümumi və xəstəlikyönlü ola bilər [27]. Onlar müalicə növünə, funksiyasına və
modelinə görə qruplara bölünür. Müalicə növünə görə indikatorlar qoruyucu, sağaldıcı və
xroniki olur [28].
Müalicə funksiyası müayinə, diaqnoz təyin etmə, müalicə və müalicənin sona çatdırılması
ilə bağlı olur. İndikatorun modeli müalicənin fiziki müayinə, laboratoriya və ya radioloji analiz,
dərman təyinatı məsələlərini əhatə edir [29].
Nəticə
Klinik indikatorların göstəriciləri əsas hadisələrə aid olmaqla, həqiqi məlumatları saxlayır.
Ona görə də onlardan operativ idarəetmə və müalicə işlərində istifadə edilir. Bundan başqa,
klinik indikatorlar xarici amillərin təsiri ilə xəstənin vəziyyətində baş verən dəyişiklikləri də
müəyyən qədər xarakterizə edir.
Əməli və klinik indikatorlar səhiyyə və müalicə xidmətlərinin təkmilləşdirilməsinə nail
olmaq üçün mütəxəssislər, təşkilatlar və planlaşdırıcılar üçün nəzərdə tutulan normaları,
dərəcələri və ya orta göstəriciləri göstərir. Bu göstəricilər tədbir, proses və nəticə yönümlü ola
bilər.
Səhiyyə-müalicə xidmətinin keyfiyyətinin yüksəldilməsində bu xidmətlərlə bağlı
hadisələrin və ya proseslərin nəticələrlərini özündə ehtiva edən indikatorların böyük rolu vardır.
İndikatorlar əhalinin sağlamlığının qorunması, sağlamlığın davamlı təmin edilməsi və həyat
keyfiyyətinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlərin görülməsi üçün də zəruridir.
Müalicə proseslərinin mövcud vəziyyətinin operativ təhlil edilməsi və real vəziyyəti
xarakterizə edən göstəricilər əsasında qiymətləndirmələrin aparılması, səmərəli idarəetmə və
müalicə qərarlarının qəbul edilməsi işini asanlaşdırır və ümumilikdə, səhiyyə sisteminin
səmərəliliyini yüksəldir.
Dostları ilə paylaş: |