Statistik təhlilin məqsədi
Xəstəxanada məlumatların uğurlu idarə olunması üçün onların vaxtında əldə edilməsi
imkanının təmin edilməsi vacibdir. Eləcə də, bütün məlumatlar sistemli şəkildə olmalıdır. Çünki
hər an idarəçinin mövcud vəziyyət haqqında məlumat əldə etməsi və işini bu məlumatlara
əsaslanaraq davam etdirməsi və lazımi qərarı qəbul etməsi zəruridir. Nəzərə almaq lazımdır ki,
məlumatların sayında məhdudiyyət yoxdur, ancaq məlumatların əldə ediləcəyi mənbələr məhdud
olur. Çünki aidiyyatı məlumatların əldə edilməsində məhdudiyyətlər olmalıdır [4]. Buna görə də
statistik məlumatların toplanmasına o halda zərurət olur ki, onların müəyyən bir sahədə davamlı
əhəmiyyəti olsun. Yaxud da idarəçilikdə onlardan xüsusi məqsədlər üçün istifadə ediləcəyi aydın
olsun. Beləliklə, hər bir xəstəxanada statistik məlumatların toplanması, araşdırılması və təhlili
aşağıdakı məqsədlərə xidmət edir [5]:
xəstəxananın idarə olunması və səhiyyə-müalicə xidmətlərinin göstərilməsi;
dövlət məmurları, yaxud səlahiyyətli mütəxəssislər üçün lazımi hesabatların tərtib
edilməsi;
mərkəzi, ərazi və sahə üzrə inkişaf planlarında xəstəxananın sosial-iqtisadi
əhəmiyyətinin nəzərə alınması;
ölkədə səhiyyənin, o cümlədən epidemik xəstəliklərin yayılması vəziyyətinin
dəyərləndirilməsi.
Ümumdünya Səhiyyə Təşkilatının Ekspertlər Komitəsi özünün 8-ci hesabatında xəstəxana
statistikasını səhiyyə statistikasının bir bölməsi kimi qiymətləndirmiş və onu aşağıdakı iki
hissəyə ayırmışdır: xəstəxanaya aid statistika, xəstəyə aid statistika [6].
Dostları ilə paylaş: |