Eminli B.İ.
14
ƏDƏBİYYAT
1. Axundov A. Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 192 s.
2. Bəşirova. A. Azərbaycan dilində vurğu. Bakı: Bakı Universiteti Nəşriyyatı, 1992, 112 s.
3. Xəlilov B. Müasir Azərbaycan dili. B.: Elm, 2007, 280 s.
4. Nitq mədəniyyəti məsələləri. Bakı: 1985, 112 s.
5. Şirəliyev M. Dil mədəniyyəti məsələlərimiz. Nitq mədəniyyəti məsələləri. Bakı: Elm,
1969, s.9
6. Vurğu lüğəti, Bakı: Elm, 1993, 84 s.
7. Крысин Л.П. Иноязычные слова в современном русском языке. М.: Наука, 1968, 320 с.
8.Черных П. Л. Об основном словарном фонде языка. Вопросы языкознания. М.:
Наука, 1952, 139 с.
РЕЗЮМЕ
УДАРЕНИЕ В АЗЕРБАЙДЖАНСКОМ ЛИТЕРАТУРНОМ ПРОИЗНОШЕНИИ
Эминли Б.И.
Ключевые слова: фонетика, орфоэпия, произношение, ударение, фоносемантикa.
В статье рассмотрены место и роль ударения в aзербайджанском литературном
языке. Особое внимание уделено анализу некоторых фактов, связанных с произношением
ударения в заимствованных словах.
SUMMARY
STRESS IN AZERBAIJAN LITERARY PRONUNCATION
Eminli B.I.
Key words: phonetics, orthoepy, pronunciation, stress, phonosemantics.
The role and place of the stress in Azerbaijan literary language was looked through in the
article. Special attention was given to analyzing of some facts related with correct pronunciation of
word stress in borrowing words.
Daxil olma tarixi:
İlkin variant
15.01.2016
Son variant
01.06.2016
Azərbaycan ədəbi tələffüzündə vurğu
15
UOT 81-25
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ MÜASİR
AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ İŞLƏNMƏYƏN HƏRB VƏ TİTULLA BAĞLI
ETNOQRAFİK SÖZLƏR
İBAYEV NEMƏT ALIŞ oğlu
Sumqayıt Dövlət Universiteti, f.ü.f.d., müəllim
e-mail: nemetibayev@gmail.com
Açar sözlər: Mahmud Kaşğari, Divanü-lüğat-it-türk, etnoqtafik sözlər,hərb, titul
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki etnoqrafik sözlərin əksəriyyəti ədəbi
dilimizdə işlənmir. Ədəbi dilimizdə öz işləkliyini itirmiş sözlərə dialekt və şivələrimizdə də rast
gəlmək mümkün deyildir. Ədəbi dilimizdə işlənməyən etnoqrafik sözlər müxtəlif sahələrlə bağlıdır.
Məqalədə hərb və titulla bağlı olan etnoqrafik sözləri nəzərdən keçirilir.
Azərbaycan dilinin hərbi leksikası müəyyən dərəcədə öyrənilsə də [1], bu sahəyə aid üçdilli
lüğət olsa da [2], hələ də əsaslı elmi araşdırmaya ehtiyac duyulur. Dilin lüğət tərkibini araşdırmaq, o
cümlədən hərbi leksikanın tarixi inkişafını izləmək, onun həcmini və keyfiyyətini
müəyyənləşdirmək olduqca vacibdir. Belə olmazsa, onda hərbi leksikanın semantik baxımdan
keyfiyyət dəyişikliyinə uğramasını, işləkliyini və funksional xidmətini üzə çıxarmaq çox çətin olar.
Hərbi leksika türk xalqlarına məxsus yazılı abidələrdə kifayət qədər işlənsə də, onların
sistemləşdirilməsinə, izahına, araşdırılmasına böyük ehtiyac vardır.
Türk xalqlarında hərb sahəsi tarixən o qədər güclü olmuşdur ki, hətta bu sahəyə aid terminlər
digər dillərə də təsir göstərmiş, həmin dillərin lüğət tərkibinə keçmişdir. Məsələn, N.A.Baskakov
“İqor polku haqqında dastan”da türk mənşəli sözlərdən bəhs edərkən türk mənşəli hərbi terminlərin də
bu dastanda olduğunu qeyd etmişdir [3, 42]: tarxan, suvar, boqatur, alptarxan, xazartarxan və s.
M.Kaşğarinin “Divan”ındakı hərbi leksikanın türk xalqlarının hərb tarixinin öyrənilməsində
əvəzsiz rolu vardır. Bu mənada “Divan”dakı hərbi leksikanı nəzərdən keçirək.
İm – komandirin əsgərlərə dediyi bəlgə, parol. Bu silah, quş adı və ya bir söz ola bilər. Bu
məsəldə də işlənir: “İm bilsə, ər ölməs” – bəlgə bilən ər ölməz [4, c.1, 112].
Bu söz “işarə” mənasında him kimi Azərbaycan dilində işlənilir: him etmək, him-cim eləmək,
himləşmək.
B.Xəlilov bu söz barəsində yazır: “... im sözü Azərbaycan dilindəki him-cim sözü ilə eynidir.
Məs.: “ Him – cim bilmir” cümləsindəki him-cim sözü “işarə, bəlgə” mənasındadır. Him-cim
sözündəki h samiti (h~c) sonradan im sözünün əvvəlinə artırılmışdır” [5, 41].
Uruş – vuruş, savaş [4, c.1, 131].
Aşuk – dəmir başlıq, dəbilqə [4, c.1, 136].
Ulun – ucluğu olmayan ox, kor ox, təmrənsiz ox [4, c.1, 145].
Oktam – “bir oktam yer”-bir ox atımı yer,bir ox məsafəsi [4, c.1, 169].
Əkdü – qılınc qını və buna bənzər şeyləri oymaq üçün işlənən ucu əyri bıçaq [4, c.1, 183].
Akınçı – axınçı, gecə ikən düşməni basan əsgər [4, c.1, 190].
Alpağut – tək başına düşmənə hücum edən igid, yenilməz güləşçi, bahadır, pəhləvan [4,
c.1, 199].
Göründüyü kimi, bu söz “igid, qəhrəman” mənasında olan alp sözü kimi həm isim, həm sifət,
həm də bir rütbə olaraq işlənmişdir. Alpağut bir yüksək rütbə kimi qədim türkcədəki tərxan
rütbəsinə bərabər olubdur. Bu rütbə kazan, kuman, karaim ləhcələrində alpaqut, tobol ləhcəsində
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
16
alpaqıt, çığatay ləhcəsində alpağut şəklində işlənilmişdir. M.Kaşğaridə isə “təkbaşına düşmənə
hücum edən, igid, yenilməz güləşçi, bahadır, pəhləvan” mənalarındadır.
Amaçlık, amaçlık yer – atıcılıq üçün ayrılan yer [4, c.1, 206].
Akdı – “yağı akdı” – düşmən sel kimi axdı, hücuma keçdi [4, c.1, 220].
Əgirdi – “bəg kənd əgirdi” – bəy şəhəri mühasirəyə aldı [4, c.1, 229].
İçikti – “ər içikti” – adam döyüşdə təslim oldu və öz arzusu ilə düşmən tərəfində savaşa girdi
[4, c.1, 240].
Tıl – düşməndən alınan əsir, dil [4, c.1, 348].
Görünür ki, bu əsir vasitəsilə düşmən tərəfin hərbi məlumatları öyrənilibdir.
Kaçut – savaş və qovğada igidlərin bir-biri ilə çarpışması [4, c.1, 363].
Kılıç – qılınc [4, c.1, 365].
Tokış – cəng, savaş [4, c.1, 371].
Kəriş – savaşda davam gətirmə [4, c.1, 373].
Tutuğ – girov [4, c.1, s.375].
Başak – ox və ya nizənin ucuna keçirilmiş dəmir, ucluq [4, c.1, 380].
Bu söz “Kitabi-Dədə Qorqud”da dəmrən//təmrən kimi işlənmişdir: Sadağından toqsan oxın yerə
dəkdi. Eki oxın dəmrənin çıqardı.
Azərbaycan dilində hal-hazırda başaq sözü buğda bitkisinin sünbül hissəsi, başlığı, ucluğu
mənalarını bildirir.
Müqayisə üçün qeyd edək ki, “biçmək, kəsmək” məna anlamından yaranan bıçaq sözü ilə
başaq sözü arasında əlaqə vardır. K.Musayev “biç, kəs” məna anlamından törəyən sözlərdən bəhs
edərkən or kökündən oraq, orman sözlərinin, biç kökündən isə bıçaq, bıçqı (mişar mənasında)
sözlərinin yarandığını qeyd etmişdir [6, 306-334].
Çərig – döyüş səfi, döyüş sırası [4, c.1, 389].
Bu söz çeriq şəklində “Mənzum oğuznamə”də “qoşun” mənasında işlənir. Məs.: [7, 22].
Atası Qara xan çeriq birlə bat,
Yetib kəldi kördi Oğuzqa mədəd.
Tərcüməsi:
Atası Qara xan qoşun çəkərək,
Gəlib gördü Oğuza yetişib kömək.
Bu söz barəsində B.Xəlilov yazır: “... yazılı mənbələrdə “qoşun, ordu” mənasında çəriq
sözünün çerig variantı da olmuşdur. Çerig variantı “qoşun, ordu” mənasında sü sözü ilə paralel
şəkildə işlənmişdir: sü çerig // çerig sü “qoşun, ordu” [5, 29].
Tolum – silah. Bu, bütün silahlara verilən ümumi addır. [4, c.1, 395]
Bügdə - xəncər [4, c.1, 415]
Tuğru – qılınc, bıçaq, xəncər kimi şeylərin qəbzəsinin içinə keçirilən incə dəmir [4, c.1, 417]
Karma – yağma, talan [4, c.1, s.426].
Tutğun – tutulan, yaxalanan, dustaq, əsir [4, c.1, 428].
Kalkan – qalxan. Türk və Oğuz dillərinin birində [4, c.1, 432].
Kawşut – iki xanın ölkələrinin təhlükəsizliyi məqsədilə görüşərək barışmaları [4, c.1, 441].
Bulğak – düşmən gələndə xalq arasına düşən çaxnaşma, xaos [4, c.1, 454].
Yarık – zirehə, qalxana verilən ümumi addır. Bir-birindən fərqləndirmək üçün zirehə “kübə
yarık”, dəmir qalxana “say yarık” deyilir. [8, c,3, 22].
Yadağ – piyada [8, c.3, 32].
Sü – əsgər, qoşun. Bu şeirdə də işlənmişdir:
Sü kəldi yer yapa,
Karar, kar...
Kaçtı anqar Alp Aya,
Ufut bolup ol yaşar.
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində müasir azərbaycan ədəbi dilində
işlənməyən hərb və titulla bağlı etnoqrafik sözlər
17
Yer üzünü basıb qoşun gəldi, atların dırnaqlarından qopan toz dağ təpələrini qapatdı. Alp Aya
adlı adam qaçdı, yenildiyi üçün sıxılır, utandığından gizlənir. [8, c.3, 200-201].
Sünqüş – savaşda hücuma keçmə, süngü ilə vurma [8, c.3, 317].
Sünqü – süngü, mizraq, nizə [8, c.3, 319].
Yalınq, yalınq kılıç-qından çıxarılmış qılınc, sıyrılımış qılınc [8, c.3, 323].
Kalkanq – qalxan. Bu sözün “kalkan”şəkli də var. [8, c.3, 334].
Titullar cəmiyyətdə şəxsin ictimai mövqeyini bildirir. Bu səbəbdəndir ki, cəmiyyətdə titul
sahibləri əsl adları ilə deyil, daha çox titulları ilə şöhrətlənmişlər. Qədim türklərdə şəxslər əsl ad və
titulları ilə tanınmışlar. Məsələn, Gül Təkin, Bayındır xan, Dədə Qorqud, Burla Xatun, Selcan
Xatun, Aruz Qoca və s.
Cəmiyyətdə ilk titul sözlər ailə səviyyəsində olmuşdur. Ona görə ki, cəmiyyət ailə - qəbilə -
tayfa – xalq – millət ardıcıllığı ilə inkişaf etmişdir. Bu barədə T.Hacıyev yazır: “... ata, baba, dədə,
qoca, əmi, dayı, qardaş, oğul, kürəkən, ana, nənə, qarı, xala, bacı, gəlin kimi sözlər İlkin
yaradılışında titul – rütbə anlayışları bildirmişdir. İndi bu sözlərdən birinin bir neçə məna – ünvanda
işlənməsi həmin qədim ictimai-sosioloji təyinatın izidir...” [9, 133].
Deməli, cəmiyyətdə titulların tarixi çox qədimdir. Tarixi çox qədim olan bu köməkçi ad
kateqoriyasının araşdırılması birbaşa və dolayısı yolla həmişə tədqiqatçıların diqqət mərkəzində
olmuşdur. Hətta titullar türk xalqlarının məişətində o qədər dərin kök salmışdır ki, başqa dillərə də
təsir göstərmiş, təsir göstərdiyi dilin lüğət tərkibinə keçmişdir. Məsələn, A.Zahidi xatun titulunun
türk dillərində işlənən qadın sözündən düzəldiyini və bu sözün ərəb dilinə keçərək qadın // kadın //
katun // xatun şəklinə düşdüyünü “şah arvadı” mənasında titul kimi işləndiyini qeyd etmişdir [10,
112]. Yaxud M.Adilov xan, bəy, ağa titullarının türk mənşəli olduğunu qeyd etmişdir [11, 11]. O,
ağa titulu barəsində yazır: “ə//a ünsürünün adam mənası ən qədim türk sözlərindən olan “ağa”
sözündə də özünü göstərir. “Ağ” qədim türk dillərində “böyük” mənasında işlənmiş və deməli, ağ-a
tərkibi böyük adam (sonralar danışan şəxsin özündən böyük ata, böyük qardaş, əmi və s.) mənasına
malik olmuşdur” [11, 11].
Titullar, onların tədqiqat, leksik xüsusiyyətləri və s. barədə geniş tədqiqat işi aparılmışdır [12,
123-195]. Qeyd edək ki, titulları qoruyub saxlayan ən dəyərli qaynaqlardan biri yazılı abidələrdir.
Bu mənada M.Kaşğarinin lüğətində qeydə alınmış titullar xüsusilə maraq doğurur. Həmin titullar öz
spesifikliyi ilə digər yazılı abidələrdəki titullardan fərqlənir. Odur ki, onları bir-bir nəzərdən
keçirək.
Özük – qadınlara verilən bir ləqəb. Qızıl kimi təmiz ruhlu qadına “altun özük” deyilir. Bədəni
inci kimi təmiz olan qadına “ərtini özük” deyilir, çünki iri dənəli, əmsalsız mirvariyə “ərdini”
deyilir. Bu ləqəb çigil qadınlar üçün söylənir [4, c.1, 139].
Ayadı – ləqəb verdi. “Xan anqar ayağ ayadı” – xan ona ayama ləqəb verdi [4, c.1, 229].
Kurç – mətin və igid adamlara “kurç ərən” deyilir. İçi dolu və külçə şeylərə də belə deyilir [4,
c.1, 352].
Tegit – “tegin” sözünün cəmidir. Lüğəvi mənası “kölə” deməkdir, sonra xaqan oğullarına
unqun olmuşdur. Bu, qaydaya zidd bir cəmdir. “Ögə tegit” orta hallı adamların böyüklərinə, xaqan
uşaqlarının kiçiklərinə verilən addır. Bu iki söz birləşdirilərək işlənilir [4, c.1, 362-363].
Çigil – türklərdən üç boyun adıdır. Birisi köçəri olub, Kuyasda yaşayır. İkincisi Tıraz
yaxınlığında bir qəsəbədə yaşayır. Bunlara çigil deyilir [4, c.1, 392].
Tarım – təkinlərə və Əfrasiyab soyundan olan xatunlara və bunların böyük-kiçik bütün
uşaqlarına verilən addır. Nə qədər böyük olursa-olsun, xaqaniyyə xanlarının övladlarından
başqasına belə deyilə bilməz. “Altun Tarım” böyük xatunların (baş hərəm) ləqəbidir [4, c.1, 394-
395].
At – ləqəb, ünvan. “Bəg anqar at berdi” = “bəy ona ünvan verdi”. [4, c.1, 146].
Tawğaç – böyük və əski tikililərin hamısına birdən “Tawğaç edhi” deyilir. Ərəblər də eyni
qayadada öz əsərlərinə “ad qövmünün əsərləri” deyirlər. Xanlar “Tawğaç” sözünü özlərinə ünvan
İbayev N.A.
18
qəbul edərək “Tawğaç xan” adını daşıyırlar. Bu, ölkəsi böyük və qədim olan xan” deməkdir. [4, c.1,
443]
Bu titulların heç biri digər yazılı abidələrdə, məsələn, “Kitabi-Dədə Qorqud” dastanında
işlənməmişdir. Müqayisə üçün qeyd edək ki, digər dastanlarda da çoxlu sayda titullar işlənmişdir.
Məsələn, “Koroğlu” dastanındakı titulları nəzərdən keçirdikdə görürük ki, onların heç biri (“Xan”
ləqəbi istisna olmaqla) M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində işlənməmişdir. Görünür ki, bu,
dövrün ictimai-siyasi xüsusiyyətləri ilə bağlı olmuşdur. Deyilənləri “Koroğlu” dastanındakı titulları
müqayisəyə cəlb etməklə təsdiq etmək mümkündür [13, 17].
Ağa // aqa Mirzə
Bəy // bay // Beg // Beq Patışa
Banu Paşa
Bəyim Sərkar // Sərkər
Bəylərbəyi Serkerde
Əfəndi Sədrəzəm
Hunkar // Hünkar // Xünkar Sərdar // Serdar
Xacə Sultan // Soltan
Xan // Han Tacırbaşı
Xanım // Hanım Şah
Xoca Vəliəhd
Xotkar Vəzir // Vezir
Elmi yeniliyi: Məqalə M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki hərb və titulla bağlı
etnoqrafik leksikanın öyrənilməsi baxımından elmi əhəmiyyət kəsb edir. Eyni zamanda məqalədə
bu sahələr üzrə ədəbi dilimizdə işlənməyən etnoqrafik sözlər öz əksini tapır. Etnoqrafik leksikanın
zaman keçdikcə dəyişdiyi, inkişaf etdiyi dil faktları əsasında özünü göstərir.
Tətbiqi əhəmiyyəti: Praktik baxımdan hərb və idmanla bağlı etnoqrafik leksikanın əhəmiyyəti
vardır. Məqalədəki etnoqrafik leksikaya aid sözlərdən etnoqrafik lüğətlərin tərtibində faydalanmaq
olar.
ƏDƏBİYYAT
1.
Məmmədli Y.Ə. Azərbaycan dilinin hərbi leksikası. Bakı: Bakı Universiteti nəşriyyatı,
1997, 125 s.
2.
Salahov Z.Ə. İngiliscə-Azərbaycanca-rusca hərbi terminlər lüğəti. Bakı: Elm və təhsil,
2010, 371 s.
3.
Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игорeве». M.: Наука, 1985, 208 c.
4.
Əsgərov R.B. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”: 4 cilddə, I c., Bakı: Ozan, 2006,
512 s.
5.
Xəlilov B.Ə. 224 qədim türk sözü. Bakı: Elm və Təhsil nəşriyyatı, 2010, 350 s.
6.
Мусаев К.М. Лексика тюркских языков в сравнительном освещении (западно
кыпчакская группа). М.: Наука, 1975, 360 с.
7.
Mənzum oğuznamə / tərcümə edən İ.M.Osmanlı. Bakı: Ulu, İKF, 2005, 84 s.
8.
Əsgərov R.B. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”: 4 cilddə, III c., Bakı: Ozan, 2006,
400 s.
9.
Hacıyev T.İ. Azərbaycanın qədim onomastikasına dair // Azərbaycan filologiyası
məsələləri. Bakı: Elm, 1984, s.125-136
10.
Zahidi A.İ. Müasir ərəb dilində türk mənşəli sözlər. Bakı: Elm, 1977, 146(2) s.
11.
Adilov M.İ. Qanadlı sözlər. Bakı: Yazıçı, 1988, 440 c.
12.
Verdiyeva Z.N. Köməkçi ad kateqoriyaları. Bakı: Maarif, 1990, 228 s.
13.
Ağabəyli S.S. “Koroğlu” dastanının onomastik sözlüyü. Bakı: BDU, 2011, 48 s.
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində müasir azərbaycan ədəbi dilində
işlənməyən hərb və titulla bağlı etnoqrafik sözlər
19
РЕЗЮМЕ
ЭТНОГРАФИЧЕСКИЕ СЛОВА, СВЯЗАННЫЕ С ВОЕННОЙ ТЕМОЙ И ТИТУЛАМИ
ИЗ «ДИВАНИ ЛЮГАТ-ИТ-ТЮРК» МАХМУДА КАШКАРИ НЕ ИСПОЛЬЗУЕМЫЕ В
СОВРЕМЕННОМ АЗЕРБАЙДЖАНСКОМ ЛИТЕРАТУРНОМ ЯЗЫКЕ.
Ибаев Н.А.
Ключевые слова: Махмуд Кашгари, Дивани-люгат-ит-турк, этнографические слова,
война, титул
В статье исследуются этнолексемы, использованные в связи с военной темой и
титулами в «Дивани люгат-ит-тюрк» Махмуда Кашкари, которые не встречаются в
современном азербайджанском литературном языке. Здесь группируется и раскрывается
смысловое значение таких этнолексем, как ашук, улун, октам, алпагут, тил, кяриш, бугде,
ярык, связанных с военной тематикой и этнолексем озюк, аяды, курч, тарым, тавгач, чигил,
связанных с титулами.
SUMMARY
ETHNOGRAPHIC WORDS RELATED WITH MILITARY AND RANK IN MAHMUD
KASHGARY’S “DIVANI-LUGAT-IT-TURK” UNUSED IN MODERN AZERBAIJAN
LITERARY LANGUAGE
Ibayev N.A
Key words: Makhmud Kashgari, Divani-lugat-it-turk, ethnographic words , war, title
A great number of ethnographic words in Mahmd Kashgary’s “Divani-ligat-It-Turk” are not
used in our literary language. It is impossible to come across the words in dialects and accents not
used in the literary language. The ethnographic words unused in the literary language are related
with different fields. The ethnographic words related with military and rank are analyzed in the
article.
Daxil olma tarixi:
İlkin variant
01.12.2015
Son variant
01.06.2016
İbayev N.A.
20
UOT 81’282.3
CƏNUBİ QAFQAZIN BƏZİ ORONİMLƏRİNİN SİNTAKTİK XÜSUSİYYƏTLƏRİ
TAĞIYEVA RUHİYYƏ İSABALA qızı
Sumqayıt Dövlət Universiteti, doktorant
e-mail: sdu.elmihisse@mail.ru
Açar sözlər: coğrafiya, toponim, oronim, xəritə, oykonim
Məqalədə Cənubi Qafqaza aid 1903-cü ildə Tiflisdə çap olunan hərbi-topoqrafik xəritədəki
oronimlər – relyef adları sintaktik tədqiqata cəlb edilir. İsmi birləşmə və (Qırğız, Topdağ,
Təpəqaya, Ağyazı və s.) feli birləşmə modellərində (Daşkəsən, Naltökən, Ağlağan, Nalbənd və s.)
olan oronimlərin xüsusiyyətləri göstərilir.
Cənubi Qafqaz rus istilasına qədər, yəni 1828-1829-cu illərədək azərbaycanlıların toplu
yaşadıqları bir məkan olmuş, onların avtoxton vətəninə çevrilmişdir. Lakin Rusiya-Osmanlı və
Rusiya-İran müharibələri dövründə Cənubi Qafqazda azərbaycanlılar dəfələrlə pərən-pərən olmuş,
qeyri-müsəlman xalqları isə onların toplu yaşadıqları yerlərə yerləşdirmişlər. Bununla da Cənubi
Qafqazın etnik tərkibinin dəyişdirilməsinə başlanılmışdır.
Cənubi Qafqaz relyef cəhətdən çox qarışıq olduğu üçün zaman-zaman türk mənşəli adlar
çoxalmış və relyef adlarının, bütövlükdə toponimlərin türk qatı əmələ gəlmişdir. Ərazinin köklü
sahibi olmuş türksoylu xalqların etnokulturoloji mədəniyyətinin daşıyıcısı olan toponim, hidronim
və oykonimlər azərbaycan – türk dili vasitəsilə torpağa həkk olunmuş salnamənin zərrəcikləridir.
Lap əvvəllər car hökuməti, sonralar da bolşevik rəhbərlərinin dəstəyi ilə zaman-zaman ermənilər
Qərbi Azərbaycanda, gürcülər isə Borçalı, Sıgnaq, Axsqa və ona yaxın olan ərazilərdə türk mənşəli
adlara qənim kəsilərək coğrafi obyektlərə (kənd, dağ, çay, silsilə, dərə, təpə və s.) uydurma adları
vermiş, etnik mədəniyyətimizin izini itirməyə çalışmış və indi də cəhd edirlər. Azərbaycan
türklərinin soykökündə iştirak etmiş çox böyük ənənəsi olan tarixi etnonimlərdən törənən
etnotoponimlərə (Oğuz, Qıpçaq, Avşar, Qaraqoyunlu, Qayı, Bayandur, Bayat, Qanlı və s.) daha
kəskin münasibət göstərmişlər. Onun nəticəsidir ki, indi Qərbi Azərbaycanda 1 nəfər də olsun nə
azərbaycanlı qalmışdır, nə də bir toponim.
Bu baxımdan, 1903-cü ildə Qafqaz hərbi dairəsi tərəfindən çap olunmuş məxfi kartoqrafik
xəritədəki adlara və onların mənşəyinə baxmaq kifayətdir ki, ərazinin qədim sakinlərinin kimlər
olduğu sübut olunsun (4). Xəritədəki coğrafi adlardan tutarlı fakt ola bilməz. Bu adlar arxeoloji
abidələrdən də qiymətlidir.
Bundan başqa, 1886-cı ildə quberniyalar üzrə siyahıya alınmanı əks etdirən məlumat kitabı
(SVOD) da maraqlı mənbədir. 1891-ci ildə Tiflisdə çap olunan bu kitabda bütün qəzalar və kəndlər
üzrə əhalinin və təsərrüfatın sayı, milli mənsubluğu göstərilir. Orada ailələr “tüstü” termini ilə qeyd
edilir. Daha sonra Rus Coğrafiya cəmiyyətinin üzvü D.D.Paqırev tərəfindən hazırlanmış “Qafqazın
5 verstlik xəritəsinin əlifba göstəricisi” sorğu adlı kitabı da tutarlı mənbədir. Bu kitab 1913-cü ildə
Tiflisdə nəşr olunmuşdur. Orada coğrafi obyektin növü, yerləşdiyi ərazi, mütləq hündürlüyü, hər
birinin yayılma arealı, paralelləri və s. göstərilir (5).
Mərhum ümummilli liderimiz Heydər Əliyev və onun siyasi kursunu davam etdirən
prezidentimiz İlham Əliyev cənabları mətbuat və televiziyada dəfələrlə tədqiqatçılara tarixçi, dilçi,
coğrafiyaçılara rus hərbi sənəd və xəritələrini əsas mənbə kimi xatırlatmış və bu sahədə köklü
araşdırmaların aparılmasını məsləhət bilmişlər.
Budaq Budaqovun təbirincə desək, üç elmin qovşağında (dil, coğrafiya və tarix) yaranan
toponimlərin tarixi araşdırılmasa, köksüz, yerləşdiyi ərazi lokalizə olunmazsa, yəni coğrafiyası
bilinməzsə, yersiz, dili açıqlanmazsa, lal hesab olunur (2.126). Toponimlər dil vahidləri ilə
işarələndiyi üçün onların fonetik, leksik, semantik və qrammatik (morfoloji və sintaktik)
xüsusiyyətlərinin türkoloji aspektdə öyrənilməsinin elmi-praktik, həm də azərbaycanşünaslıq üçün
çox böyük elmi əhəmiyyəti vardır. 1903-cü ildə Tiflisdə nəşr edilən xəritədəki kartoqrafik adlara
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
21
nəzər yetirdikdə coğrafi obyektlərin bütün növlərinin işarələndiyini görürük. Bir daha bu adları bizə
yadigar qoyub gedən soylarımızla fəxr edirik.
Bu yazıda relyef adlarını tədqiqata cəlb etdiyimiz üçün daha çox həmin adlara müraciət
etməyimiz təbiidir.
Xəritədə o dövr üçün çox böyük strateji əhəmiyyəti olan, makro və mikroarelda işlənən,
relyef adları (dağ, dərə, təpə, düz, yoxuş, qaya, yurd, daş, keçid, dərə və s.) daha çox diqqəti cəlb
edir. Bakı, Gəncə, İrəvan, Tiflis,Qars quberniyalarının qəza və dairələrində, eləcə də ona yaxın olan
ərazilər üzrə (24 qəza, 6 dairə) xəritədə qeyd olunmuş oronimləri – relyef adları müxtəlif növ ismi
birləşmə və ya feli birləşmə modellərində nəzərə çarpır. Həmin oronimləri sintaktik quruluşuna
görə belə təsnif etmək olar.
Dostları ilə paylaş: |