6
UOT 81.373.47
BƏDİİ ƏSƏRLƏRİN DİLİNDƏ DİALEKTİZMLƏRİN YERİ VƏ MÖVQEYİ
(S.Rəhimovun “Saçlı” romanı əsasında)
QƏHRƏMANOVA ÇINARƏ MƏMMƏD qızı
Azərbaycan Dövlət İqtisad Universiteti, f.ü.f.d.
e-mail:
Chinara83@gmail.com
Açar sözlər: dialektizm, semantika, etnoqrafiya, ədəbi dil
Məhdud ərazidə yaşayanların məişətdə elə əşya və hadisələr olur ki, ümumxalq məişətinə
keçmədiyindən, ümumxalq məişətindən istifadə edilmədiyindən ümumxalq dilində onların adlarının
qarşılığı, sinonimləri də olmur. Həmin məhdud ərazidən bəhs edən elmi və ya bədii əsərdə bu cür
əşya və hadisələrin təsvirinə də yer vermək lazım g000000əlir. Buna görə də dilçilikdə etnoqrafik
dialektizm adlandırılan bu cür şivə sözlərinin bədii dildə işlənməsi təbii sayılır və məqbul hesab
edilir [1, s.40-47]
Etnoqrafik dialektizmləri “Dəli Kür” romanında araşdıran Q.Kazımov yazır ki, romanda ilk
baxışda təəccüb doğuran məhdud dairə işlənmə xüsusiyyətlərinə malik sözlərdir. Belə sözlərin
əsasını şivə sözləri təşkil edir. Bu sözlərin bir qismi əksər dialekt və şivələrinə, çox hissəsi Qərb
dialekt və şivələri qrupuna aiddir. Şübhəsiz, bu hal romanda təsvir edilən hadisələrin baş verdiyi,
cərəyan etdiyi ərazi ilə əlaqədardır. Romanda məhdud ərazi ünsiyyətinə xidmət edən sözlərin
işlənməsi mühüm səbəblərlə bağlı olub, təsadüfi xarakter daşımır. Bunların bir çoxunu yazıçı
bilərəkdən əsərə daxil etmişdir (1,45).
T.Əfəndiyeva etnoqrafik dialektizmləri leksik-semantik mənalarına görə aşağıdakı 9 qrupa
bölmüşdür: 1) əkinçiliyə aid; 2) köhnə alət adları; 3) maldarlığa aid adlar; 4) geyim əşyalarının
adları; 5) yemək adları; 6) ot və bitki adları; 7) ev əşyalarının adları; 8) köhnə ölçü və çəki adları; 9)
köhnə adət-ənənə adları[5, s.152].
Bunların bir çoxunun dəqiqləşdirməyə ehtiyacı var. Bu dialektizmlər hər bir bölgədə oxşar və
fərqli şəkildə üzə çıxır. Qubadlı şivəsinə məxsus etnoqrafik dialektizmlər də bu qruplarda birləşə
bilər. Kənd təsərrüfatının müxtəlif tərəflərini əhatə edir. İndi köhnələrək sıradan çıxmış etnoqrafik
dialektizmlər əsasən Qubadlının keçmişindəki həyat və məişətin təsviri zamanı, yəni tarixi koloritin
yaradılması məqsədilə istifadə edilir.
S.Rəhimovun əsərlərinin lüğət tərkibində tarixi dövrlərin izlərini göstərən etnoqrafik
dialketizmlər işlədilmişdir. Bunlar, əsasən, köhnə ay adlarında, köhnə təsərrüfatla bağlı olan
sözlərdə, qohumluq münasibətlərini bildirən adlarda və.s özünü göstərir:
1) Köhnə ay adları. S. Rəhimovun “Saçlı” romanında 2 köhnə ay adına rast gəlinir: quyruq
doğan ay; qışın çilləsi. Çillə sözünü yazıçı əsərdə 2 cümlədə işlətmişdir:
... Mən öz ailəmlə bu sərt qışlı dağların ətəyində bizim klubun hicra guşəsində qışın çilləsində
donardım (Ic., s.229). ... Zamanın hökmü belədir, qışın çilləsində yayın gününü doğuzdurmaq
olmaz! (IIc., s.71).
Bu sözə dialekt və şivələrdə “böyük çillə və kiçik çillə” formasında təsadüf olnur. Çillə sözü
Quba dialektində həm qış, həm də yay fəslinə aid edilir (2, s.279). Çillə sözü ümumiyyətlə, qış
məhfumu ilə bağlıdır. Məsələn, “Çillə hələ girməyib” cümləsində qışın girmədiyi, başlanmadığı
ifadə olunur. Lakin maraqlı burasıdır ki, Quba dialektində çillə sözü yay fəslinə də aid edilir, onun
müəyyən dövrünü bildirir. Məsələn “Yayın çilləsində...”. Burada quyruğdoğan ifadəsi də işlənilir
(2, s200).
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
7
Quyruq doğan ay. Yazıçı aşağıdakı cümlədə işlətmişdir: Köçəri dili ilə deyilsə, “quyruq
doğub” (II c., s.68). H.Mirzəyev yazır ki, quyruqdoğan ay (quyruk döğən ay) – Avqustun ikinci
yarısı. Ordubad rayonunun Nüsnüs kənd şivəsində “qurux doğan ay”, “yayın axır ayı” (6, s.279).
2) Qohumluq münasibətini bildirən dialektizmlər. S. Rəhimovun əsərlərinin dilində
qohumluq münasibətini bildirən bir sıra sözlərə təsadüf olunur. Bunlar aşağıdakılardır:
Dədə romanda ata mənasında işlənir: - Ata, qurban olum. ...qurban olum, dədə! [III c., s.120].
Bu söz Şamaxı, Bakı dialektlərində və Lənkəran şivəsində də ata mənasında işlənir [7, s.326]. Onu
da qeyd edək ki, dədə sözü qədim Azərbaycan dilində “böyük, ulu, el ağsaqqalı” mənalarında
işlənmişdir [4, s.270].
Yeznə əsərdə aşağıdakı cümlələrdə işlənmişdir: O biri tərəfdən də Göyçənin ata tərəfi
Yarməmmədə kömək edər, - biz qoymarıq yeznəmiz korluq çəksin [IIc, s.29].
Yeznə-kürəkən. Bu sözə eyni mənada digər dialekt və şivələrimizdə də təsadüf edilir [3,
s.115]. Qubadlı şivələrində “bacının əri” mənasında işlənir (4, s.118).
M.Kaşğarinin lüğətində yezna (7, 260). şəklində “böyük bacının əri” mənasında qeydə
alınmış həmin termin L.A.Pokrovskayanın yazdığına görə, başlıca olaraq qıpçaq tipli türk
dillərində, qismən də başqa türk dillərində eyni mənada işlənir (8,s.64-65). Yeznə sözü qırğız
dilində “jezde”, başqırd dilində “eznə” şəklində ifadə olunur.
Dadaş. Əsərdə Meşinovun dilində işlədilmiş bu söz dosta müraciət mənasındadır: - Axı, nə
barədə, dadaş? – deyə Meşinov dostuna tərəf əyildi [I c., s.87]. Bu söz Ağdam, Göyçay, Qusar,
Lənkəran, Ordubad, Şamaxı, Yardımlı, Zəngilan şivələrində 3 mənada işlənir:
1. Ata (Zəngilan) – Bizdə dədə də derix, dadaş da derix; 2. Böyük qardaş (Ordubad); 3. Dayı
(Yardımlı) [3, s.116]. Göründüyü kimi, bu söz S.Rəhimovun əsərlərində şivələrimizdən fərqli
mənada işlənmişdir.
Günü. “Kişinin ikinci arvadına verilən ad” mənasında olan bu söz əsərdə aşağıdakı cümlədə
işlədilmişdir: Mənsub hansı ağzı sulandırmayıb, hansı müavini sədrinə günü eləməyib [II c., s.106].
Mətndən anlaşılır ki, bu söz “rəqib” mənasında işlənmişdir. Türk dillərində günü sözünə qırğız
dilində günü, qazax dilində gündez, başqırd dilində köndəz formalarında rast gəlinir [4, s.271].
Bəbə. “Körpə uşaq, çağa” mənasında bu söz əsərdə aşağıdakı cümlədə işlədilmişdir; Təzədən
yüz yaşına dönüb bəbə olamyacaq ki? [II, s.297]. Bakı dialektində bebə fonetik variantında təsadüf
olunur: Mən belə görürəm ki, məni qorxıdırsan [3, s.39]. Gəncə, Füzuli, Kürdəmir, Qazax, Masallı,
Mingəçevir, Naxçıvan, Oğuz, Şəki dialekt və şivələrində bu söz 2 mənada işlənir: 1. körpə uşaq,
çağa. – Sən də bəbəsən (Füzuli); - Onun bəbəsi yaman göyçəkdi (Kürdəmir); - Gözünüz aydın,
eşitdim sizə təzə bir bəbə gəlir (Oğuz); 2. gəlincik (Gəncə). – A qızım, ala sa bir yaxşı bəbə
almışam [3, s.41].
Qağa. Əsərdə “...iştahsız nə aparar, Qəşəm qağa?” [I c., s.241] cümləsində işlədilən bu sözün
dialekt və şivələrdə müxtəlif mənaları mövcuddur. Bu söz Qazax dialektində, Tovuz, Ağdam,
Şirvan, Əli Bayramlı şivələrində qağa, Füzuli, Oğuz rayonu şivələrində qa formasındadır və bu söz
“ata, böyük qardaş” mənalarında işlənir. Dərələyəz mahalında “ata” mənasında ağa sözü də işlənir.
Dərələyəzin Qovuşaq kəndində bəzi evlərdə uşaqlar atalarına ata//atta deyirlər. Quba dialektində bu
sözə “aba” formasında rast gəlinir [2, s.270]. Qubadlı şivələrində ataya, əmiyə, dayıya, əmoğluya,
dayoğluya, biboğluya, mamoğluya “qağa” – deyə müraciət edirlər (4, s.118).
3) Yemək adlarından ibarət dialektizmlər. İnsanlar yarandığı gündən onları ilk növbədə
yemək-içmək, öz tələbatlarını ödəmək üçün qida məhsulları əldə etmək məsələsi düşündürmüşdür.
Çünki yemək insanların yaşaması üçün ən vacib faktorlardan biri olmuş və bunsuz insan
cəmiyyətinin indiki inkişaf səviyyəsinə gəlib çatması, maddi nemətlər istehsal etməsi qeyri-
mümkün olardı. Elə buna görə də demək olar ki, qida məhsullarının əldə edilməsi insan
cəmiyyətinin tarixi qədər qədimdir. Yemək adlarının tədqiqi xalqın tarixi, adət və ənənəsi, məişəti,
keçmiş yaşayış tərzi haqqında geniş və dolğun material verir. Bu mənada S.Rəhimovun yemək
adları ilə bağlı əsərlərində işlətdiyi dialektizmlərin tədqiqi olduqca vacibdir. Yazıçı yemək adları
Qəhrəmanova Ş.M.
8
ilə bağlı aşağıdakı dialektlərdən istifadə etmişdir: qovurğa, fətir, ağartı, kömbə, hoppa, əppək,
xamraşı, xəşil, qurut, saçarası, şoq, şilə, cad və s.
Şilə. Bəzi bölgələrdə bu xörək adına “şiləaşı” da deyirlər. Qərbi Azərbaycanın Amasiya
rayonunda yarmadan hazırlanmış xörək “şiləaşı” adlanır (3, s.469). Qarabağ bölgəsində şilə xörəyi
düyüdən hazırlanır. S.Rəhimov da “Üzsüz qonaq” hekayəsində bu mənada işlətmişdir: Bir balaca
düyülü olsa bəd olmaz! – Yanı şilə? (8 c., 55).
Şirə. Dialektoloji lüğətlərdə “çay qırağında qumluqdan süzülüb çıxan duru su” (Zəngilan)
mənasında izah edilir (2, s.469). Yazıçı “Üzsüz qonaq” hekayəsində bu sözü tamamilə başqa
mənada işlətmişdir. “-Bal” mənasında. Aşağıdakı cümlədə “şirə” sözü “bal” sözünün sinonimi kimi
işlənmişdir. “-Bilmirəm bizdə də heç bir şirə varmı? – deyə Ocaqqulu arvadının üzünə baxdı. – Ay
arvad, o küpənin dibində o palıd balından bir xəşillik varmı? (8 c., s.56).
Cad. Yazıçının hekayələrində (8 c., s.136) işlənən bu dialektizmin mənası “darı çörəyi” (4,
s.117) mənasındadır. Qubadlı şivələrində müşahidə edilən termin səciyyəli sözdür (4, s.117).
Qovurqa. Əsərdə ... – məktəb qovurqadır məgər cibinə tökəsən? [II c., s.82] cümləsində
işlədilmişdir. Bəzi bölgələrdə bahar bayramında sacın içərisində buğda qovururlar. Cəbrayıl
şivəsində qovurğa sözü işləkdir. Buğdanı sajın üstə qovururlar. olur qovurqa.
Fətir. Əsərdə “... ağartısız uşaqlarımız dolanmaz” cümləsində işlədilmiş bu sözün mənası
“inəkdən, qoyundan, camışdan, keçidən alınan süd və qatıq məhsulları” deməkdir. Lüğətlərdə
Ağdam şivəsində işləndiyi göstərilir (3, s.18).
Kömbə. Əsərdə “... hazırca kömbə tapanlar haradan başa düşər ki, hansı şey haradadır [II c.,
s.199] cümləsində işlədilmiş bu sözün mənası “yağda un ilə bulamadan və ya yumurtadan bişirilmiş
yemək növü” (Qazax) deməkdir [11, s.253].
Horra. Əsərdə “... baxanda işləyə elə bil horradır axır...” [II c., s.442] cümləsində
işlədilmişdir. Cəlilabad şivəsində balqabaqdan hazırlanır duru xörək adıdır [3, s.228]. Xanlar və
Tovuz rayonlarında tərkibində yağı az olan və ya yaxşı qaynadılmayan ayrandan əmələ gələn pis
keyfiyyətli şora deyirlər [1, s.227]
Əppək sözü yazıçının hekayətlərində “çörək” mənasında işlənmişdir: “Həm əppəklərini
yeyib, sularını içib, allaha şükür edib, sonra da yıxılıb yatırdılar (8 c., s.138). “Azərbaycan
dialektoloji lüğəti”ndə bu sözün 2 mənası göstərilir: Ağdam, Bolnisi, Gədəbəy, Göranboy,
Qarakilsə, Mingəçevir, Şəki, Tovuz, Yevlax dialekt şivələrində “çörək”, Zəngilan şivəsində isə
“aşığın hamar tərəfi” mənalarında qeydə alınmışdır (3, s.174-175).
Xamralı. Yazıçının “Üzsüz qonaq” hekayəsində “Şordan, şoqdan, caddan, xamralıdan-
zaddan...” cümləsində işlətdiyi bu dialekt sözünün mənası “sacda bişirilən çörək” (6, s.219)
mənasındadır.
Xəşil. Bu sözə dialekt və şivələrimizdə “xəşil-xaşıl-xasıl” formalarında “xəmir xörəyi”
mənasında rast gəlirik (6, s.219). Yazıçı bu dialektizmi eyni mənada “Üzsüz qonaq” hekayəsində
işlədir: “Vallah, bir xəşil olsa heç bəd olmaz” (8 c., s.56).
Qurut. Bu sözə yazıçının “Küp qarısı” hekayəsində 9 dəfə rast gəlirik. Hekayədə “... qarı
gözlərini qurut kimi ağardıb” (8 c., s.125) cümləsində “qurudulmuş, dəyirmişəkilli süzmə”
mənasında işlədilmişdir. Onu da qeyd edək ki, Qazax, Şahbuz, Ordubad dialekt və şivələrində də
eyni mənada işlədilir.
4) Geyim adları ilə bağlı dialektizmlər. S.Rəhimov əsərlərində geyim adları ilə bağlı maraqlı
dialekt sözləri işlədilmişdir. Bunlar aşağıdakılardır:
Laçın sözü əsərdə “ev ayaqqabısı” mənasındadır: O, boz şinelinə bürünmüş, cod qəzilli
ayaqlarına yastıdaban lançın keçirmişdi [I c., s.248]. Bu sözə Ağsu, Gəncə, Qazax, Lənkəran,
Sabirabad, Şəki dialekt və şivələrində lapçın şəklində təsadüf edilir (3, s.284). Lapçın sözünə eyni
şəkildə Ağsu, Qafan, Lənkəran, Sabirabad, Şahbuz, Şamaxı dialekt və şivələrində [3, s.256] rast
gəlinir: Lapçını – Lapçını gəti! (Qafan); - Xeyrənsə lapçını itirib (Sabirabad); -Başmaqçiyə üç cüt
lapçın tapşırdım (Şamaxı) [3, s.356]
Bədii əsərlərin dilində dialektizmlərin yeri və mövqeyi(S.Rəhimovun “Saçlı” romanı əsasında)
9
Arxalıq sözü “Üzsüz qonaq” hekayəsində “yaxası düymələnən, uzun ətək paltar”
mənasındadır. Bu sözə Bakı, Şəki, Qazax, Gəncə, Şuşa dialektlərində müşahidə olunur: - Koxa əlini
döşünə atıb, möhürü arxalığının cibindən çıxardıb, İmamquluya tərəf tutdu (8 c.. s.61).
Daqqa sözü “Üzsüz qonaq” hekayəsində “qaragül dərisindən papaq” mənasında işlənmişdir:
- Yüzbaşıdan qalma göy mahud çuxasını geydi, daqqa divan papağını başına qoydu (8 c., s.72).
Lüğətdə bu sözün dialekt və şivələrimizdə 4 mənada işləndiyi göstərilir: 1. neft, mazut və su qabı
(Kürdəmir, Qazax, Şəmkir, Tovuz); 2. buğda, arpa saxlamaq üçün taxtadan, ağacdan hazırlanmış
qab, boçka (Gəncə, Qax, Şəki); 3. lovğa, ədabaz (Bərdə, Hamamlı, Qazax, Yevlax) (3, s.117-118).
Dizlik. Lüğətlərdə qeydə alınmayıb. “Dizə qədər uzanan corab” mənasındadır. Bəxti
ömründə heç bir dizlik geyməzdi (8 c., s.166).
Qılıcı. Bu söz də lüğətlərdə qeydə alınmayıb. Mənası “qılınc kimi düz şalvar” deməkdir:
Arvadına yer saldırdı, özü də tüklü qılıcı şalvarda yerə girdi (8 c., s.166).
Patava “corabın üstündən ayağa bükülən yun parça” mənasında “Malyeməz” hekayəsində
işlənmişdir: -Bəxtinin çarıq-paltavası islandı. Bu dialektizm lüğətlərdə qeydə alınmayıb.
Bafta sözü dialektoloji lüğətdə 2 mənada qeydə alınmışdır: 1. əlvan parçadan tikilən haşiyə
(Qazax); 2. zərli parça adı (Hamamlı) [3, s.27]. Bu söz əsərdə aşağıdakıcümlədə işlədilmişdir:
Göyçək üst tumanının ayağına enli qara bafta tutardı [II c., s.29].
Yaşmaq sözü əsərdə “qadınların ağzını, burnunun və üzünün bir tərəfini gizlətmək üçün
başlarına saldıqları yaylıq, örtüyün bir hissəsi, örtük” mənasındadır: Qara kalağayısını başına atdı,
üzünə xırda yaşmaq tutdu [I c., s.304]. Bu söz Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində
“yemşək//yaşmax” formasındadır [3, s.188]
Qırdıma sözü əsərdə “gödək” mənasındadır: - Öyrənərəm, öyrənərəm, ay Xanım bacı
öyrənərəm, -deyə qırdıma tuman Gülöymə fır-fıra kimi fırlanırdı[I c., s.69]. Bu söz Cəbrayıl
şivəsində “gödək” mənasında işlənir. –Sumuzar bir qızdırma don tikif [3, s.330]
Botin sözü əsərdə “qısa böğazlı və ya boğazsız ayaqqabı” mənasındadır: Qulam müəllim
botinlərinin dabanları əyilmiş bu uşaqlara daim belə baxırdı [III c., s.15]. Bu da fransız dilinə
məxsus söz olub,ədəbi dilimizdən şivə və dialekt kimi yayılmışdır
Qanavuz sözü əsərdə “parça növü” mənasındadır. Lüğətlərdə qeydə alınmamışdır. Yazıçı
aşağıdakı cümlədə işlətmişdir: O, ağ köynəyi üstündən qırmızı qanavuzdan enliqol köynək, onun da
üstündən döşü açıq, qolu qırçınlı arxalıq geyib, gümüş kəmər bağladı [II c., s.129].
Beləliklə, dialekt keyfiyyətləri yazıçılara öz qəhrəmanlarının həyatını, məişətini və
görünüşünü daha realistik təsvir etməkdə kömək edir. Məhz buna görə etnoqrafik və leksik
dialektizmlərdən geniş istifadə edilir.
S.Rəhimovun “Saçlı” romanı və hekayələrinin leksik tutumu zəngin və müxtəlifdir. Məqalədə
yazıçının “Saçlı” romanının və hekayətlərinin dilindəki etnoqrafik dialektizmlər ilk dəfə olaraq elmi
nəticəsini əldə etmişdir və ədəbi dildə Azərbaycan dilinin dialektləri arasında müqayisələr
aparılmışdır.
Araşdırmada nəzəri olaraq Azərbaycan ədəbi dilinin inkişafında S.Rəhimovun rolu, mövqeyi,
canlı danışıq dilinin ədəbi dilə təsiirndə belə sənətkarların xidməti, ədəbi dil normalarının
formalaşmasında yazıçının fərdi yaradıclığının əhəmiyyəti sübut edilmişdir.
Elmi yeniliyi: Məqalədə bədii əsərlərdə işlənən dialektizmlərin mövqeyindən bəhs edilir və
onların üslubi imkanları göstərilir.
Tətbiqi əhəmiyyəti: Məqalədən dialektlərin tədrisində köməkçi vasitə kimi istifadə etmək
olar. Bundan əlavə məqalədə göstərilən dialektizmlər dialektoloji lüğətlərin tərtibi üçün mənbə
hesab edilə bilər.
ƏDƏBİYYAT
1.
Azərbaycan dilinin dialektoloji lüğəti. Ankara: 1999, 568 s.
2.
AbbasovaR. Azərbaycan dilinin Qubadlı şivələri. Bakı: Çinar, 2006, 203 s.
Qəhrəmanova Ş.M.
10
3.
Əfəndiyeva T. Azərbaycan ədəbi dilinin üslubiyyət problemləri. Bakı: Elm , 2008, 230 s.
4.
MirzəyevH.Dərələyəz folkloru. Bakı: Elm, 2006, 360 s.
5.
Древнетюркский словарь, Л.: Наука, 1969, с. 677
РЕЗЮМЕ
ЗНАЧЕНИЕ ДИАЛЕКТИЗМОВ В ЯЗЫКЕ ХУДОЖЕСТВЕННЫХ ПРОИЗВЕДЕНИЙ
(на основе романа С.Рагимова «Сачлы»)
Г ахраманова Ч.M.
Ключевые слова: диалектизм, семантика, этнографии, литературный язык
В статье рассматривается словарный состав произведений С. Рагимова В них автор
широко использует лексические и этнографические диалектизмы. Дана классификация
этнографических диалектизмов по лексико-семантическому значению исследователя
С.Эфендиевой. Следуя этой классификации, автор статьи приводит подробные примеры из
произведений С.Рагимова Отмечается, что диалектизмы в художественной литературе
используются для того, чтобы передать особенности местного колорита, жизнь, быт героев
или как средство речевой характеристики персонажей.
SUMMARY
THE DİALECTİCİSM’S SITE AND POSITION IN THE LITERARY WORKS
LANGUAGE
Qahramanova Ch.M.
Key words: dialektizm, semantics, ethnography, literary language
Ethnographical dialecticisms in the vocabulary structure of S. Rachimov’s works show the
tracks of the historical times Dialectical qualities of the literary works help their authors describing
the life, the way of life and appearance of the heroes more realistic. Just therefore, in the realistic
works are widely used the ethnographical and lexical dialecticisms.
Daxil olma tarixi:
İlkin variant
25.04.2016
Son variant
01.06.2016
Bədii əsərlərin dilində dialektizmlərin yeri və mövqeyi(S.Rəhimovun “Saçlı” romanı əsasında)
11
UOT 808.5
AZƏRBAYCAN ƏDƏBİ TƏLƏFFÜZÜNDƏ VURĞU
EMİNLİ BÖYÜKXANIM İBRAHİM qızı
Sumqayıt Dövlət Universiteti, baş müəllim
e-mail:sdu.elmihisse@mail.ru
Açar sözlər: fonetika, orfoepiya, tələffüz, fonosemantika, vurğu
İnkişaf etmiş bir ölkədə insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dilin rolu və
əhəmiyyəti daha da artır. Azərbaycan ədəbi dilinin şifahi qolundan respublikamızın iqtisadi,
ictimai-siyasi həyatının bütün sahələrində geniş istifadə olunur. Elm və texnikanın sürətli inkişafı,
çoxsaylı radio və televiziya kanallarının meydana gəlməsi şifahi ədəbi dilin imkanlrını xeyli
genişləndirmişdir. Qəzet və jurnalların sayca üstünlük təşkil etməsinə baxmayaraq, radio və
televiziyanın (xüsusilə televiziyanın) əhatə dairəsi, auditoriyası daha genişdir. Məhz buna görə də
ədəbi dilimizin başqa normaları kimi, tələffüz normalarını da müəyyənləşdirmək və onları qorumaq
nitq mədəniyyəti baxımından aktual məsələ kimi qarşıda durur.
Respublikamızda orfoepiya məsələlərinin sistemli şəkildə öyrənilməsinə keçən əsrin 40-cı
illərindən başlanmışdır. Keçən dövr ərzində dilimizin orfoepiyasına dair dəyərli əsərlər yazılmış,
dissertasiya müdafiə edilmiş, orfoepiya lüğəti tərtib edilərək çap edilmiş, nəhayət, dilimizin
orfoepik qaydaları yaradılmışdır. Akademik M.Şirəliyev dilimizin orfoepiya məsələsinin çox aktual
məna kəsb etməsindən bəhs edərək yazırdı: “Mədəniyyətimizin inkişafı elə bir səviyyəyə çatmışdır
ki, artıq orfoepiya qaydalarını vermək günün vacib məsələlərindən biri olmuşdur.” [5, 15]
Şifahi ədəbi dilin ən çox işlənən sahələrindən biri şifahi kütləvi informasiya vaistələridir.
Kütləvi informasiya vaistələrində (əsasən, televiziya və radioda) informasiyaların, mətləblərin
çatdırılmasında şifahi dil normalarına əməl olunması şəksizdir. Televiziyada və radioda müxtəlif
elm və istehsal sahələrinə aid daha çox ayrı-ayrı əcnəbi mənşəli söz və terminlərin tələffüzündə bir
çox çətinliklər onlarda vurğunun düzgün deyilib-deyilməməsi ilə də bağlıdır. Bəllidir ki, dillərin
milli təbiətini əks etdirən hadisələrdən biri də vurğudur. Başqa dillərdə olduğu kimi, Azərbaycan
dilinin sözlərini də fonetik cəhətdən formalaşdıran sözlərimizdə vurğu sonuncu heca üzərinə düşür.
[6, 3, 4]
Vurğu dildə fonosemantik əhəmiyyət kəsb edən və səs qurğusuna daxil olan, informativlik
yükü ilə müəyyənləşən vahiddir. Onu da qeyd edək ki, müasir Azərbaycan dilində vurğu,
avazlanma (intonasiya), durğu işarələri mühüm rol oyanyır və bunlar fonosemantik əlamətlər kimi
çıxış edir. Ancaq tarixən fonosemantik əlamətlər sırasında ton, zil, bəm və s. kimi tələffüz
çalarlarının da xüsusi rolu olmuşdur. Təbii ki, dil inkişaf etdikcə, onun qrammatik quruluşu
zənginləşdikcə fonosemantik əlamətlər də cilalanmış, müəyyən qaydaya, sistemə düşmüşdür.
Hazırda fonosemantik elementlər sırasında vurğunun, avazlanmanın (intonasiyanın), səs
durğusunun (durğu işarələrinin) rolu göz qabağındadır. Xüsusilə, müasir Azərbaycan dilində vurğu,
avazlanma (intonasiya), durğu işarələri fonosemantik elementlər kimi mövcuddur. Müqayisə üçün
qeyd edək ki, birhecalı dillərdə fonosemantik elementlərin rolu daha böyükdür. Məsələn, cənub-
şərqi Asiya dillərindən olan tibet, koreya, yapon, çin dillərində fonosemantik elementlərin rolu
əvəzsizdir. Yeri gəlmişkən onu da qeyd edək ki, dilimizdəki omonimləşmə, yəni omonim sözlər
fonosemantik elementlərin sırasına daxildir. Omonimləşmə türk dillərinin əski çağlarında daha
güclü olmuş, yəni omonim sözlərin sayı üstünlük təşkil etmişdir. Omonimləşmə dildə ağırlıq
yaratdığına görə getdikcə omonim sözlərin sayı azalmışdır. Odur ki, omonimləşmə
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
12
fonosemantikanın əlaməti kimi dilimizdə qorunub saxlanmışdır. Bir sözlə, omonimləşmə, omonim
sözlər birhecalı dillərdə indi də mövcuddur. Birhecalı (kök quruluşlu, amorf) dillərdə
omonimləşmə, vurğu fonosemantikanın ilk əlamətləri kimi indi də özünü göstərir. Bir qisim
omonim sözlərdə vurğunun məna fərqi yaratması sübut edir ki, vurğu ilə omonimləşmə prosesi
arasındakı əlaqənin tarixi kökləri qədimdir. Məsələn, alma (isim) – alma (feil), vurma (isim) –
vurma (feil), alın (isim) – alın (feil), gəlin (isim) – gəlin (feil)
Cümlədəki sözlərdən, sözdəki hecalardan birinin digərinə nisbətən daha güclü deyilməsinə
vurğu deyilir. Bu tərifdən də görünür ki, vurğunun hüdudu söz və hecadır. Belə ki, sözlərdəki
hecalardan, cümlədəki sözlərdən biri digərinə nisbətən aydın, səlis və güclü tələffüz olunur. Bu da
nitqin məzmun, məna çalarlığına xidmət edir. Həm də bu zaman nitq prosesi dalğalı axına bənzəyir.
Vurğu, onun xarakteri, növləri ilə bağlı tədqiqatlar az olmamışdır. Məsələn, M.Kazımbəy vurğunun
əhəmiyyətindən, vurğu qəbul etməyən bəzi şəkilçilərdən bəhs etmişdir. N.Aşmarin Azərbaycan
dilində vurğunu Nuxa (Şəki) şivəsinə aid topladığı dil faktları əsasında izah etmişdir. O,
Azərbaycan dilində vurğunun sözün son hecasının üzərinə düşməsi və bəzi alınma sözlərdə
vurğunun sözün son hecasının üzərinə düşməməsi məsələsinə diqqət yetirmişdir. Vurğudan
S.Mayzel də bəhs etmişdir. S.Mayzel türk dillərində vurğunun sözün son hecasının üzərinə
düşməsini qeyd etməklə yanaşı, istisna halları da, yəni son hecasının üzərində vurğu olmayan dil
faktlarını da (alınma sözləri) nəzərdən keçirmişdir. Vurğudan xüsusi olaraq bəhs edənlərdən biri də
Ə.Dəmirçizadə olmuşdur. Ə.Dəmirçizadə vurğusu son hecaya düşən və vurğusu son hecaya
düşməyən sözlərdən, o cümlədən Azərbaycan dilində vurğu qəbul edən və qəbul etməyən
şəkilçilərdən, vurğunun növlərindən xüsusi olaraq bəhs etmişdir. Bundan başqa, B.Çobanzadə və
F.Ağazadə, S.Cəfərov mürəkkəb sözlərdə vurğu, M.Hüseynzadə təyini söz birləşmələri ilə
mürəkkəb sözlərin fərqlənməsində vurğunun rolu, A.Axundov vurğunun növləri, vurğu qəbul
etməyən şəkilçilər, təyini söz birləşmələrində vurğu, A.Bəşirova təyini söz birləşmələrində vurğu
məsələlərinə xüsusi tədqiqiat əsərləri həsr etmişlər. Vurğu türk dillərində də tədqiq
olunmuşdur.Məsələn, A.N.Kononov mürəkkəb isimlərdə vurğunu, M.Resenin mürəkkəb söz və söz
birləşmələrində vurğunu, E.N.Nəcib söz birləşmələrində vurğunu, N.K.Dmitriyev və digərləri
sözlərdə vurğunu tədqiq etmişlər. Vurğunun akustik təbiəti həm də onun xüsusiyyətləri kimi özünü
göstərir. Bunlar aşağıdakılardır:
Birincisi, Azərbaycan dilində vurğunun akustik təbiəti vurğulu hecadakı saitin kəmiyyətcə
uzun olması ilə bağlıdır. Belə ki, vurğulu hecadakı saitin kəmiyyəti vurğusuz hecadakı saitin
kəmiyyətindən uzun olur. Sözdəki hecalar üzrə aparılmış təcrübənin nəticələri də təsdiq edir ki,
sözlərdəki vurğulu saitin uzunluğu əsas rol oynayır. Vurğusu ikinci hecada olan ikihecali sözlərdə “
vurğulu saitin uzunluğu vurğusuz saitin uzunluğundan orta hesabla 0,5-0,4 dəfə çoxdur”. (3. 161)
Deməli, Azərbaycan dilində vurğunun akustik təbiətindən biri onun mövcud olduğu hecadakı
saitin kəmiyyətcə uzun olmasıdır.
İkincisi, Azərbaycan dilindəki vurğunun akustik təbiəti saitin səs tonu ilə bağlı olur. Belə ki,
vurğulu hecadakı saitin səs tonu vurğusuz hecadakı saitin səs tonundan yüksək olur. Yenə də bu
sahədə aparılmış təcrübi işlərin nəticələri göstərir ki, “... vurğulu saitin əsas sən tonu 160-225,
vurğusuz saitin əsas səs tonu isə 100-180 hers təşkil edir” (3.162)
Deməli, Azərbaycan dilindəki vurğunun akustik təbiətindən biri də onun mövcud olduğu
hecadakı saitin səs tonunun yüksək olmasıdır.
Üçüncüsü, Azərbaycan dilindəki vurğunun akustik təbiəti vurğulu hecadakı saitin
intevsivliyinin daha qüvvətli olması ilə fərqlənir. Belə ki, vurğulu hecadakı saitin intensivliyi
vurğusuz hecadakı saitin intensivliyindən daha qüvvətli olur.
Deməli, Azərbaycan dilindəki vurğunun akustik təbiətindən biri də onun mövcud olduğu
hecadakı saitin intensivliyindən daha qüvvətli olmasıdır.
Azərbaycan ədəbi tələffüzündə vurğu
13
Hər bir dilin fonetik sistemində vurğu mühüm yer tutur. Sait və samit fonemlər kimi, vurğu da
sözləri fərqləndirməyə xidmət edir. Məsələn, a'lma -alma', dondurma' - dondu'rma, gə'lin-gəlin' və s.
Vurğu ədəbi tələffüz üçün əsasdır. Heca vurğusu sahəsində olan əsas səhvlər, demək olar ki, yalnız
alınma sözlərin deyilişində özünü göstərir. Bu səhvlərin meydana çıxmasının müxtəlif səbəbləri ola
bilər. Fikrimizcə bu, hər şeydən əvvəl, psixoloji səbəbdən irəli gəlir. Bəllidir ki, Azərbaycan dilində
vurğu bir qayda olaraq, sözün və ya söz formasının son hecasına düşür. Bununla bağlı olaraq, başqa
dillərdən, xüsusilə Avropa dillərindən alınma sözləri, sanki öz sözlərimiz kimi vurğulayıb tələffüz
edirik. Məsələn, relye'f - re'lyef, ya'rmarka - yarma'rka, ka'fedra - kafe'dra, allergiya' - alle'rgiya,
İngi'ltərə - İngiltə'rə.
Dünya dilləri içərisində alınmalarsız, yalnız öz sözlərindən ibarət olan bir dil təsəvvürə
gətirmək qeyri-mümkündür. P.L. Çernıx doğru olaraq göstərir ki, “Çox çətin təsəvvür etmək olar ki,
bir dil, hətta özünün ən qədim vəziyyətində belə, başqa bir dilin heç bir təsirinə məruz qalmamış
olsun”. [8. 16] L.P.Krısin belə bir fikir irəli sürmüşdür ki, sözlərin bir dildən başqa dilə keçməsi
üçün əsas şərait ikidillilikdir. İkidillilik şəraitində əcnəbi söz əvvəlcə danışıq dilində işlənməyə
başlayır, sonra ümumxalq dilinin bütün sahələrinə keçir. [7, 17]
Beləliklə, əcnəbi sözlər, hər şeydən əvvəl, danışıq dilində işlənir və dildə yaşamaq hüququ
qazanır, deməli, dilin lüğət tərkibinə daxil olur. İlk dəfə nitqdə işlənən bu sözlər dilimizin fonetik –
qrammatik qayda-qanunlarına tabe edilir, yəni alınan sözü dil mənimsəyir. Ona görə də alınma
sözlərin düzgün tələffüz qaydalarının – orfoepik norma və prinsiplərin yaradılması bütünlükdə dilin
özü, habelə yazı üçün mühüm əhəmiyyət kəsb edir. Sözün tələffüzünə şüurlu münasibət düzgün
yazıya yiyələnməyin zəruri şərtlərindəndir. Bəzi alınma leksik vahidlər mənbə dildəki vurğularını
saxlayır : dire’ktor, do’ktor, no’rma, o’pera, fe’rma, tempera’ment və s. Müəyyən qrup sözlər də var
ki, Azərbaycan dilinin fonetik təbiətinə tam uyğunlaşdığı üçün alındığı dildəki vurğularının yerini
dəyişir, vurğu son heca üzərinə keçir: bomba’, vanna’, tabo’r, yubka’, kofta’, pipetka’, plyonka’,
sosiska’, bundesta’q, budka’ və s. Dilimizdə həmçinin müəyyən fonetik şəraitə görə morfoloji
məqam, eləcə də məna təsiri ilə vurğusu son hecada deyilən əsl Azərbaycan sözləri də vardır.
Məsələn ; a’ncaq, ba’yaq, dü’nən, ya’lnız, ye’nə və s.
Sözlərin vurğularının düzgün deyilməməsi bəzən sözlərin mənasının yaxşı dərk olunma-
masından irəli gəlir. Məsələn rus dilində -oviç şəkilçisi yerinə görə həm ata adını, həm də soyadı
bildirir. Birinci halda şəkilçi tamam vurğusuz deyilir, ikinci halda isə vurğu şəkilçinin birinci hecası
üzərinə düşür: Serafi'moviç - Serafimo'viç, Ada'moviç - Adamo'viç və s.
Bəzən həyəcanlı vurğu ilə
deyilən sözlərdə heca vurğusu, adətən, öz həqiqi yerini dəyişir. Məsələn, Va'qif! Ey sərvərim, ey
facidarım ifadəsində həmin sözdə vurğu sonuncudan birinci hecaya düşür. Vurğu intonasiya ilə
müşayiət edilən sözün, söz birləşməsinin və cümlənin informativliyinə təsir göstərən
ekstrolinqvistik göstəricilərdən biridir. Dil vahidlərinin kommunikasiyasında vurğu ilə məna bir –
birini tamamlayan amillər kimi qrammatik quruluşa da təsir göstərir.
İstər fonetik tərkibi eyni olan bəzi oxşar vahidləri mənaca bir-birindən fərqləndirmək və ya
cümlənin hər hansı bir üzvünü məntiqi cəhətdən nəzərə çarpdırmaq, istərsə də müəyyən emosional
incəlikləri vermək üçün vurğunun müxtəlif növlərindən istifadə olunur.
Elmi yeniliyi:Vurğu aktual dilçilik problemlərindən biridir. Məqalədə vurğu mühüm prosodik
vasitə kimi tədqiq edilmişdir.
Tətbiqi əhəmiyyəti: Məqalədən fonetika kursunun tədrisində, vurğu ilə bağlı tədqiqat işlərində
istifadə oluna bilər
Dostları ilə paylaş: |