Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Aşağıdakıların hansından başqa qalanları sidik axarının kateterizasiyasına göstərişdir?



Yüklə 1,52 Mb.
səhifə4/16
tarix13.04.2017
ölçüsü1,52 Mb.
#13885
1   2   3   4   5   6   7   8   9   ...   16

190) Aşağıdakıların hansından başqa qalanları sidik axarının kateterizasiyasına göstərişdir?
A) Sekretor anuriya

B) Hər böyrəkdən ayrılıqda sidik alınması

C) Retroqrad pieloqrafiyanin aparılması və obturasion anuriya

D) Retroqrad pieloqrafiyanin aparılması

E) Obturasion anuriya
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
191) Sidik axarlarının kateterizasiyası zamanı hansı ağırlaşmalar baş verir?
A) İltihab

B) Ləyənin perforasiyası

C) Bütün sadalananlar

D) Sidik axarının perforasiyası

E) Sidik axarının perforasiyası və iltihab
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
192) Aşağıdakılardan hansı istisna olmaqla qalanları uretranın bujlanmasının fəsadıdır?
A) Uretral üşütmə

B) Fornikal qanaxma

C) Prostatit, epidimit və uretrargiya

D) Prostatit və epidimit

E) Uretrargiya
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н. “Урология” Москва, 2005.
193) Uretranın bujlanmasına aşağıdakılardan hansından başqa qalanları əks göstərişdir?
A) Xroniki prostatit və sistit

B) Kəskin sistit və prostatit

C) Kəskin uretrit

D) Kəskin epidimit

E) Prostat vəzin adenoması
Ədəbiyyat: Савина В.Ф. Уродинамика нижных мочевых путей,Москва,Медицина,1999, 176с.
194) Sistoskopiyanın aparılması üçün nə vacibdir?
A) Sidik kisəsi boşluğunda şəffaf mühit

B) Sidik kisəsinin tutumu 75 ml-dən çox olması

C) Uretranşn keçiriciliyi

D) Bütün sadalananlar

E) Uretranın keçiriciliyi və sidik kisəsinin tutumu 75 ml-dən çox olması
Ədəbiyyat: Савина В.Ф. Уродинамика нижных мочевых путей,Москва,Медицина,1999, 176с.
195) Uretroskopiya üçün nə göstərişdir?
A) Uretranın şişləri

B) Kəskin uretrit

C) Kollikulit

D) Uretranın şışləri və kollikulit

E) Uretranın xroniki iltihabi prosesləri, uretranın şişləri, kollikulit
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
196) Xromosistoskopiyaya nə əks göstərişdir?
A) Şok

B) Bütün sadalananlar

C) Kəskin sistit, uretrit

D) Kəskin prostatit

E) Kollaps
Ədəbiyyat: Теращев Т.И.,Бешлиев К.А. Почекаменная болезнь,Москва,Медицина, 1989, 314с.
197) Xromosistoskopiyaya nə əks göstərişdir?
A) Xroniki prostatit

B) Xroniki böyrək catışmzlığı

C) Böyrək qaraciyər catışmazlığı

D) Kəskin böyrək çatışmazlığı

E) Sidik kisəsinin həcmi 50 ml-dən az
Ədəbiyyat: Голигорский С.Д. “Уросемиотика” 1971. Кишинев.
198) Normada vena daxilinə yeridilmiş indiqokarmin nə zaman xaric olunur?
A) 10-12 dəq

B) 3-5 dəq

C) 1-2 dəq

D) 8-10 dəq

E) 15-20 dəq
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
199) Normada əzələ daxilinə yeridilmiş indiqokarmin sidik axarı mənfəzindən nə zaman xaric olunur?
A) 5-7 dəq

B) 7-8 dəq

C) 20-25 dəq

D) 3-5 dəq

E) 10-15 dəq
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
200) Diafanoskopiyanın müsbət simptomu nə zaman xarakterikdir?
A) Xroniki epidimitdə

B) Xaya qişalarının hidropsu

C) Xayanın şişində

D) Kəskin orxoepidimitdə

E) Qasıq xaya yırtığında
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н. “Урология” Москва, 2005.
201) Aşağıdakıların hansından başqa digərləri urofloumetriyaya göstərişdir?
A) Kəskin prostatit

B) Prostat vəzin adenoması

C) Prostat vəzin xərcəngi

D) Sidik kisəsinin neyrogen disfunksiyası

E) Uretranın strikturası
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
202) Urofloumetriyanın xüsusiyyətlərinə nə təsir edir?
A) Sidiyin xüsüsi cəkisinin yuksəlməsi

B) Detruzorun funksional vəziyyəti və sidiklik uretral seqmentin və uretranın keçiriciliyinin pozulması

C) Sidiklik uretral seqmentin keçiriciliyinin pozulması

D) Uretranın keçiriciliyinin pozulması

E) Detruzorun funksional vəziyyəti
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
203) Urofloumetriyaya əks göstəriş nədir?
A) Sistostomanın olması

B) Uretranın strikturası

C) Sidik kisəsinin ekstrofiyası

D) Sidik kisəsinin neyrogen disfunksiya

E) Prostat vəzin adenomasi
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
204) Sfinkterometriyaya göstəriş nə sayılır?
A) Sidik kisəsinin neyrogen disfunksiyası

B) Sidiyin axması

C) Adenomektomoyadan sonra

D) Sidik saxlanmazliği

E) Bütün sadalananlar
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
205) Rentgenkontrast maddələrin yeridilməsi zamanı aşağıdakıların hansından başqa bütün sadalananlara reaksiyalar mümkündür?
A) Ağızda metallik dad

B) A/T-in 20 mm c.st-dək düşməsi, şok

C) Hərarəti hiss etmə

D) Makrohematuriya

E) Baş ağrıları və başgicəllənmə
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
206) Urofloumetrik indeks (sidik ifrazının orta həcm sürəti) nəyə bərabərdir?
A) 4-5 ml/san

B) 6-8 ml/san

C) 60-70 ml/san

D) 15-45 ml/san

E) 9-10- ml/san
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
207) Rentgenkontrast maddələrin yeridilməsi zamanı baş verə biləcək fəsadlara hansılar aid deyil?
A) Gözün torlu qişasının qopması

B) Kollaps, kəskin böyrək catışmazlığ

C) Kəskin qaraciyər catışmazlığı

D) Allergik reaksiyalar

E) Anafilaktik şok
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
208) Sidik kisəsinin periton xarici cırılmasının klinikası zamanı nə aparılması vacibdir?
A) Düz və yan proeksiyada qalxan sistoqrafiya

B) Düz proeksiyada qalxan sistoqrafiya və enən sistoqrafiya

C) Enən sistoqrafiya

D) Yan proeksiyada sistoqrafiya

E) Enən sistoqrafiya və yan proeksiyada sistoqrafiya
Ədəbiyyat: Cavadzadə M.C. İsmayılov K.İ. “Urologiya”Bakı. 1980.
209) Aşağıdakılardan hansından başqa qalanları anteqrad pieloqrafiyanın aparılmasına göstərişdir?
A) Sidik axarının şişi

B) Böyrəküstü vəzin şişi

C) Sidik axarının strıkturası

D) Hidronefroz, KLS keçiriciliyinin pozulmasi ilə

E) Bütün sadalananlar
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
210) Anteqrad pieloqrafiyaya nə göstərişdir?
A) Hipospadiya

B) Böyrək daşı

C) Böyrək daşı və hipospadiya

D) Bütün sadalananlar

E) Sidik axarının daşı böyrək blokadası ilə, nefrostomanın yerləşməsi, yuxarı sidik yollarının keçiriciliyi
Ədəbiyyat: Теращев Т.И.,Бешлиев К.А. Почекаменная болезнь,Москва,Медицина, 1989, 314с.
211) Retroqrad pielouretroqrafiyanın aparılmasına göstəriş hansıdır?
A) Sidik axarının daşı, ləyənin papillar şişi, böyrək vərəmi

B) Bütün sadalananlar

C) Pielonefrit

D) Varikosele

E) Varikosele və pielonefrit
Ədəbiyyat: Теращев Т.И.,Бешлиев К.А. Почекаменная болезнь,Москва,Медицина, 1989, 314с.
212) Uroloji müayinələrdə neçə faizli rentgenkontrast maddədən istifadə olunur?
A) Heç biri düz deyil

B) 30 % yod

C) 40 % yod

D) 76 % yod

E) 50 % yod
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
213) Retroqrad uretropieloqrafiyanın fəsadı nə hesab olunur?
A) Böyrəyin perforasiyasi

B) Peritonarxasi fleqmona

C) Kəskin böyrək catışmazlığı

D) Kəskin pielonefrit

E) Bütün sadalananlar
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
214) Pnevmoretroperitonemuna nə göstərişdir?
A) Bütün sadalananlar

B) Böyrəyin şişi və peritonarxası boşluğun şişinin olması

C) Peritonarxasi boşluğun şişinin diaqnostikasi

D) Böyrəyin şişi

E) Böyrəküstü vəzin şişi və böyrək şişinin diaqnostikası, peritonarxası boşluğun şişləri
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
215) Aşağıdakılardan hansından başqa qalanları pnevmoperitonemun fəsadıdır?
A) Kəskin pielonefrit

B) Bağırsağın deşilməsi

C) Bütün sadalananlar

D) Peritonun, düz bağırsağın deşilməsi

E) Qaz emboliyası
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
216) Aşağıdakılardan biri istisna olmaqla qalanları vezikuloqrafiyaya göstəriş sayılır?
A) Sidik kisəsinin boynunun və dibinin şişi

B) Toxum kisəciklərinin şişinə şübhə olduqda

C) Xayanın şişi

D) Prostat vəzin xərçəngi

E) Prostat vəzin və toxum kisəciklərinin vərəmi
Ədəbiyyat: Cavadzadə M.C. İsmayılov K.İ. “Urologiya”. Bakı. 1980.
217) Vezikuloqrammaların interpretasiyası zamanı nəyi nəzərə almaq lazımdır?
A) Toxum kisəciklərinin quruluşu, yerləşməsi, hündürlüyü, arasındakı bucaq

B) İltihabın olması

C) Bütün sadalananlar

D) Xayanın ölçüsü və iltihabın olması

E) Xayanın ölçüsü
Ədəbiyyat: Cavadzadə M.C. İsmayılov K.İ. “Urologiya”.Bakı.1980.
218) Epididimoqrafiyaya nə göstərişdir?
A) Sonsuzluq

B) Sonsuzluq, xaya artımının vərəmi ,xayanın şişi

C) Xaya artımının vərəmi

D) Xayanın şişi

E) Hidrops
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н. “Урология” Москва, 2005.
219) Seldinger üsulu ilə aortanın dəridən keçən kateterizasiyanın fəsadlarına aiddir?
A) Arteriyanın trombozu və emboliyası

B) Qanaxma və hematoma

C) Aorta və arteriyanın perforasiyası, qanaxma və hematoma

D) Bütün sadalananlar

E) Kontrast maddənin ətraf toxumalara yayılması
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н. “Урология” Москва, 2005.
220) Seldinger üsulu ilə aortanın dəridən keçən kateterizasiyasının fəsadlarına nə aiddir?
A) Bağırsaq və böyrəyin zədələnməsi

B) Bud arteriyasının emboliyası

C) Keçiricinin qopması, bud arteriyasının spazmı

D) Döş qəfəsi limfa axarının zədələnməsi

E) Toxum ciyəsi venasının spazmı
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н. “Урология” Москва, 2005.
221) Venokavaqrafiyaya nə zaman göstərişdir?
A) Böyrəküstü vəzinin xarakterik dəyişikliyin öyrənəndə

B) Prostat vəzin şişi zamanı

C) Sidik kisəsi və prostat vəzin şişi zamanı

D) Retrokaval sidik axarının diaqnostikasında

E) Sidik kisəsinin şişi
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н. “Урология” Москва, 2005.
222) Çanaq fleboqrafiyası zamanı kontrast maddə hara yeridilir?
A) Bud venasına

B) Cinsiyyət üzvünün dərin və səthi venalarına

C) Qalça sümüyünə

D) Qasıqaltı sümüklərə

E) Bud venasına və qasıqaltı sümüklərə
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н. “Урология” Москва, 2005.
223) Radioizotop müayinəsinə hazırlanan xəstəyə nə tətbiq olunur?
A) İmalə

B) Quru yemək

C) Adi su və qida rejimi

D) Aclıq


E) Bütün sadalananlar
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н. “Урология” Москва, 2005.
224) Renoqrafiyada işlədilən 131 J hippuranın nəqli necə baş verir?
A) Kanalcıq sekresiyası

B) Yumaqcıq filtrasiyasına və ekstrasellülar sahəyə görə

C) Yumaqcıq filtrasiyasına görə

D) Kanalcıq sekresiyası və ekstrsellülar sahəyə görə

E) Ekstrasellülar sahəyə görə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
225) Renoqrafiyanın keçirilməsi ücün əks göstəriş nədir?
A) Böyrək çatışmazlığı

B) Böyrək və qaraciyər çatışmazlığı

C) Qaraciyər catışmazlığı

D) Əks göstəriş yoxdur

E) Böyrək şişləri
Ədəbiyyat: Cavadzadə M.C. İsmayılov K.İ. “Urologiya”Bakı.1980
226) Renoqrafik əyrilərin əsas qiymətləndirilməsi üçün nə xarakterdir?
A) Təsviredici və kəmiyyət xarakteristikası

B) Kəmiyyət xarakteristikası

C) Yarım kəmiyyət və kəmiyyət xarakteristikası

D) Təsviredici xarakteristika

E) Yarım kəmiyyət xarakteristikası
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
227) Renoqrafiya zamanı səhvlər əsasən nə ilə bağlı olur?
A) Xəstənin hərarətinin yüksək olması

B) Xəstənin su içməsi

C) Xəstənin vəziyyəti

D) Detektorun düzgün yerləşdirilməməsi

E) Xəstənin su içməsi və vəziyyəti
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
228) Sadalananlardan biri istisna olmaqla renoqrammalarda göstəricilərə hansı faktorlar təsir göstərə bilər?

A) Hipertireoidizm

B) Sinir sistemi

C) Bütün sadalananlar

D) Ötürücünün düzgün qoyulmaması

E) Arterial təzyigin aşağı olması


Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
229) Böyrək xəstəliklərinin diaqnostikasında radioizotop renoqrafiya hesab olunur?
A) Əsas diaqnostika və nəzarət üsulu

B) Əsas diaqnostika üsulu

C) İnstrumental diagnostika üsulu

D) Nəzarət üsulu

E) Skrininq test və dinamik nəzarət üsulu
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик. Секреты урологии (перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. И доп.- М., 2003.- 400 с.
230) Hamilə qadınlarda nə zaman böyrəklərin qısamüddətli izotopla şəklini çəkmək olar?
A) Heç bir halda

B) Hamiləliyin I trimesteri

C) Böyrəküstü vəzin şişi

D) Böyrəklərin funksional pozulması

E) Böyrək daşı xəstəliyi
Ədəbiyyat: Allen T.D. Bright T.S. “ Mictriotion in normal woman” 2002
231) Böyrəyin sadə kistasının ultrasəs əlamətlari nələrdir?
A) Dairəvi formada hipoexogen strukturlu həcmli törəmə

B) Dairəvi formalı həcmli törəmə

C) Hamar konturlu törəmə

D) Dairəvi formalı tutumlu törəmə

E) Dairəvi formalı həcmli və ya tutumlu törəmə
Ədəbiyyat: Allen T.D. Bright T.S. “ Mictriotion in normal woman” 2002
232) Böyrək xərçənginin ultrasəs əlamətləri necə olur?
A) Oval formalı törəmə

B) Dairəvi formalı həcmli törəmə

C) Heterogen exostrukturlu dairəvi formalı həcmli törəmə

D) Hipeoxogen törəmə

E) 2-3mm qalınlıqda olan törəmə
Ədəbiyyat: Allen T.D. Bright T.S. “ Mictriotion in normal woman” 2002
233) Ultrasəs müayinəsində yetkin insanın böyrəklərinin uzununa ölçüləri neçə sm-dir?
A) 7-9 sm

B) 5-6 sm

C) 10-12 sm

D) 2-4 sm

E) 20-30 sm
Ədəbiyyat: Кратковский Е.А.,Кратковская Т.А. Ультразвуковое и доплерографические методы исследования в диагностике почечных заболеваний,Москва, Медицина,2005,316с.
234) Ultrasəs müayinəsində yetkin insanın böyrəklərinin eninə olan ölçüləri neçədir?
A) 12-15 sm

B) 4, 5 - 6,5 sm

C) 20-30 sm

D) 10-12 sm

E) 2,5 -3,0 sm
Ədəbiyyat: Кратковский Е.А.,Кратковская Т.А. Ультразвуковое и доплерографические методы исследования в диагностике почечных заболеваний,Москва, Медицина,2005,316с.
235) Ultrasəs müayinəsində sidik axarlarının görünməsi mümkündür?
A) Heç vaxt

B) Əgər onlarda sidik varsa və genişlənmə varsa

C) Əgər genişlənmə yoxdursa

D) Əgər genişlənmə yoxdursa və onlarda sidik varsa

E) Bütün hallarda
Ədəbiyyat: Кратковский Е.А.,Кратковская Т.А. Ультразвуковое и доплерографические методы исследования в диагностике почечных заболеваний,Москва, Медицина,2005,316с.
236) Kasacıq ləyən sisteminin ultrasəs müayinəsində görünüşü necədir?
A) Exogen artmış zona

B) Dördkünc formalı və exogen artmış zona

C) Oval formalı

D) Dördkünc formalı

E) Üçbucaq formalı exogenliyi artmış zona
Ədəbiyyat: Кратковский Е.А.,Кратковская Т.А. Ультразвуковое и доплерографические методы исследования в диагностике почечных заболеваний,Москва, Медицина,2005,316с.
237) Ultrasəs müayinədə prostat vəzi hansı formada müəyyən edilir?
A) Exopozitiv və üçbucaq törəmə

B) Görünmür

C) Exoneqativ törəmə

D) Exopozitiv törəmə

E) Üçbucaq törəmə
Ədəbiyyat: Кратковский Е.А.,Кратковская Т.А. Ультразвуковое и доплерографические методы исследования в диагностике почечных заболеваний,Москва, Медицина,2005,316с.
238) Böyrək parenximasının qalınlığı neçə olmalıdır?
A) 1, 0-1, 2 sm

B) 0, 8-1, 0 sm

C) 1, 5-3, 2 sm

D) 0, 3-0, 5 sm

E) 1, 8-1, 9 sm
Ədəbiyyat: Кратковский Е.А.,Кратковская Т.А. Ультразвуковое и доплерографические методы исследования в диагностике почечных заболеваний,Москва, Медицина,2005,316с.
239) USM kasacıqların 1, 0 sm diametrli urat daşları aşkar etməyə imkan verir?
A) 20-50 %

B) 50-90 % hallarda

C) 10-20 %

D) İmkan vermir

E) 100% hallarda
Ədəbiyyat: Cavadzadə S.M. “Azərbaycan Regionunda böyrək daşı xəstəliyi” Baki.2005.
240) USM kasacıqların 1,0 sm diametrli oksalat daşları aşkar etməyə imkan verir?
A) 20-50%

B) 50-90%

C) 100%

D) İmkan vermir



E) 10-20%
Ədəbiyyat: Cavadzadə S.M. “Azərbaycan Regionunda böyrək daşı xəstəliyi” Baki.2005.

Bölmə 4. Urologiyada konservativ müalicənin ümumi üsulları

241) Hipokalemiya zamanı venadaxili nə yeridilməlidr?
A) 50 ml 1%-li kalium xlorid məhlulu

B) 10% kalium xlorid məhlulu

C) 12 vahid İnsulin əlavə olunmaqla, 0, 5 – 1, 0 L 10% qlükoza məhlulunda qarışdırılmış 40 ml 7, 5% kalium xlorid məhlulu

D) 1% kalium xlorid məhlulu

E) 7, 5% kalium xlorid məhlulu
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
242) Fibrinolitik maddələrə nə aiddir?
A) Plazmin

B) Plazmin, avelizin, streptaza

C) Tromboplastin və avelizin

D) Nikotin turşusu

E) Avelizin, streptaza
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
243) Dövriyyədəki qan həcminin 30%-i qədər qan itirmənin müalicəsində əsas nəyə üstünlük verilir?
A) Trombositar kütləyə

B) Tam qana və 5%-li qlükozaya

C) Leykositar kütləyə

D) Qanın birbaşa köçürülməsinə

E) Eritrositar kütləyə
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
244) Dondurulmuş plazmanın istifadəsi üçün hansı hal göstərişdir?
A) DDL - sindromunun hemorraqiq mərhələsi

B) Koaqulopatiyalar (A-hemofiliyası, fibrinoqen çatışmazlığı)

C) Massiv qanitirmə, DDL - sindromunun, hemorraqiq mərhələsi

D) Massiv qanitirmə

E) Bütün cavablar düzgündür
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
245) Kəskin böyrək çatışmazlığının oliqoanurik mərhələsində hidrotasiya həcmini hesablamaq üçün istifadə olunan formul hansıdır?
A) Gündəlik diurez + 400 ml maye

B) Gündəlik diurez + 800 ml maye

C) Gündəlik diurez + 200 ml maye

D) Gündəlik diurez + 1000 ml maye

E) Gündəlik diurez + 600 ml maye
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
246) Konservləşdirilmiş donor qanının böyuk həcminin yeridilməsi zamanı aşağıdakı metabolik effektlərdən hansı müşahidə olunur?
A) Hiperkaliyemiya

B) Sitrat intoksikasiyası

C) Metabolik asidoz

D) Bütün sadalananlar

E) Hipotoniya
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
247) Qanköçürmədən əvvəl aşağıdakı hansı vacib olan sınaqlar aparılmalıdır?
A) Bioloji test

B) Rezus faktorun təyini

C) Rezus uyğunluğunun təyini

D) Bütün göstərilənlər

E) Qrup və fərdi uyğunluq
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
248) Kəskin qanitirmənin müalicəsi nəyin köçürülməsindən başlanmalıdır?
A) Kristaloid və kolloid məhlullarının

B) Konservləşdirilmiş donor qanının

C) Xəstənin öz qanını

D) Əhəmiyyəti yoxdur

E) Eritrositar kütlənin
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
249) Təzə dondurulmuş plazma aşağıdakılardan biri istisna olmaqlabütün halda istifadə olunur?
A) Kəskin qanitirmədə

B) Termolabil qan laxtalayıdıcı faktorların (V və VII ) əvəzolunması üçün

C) Başqa qan laxtalayıdıcı faktorların əvəzolunması üçün

D) Plazmanı əvəzetmədə

E) Onkotik təziqin artmasında
Ədəbiyyat: Анестезиология и Реаниматология.Под редакцей О.А.Долиной 1998
250) 1 litirə qədər qanitirmənin (dövriyədəki qan həcminin 20%) müalicəsi necə aparılır?
A) Kolloid və kristalloid məhlulları ilə

B) Yalnız kolloid məhlullarla

C) Yeni dondurulmuş plazmanın köçürülməsi

D) Reinfuziya, kolloid və kristalloid məhlulları ilə

E) Eritrositar kütlə
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
251) 2, 5 litrdən çox qanitirmənin (dövriyədəki qan həcminin 50%) müalicəsi necə aparılır?
A) Yenidondurulmuş plazmanın və ya trombositar kütlə birbaşa köçürülməsi ilə

B) Donor qanı və eritrositar kütlə

C) Reinfuziya ilə

D) Bütün göstərilənlər

E) Kolloid və kristalloid məhlulları ilə
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
252) Qanitirmədə daha yüksək plazma əvəzedici effektinə hansı məhlullar malikdir?
A) Jelatin məhlulları

B) Plazma

C) Ringer-laktat

D) Dekstranlar, jelatin məhlulları

E) Dekstranlar
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
253) Heparinin antidotu nədir?
A) Kriopresipitat

B) Disinon

C) Protamin-sulfat

D) Kalsium xlorid

E) Trombin
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
254) Bakteriosid xüsusiyətlərə hansılar malikdir?
A) Penisilinlər

B) Penisilinlər, aminoqlikozidlər, sefalosporinlər

C) Tetrasiklinlər

D) Sefalosporinlər

E) Aminoqlikozidlər
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
255) Penisillinin effekti sadalananlardan hansı ilə birgə tətbiqində gülcənir?
A) Tetrasiklin, askorbin və nikotin turşuları ilə

B) Qələvilər, eritromisin və nikotin turşusu ilə

C) Streptomisin, polimiksin, kanamisin, gentamisin və sulfanilamidlərlə

D) Levomisetin, tetrasiklin, nikotin turşusu və eritromisinlə

E) Oleandomisin, eritromisin və askorbin turşusu ilə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin