75. Daş əmələgəlməsinin risk faktorlarına aid deyil:
A) qanda sidik cövhəri və kreatininin yüksək miqdarı
B) uraturiya, oksaluriya
C) qanda və sidikdə kalsium, sidik və oksalat turşularının yüksək miqdarı
D) leykosituriya və eritrosituriya
E) fosfaturiya
76. Rentqenpozitiv daşlara aid deyil:
A) urat, sistin, zülal
B) oksalat, urat, fosfat
C) fosfat daşlar, urat, karbonat
D) qarışıq tərkibli daşlar
E) urat, xolesterin
77. Ekskretor uroqrafiyanın aparılması məqsədə uyğundur:
A) bütün göstərilən hallarda
B) daşın böyrək ləyənində yerləşdiyi halda
C) ikitərəfli mərcanvari daşların olduğu halda
D) sidik axarında daş olduqda
E) daşın böyrək kasasında yerləşdiyi halda
78. Lorin-Epşteyn üsulu ilə novokain blokadası, böyrək sancısı olan hansı halda daha effektli olur?
A) daş olduqda sidik axarının aşağı 1/3-də
B) daş olduqda sidik axarının orta 1/3-də
C) daş olduqda böyrək ləyənində
D) daş olduqda sidik axarının yuxarı 1/3-də
E) daşın lokalizasiyasının elə bir fərqi yoxdur
Dostları ilə paylaş: |