72. Böyrəklərin vərəmi zamanı ilk növbədə meydana çıxır:
A) böyrəyin qabıq maddəsində vərəm qabarcıqlarının əmələ gəlməsi
B) kasacıqlar və ləyənin selikli qişalarının zədələnməsi
C) böyrəyin beyin maddəsində vərəm qabarcıqları əmələ gəlməsi
D) böyrək məməciyinin zədələnməsi
E) böyrəyin fibroz kapsulasının zədələnməsi
73. Xəstə sərbəst olaraq oksalat daşları xaric edir, lakin oksaluriya davam edir. Bu xəstəyə nə tövsiyyə etmək lazımdır?
A) bütün göstərilənlər
B) oksalat turşusu ilə zəngin olan qida məhsullarının qəbulunu məhdudlaşdırmaq
C) limon turşusu ilə zəngin olan qida məhsullarının qəbulunu məhdudlaşdırmaq
D) süd məhsullarının qəbulunu məhdudlaşdırmaq
E) vitamin A və B6 ilə zəngin olan qida məhsullarının qəbulunu artırmaq
74. Anadangəlmə hidronefrozun əmələ gəlmə səbəblərinə aid deyil:
A) periuretrit, sidik axarının çapıq strikturası və nefroptoz
B) periuretrit
C) sidik axarının yüksəkdən yerləşməsi və klapanı
D) sidik axarının çapıq stikturası və nefroptoz
E) ələvə damar
Dostları ilə paylaş: |