US Tədris Mərkəzi [ ƏLAQƏ: 070-216-32-32 050-799-44-77 ] 31
Dövlət qulluğu üçün online test saytı Exam-Us.com verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik
nümayəndələrini təyin edir və geri çağırır;
16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul
edir;
17) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və
Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası
müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim
edir; təsdiqnamələri imzalayır;
18)
referendum təyin edir; 19) qanunları
imzalayır və
dərc edir ;
20) vətəndaşlıq məsələlərini həll edir;
21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə təltif edir;
24) ali hərbi və ali xüsusi rütbələr verir;
25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətdə çağırılması və
müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
27) Azərbaycan Respublikasının
Təhlükəsizlik Şurasını yaradır ;
28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin
icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə
təqdimat verir;
29) fövqəladə və hərbi vəziyyət elan edir;
30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş
xərclər çərçivəsində
xüsusi mühafizə xidmətləri yaradır ;
32) bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının
səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
M a d d ə 1 1 0 . Qanunların imzalanması I. Azərbaycan Respublikasının Prezidenti qanunları ona