Uşaq anatomiyasi, FİZİologiaysi və GİGİyenasi analizatorlar- duyğU ÜzvləRİ



Yüklə 25,38 Kb.
səhifə1/6
tarix09.05.2023
ölçüsü25,38 Kb.
#110223
  1   2   3   4   5   6
Anatomiya-Muhazireler (2)

UŞAQ ANATOMİYASI, FİZİOLOGİAYSI VƏ GİGİYENASI

ANALIZATORLAR- DUYĞU ÜZVLƏRİ

PLAN:

1. Orqanizmin fəaliyyətinin tənzimində analizatorların rolu.


2.Analizatorların quruluşu haqqında.


3.Reseptorlar haqqında.


Orqanizmin xarici mühitlə əlaqəsində duyğu üzvləri əvəzedilməz rol oynayır.Xarici mühitin təsirilə əmələ gələn qıcıqlar,görmə,eşitmə,dad,qoxu və dəri hissiyyatı resep-torları oyanaraq sinir sisteminə ötürülür.Duyğu üzvləri tərəfindən qəbul edilmiş qıcıqlar beyin yarımkürələri qabığının müvafiq nahiyələrində ayırd edilir.Məsələn,görmə üzvü tərəfindən qəbul edilmiş qıcıqlar cisimlərin rəngi,şəkili,ölçüləri,işıqlanma dərəcəsi və s. görmə nahiyəsində aşkarlanır.Eşitmə üzvü tərəfindən qəbul edilmiş səs qıcıqları eşitmə nahiyyəsində analiz edilərək onların gücü,ucalığı və xarakteri ayırd edilir.Həmçinin,dəri-dəki reseptorlardan gələn oyanmalar dəri hissiyyatı nahiyəsinə çataraq əlimizi vurduğu-muz cisimlərin forması,səthinin hamar və ya kələ-kötür olması,temperaturlar və s.müəy-yən edilir.Digər duyğu üzvlərinin dad,qoxu üzvləri reseptorlarının qəbul etdiyi qıcıqlar da yarımkürələr qabığının müvafiq nahiyələrində ayırd edilir.


Beyinə ayrı-ayrı duyğu üzvlərindən gələn siqnallar sayəsində insan və hey-vanlar yaşadıqları xarici mühitdə davranış formalarını müəyyən edir və xarici mühit amil-lərinin dəyişməsinə uyğun reaksiya normaları göstərə bilir.
Analizatorların reseptorları orqanizmi əhatə edən xarici mühit qıciqlarına qarşı heç də eyni həssaslıqla cavab vermir.Belə ki,ayrı-ayrı duyğu üzvləri yüksək səviy-yədə ixtisaslaşmaya məruz qalmışdır.Məsələn;göz almasının fotoreseptorları azca işıq şüalarına (56 kvant) qarşı cavab verdikləri halda,səs dalğalarına və elektrik potensialı qıcıqlandırıcılara qarşı belə yüksək həssaslıqla cavab vermirlər.Burdan aydın olur ki,hər
hansı bir reseptor orqanizmin yaşadığı xarici mühitin bir və ya bir neçə növ qıcıqlarına qarşı reaksiya verməyə uyğunlaşmışdır.
Hər hansı bir reseptor üçün xarakterik qıcıqlandırıcı adekvat qıcıqlandırıcı adlanır.Bu,həmin reseptorun tarixi inkişafı prosesində qazanılmış uyğunlaşmışdır.Məs; görmə reseptorları üçün işıq şüaları adekvat qıcıqlandırıcıdır.Səs dalğaları,mexaniki təzyiq eşitmə reseptorları üçün adekvat olduğu halda,görmə reseptorları üçün qeyri- adekvatdır.
Çox vaxt eyni qıcıqlandırıcı bir sıra resptorlara eyni vaxtda təsir edir.Belə hallarda qıcıqlndırıcı haqqında əsaslı məlumat həmin reseptorların mərkəzləri tərəfindən birgə fəaliyyət nəticəsində verilir.Məs;görmə və eşitmə reseptorlarına təsir edən hər hansı partlayış həm səslə(eşitmə),həm də görmə ilə(tüstü,dağıntı və s) müşayiət edilir. Bu zaman həmin hadisə haqqında bizdə tam təsəvvür yaranır.
Analizatorların(duyğu üzvlərinin) reseptorlarının bir sıra xüsusiyyətləri var. Onlardan biri reseptorların oyanıcıqlıq qabiliyyətidir.Reseptorların əsas xassələrindən biri də onların labillik xüsusiyyətidir.Bu o deməkdir ki,reseptorlara qıcığın təsiri başa çat-dıqdan sonra müəyyən zaman keçir və həmin reseptor yenidən qıcıq qəbul etmək qabi-liyyətini bərpa edir.Bunlardan başqa,reseptorların adaptasiyası adlanan xüsusiyyəti də var.Yəni,reseptor eyni qüvvəyə malik qıcıqlandırıcı uzun müddət təsir etdikdə,onda həmin qıcığa qarşı uyğunlaşma baş verir.Belə hallarda qıcığa qarşı olan həssaslıq ya zəifləyir və ya tamamilə itir.Məsələn;biz hər hansı bir qoxu olan otağa daxil olduqda müəyyən müddət həmin iyi hiss edirik,sonradan bu iy hiss olunmur,artıq qoxu resepto-runda uyğunlşma baş verir və qıcığa qarşı olan həssaslıq zəifləyir.Reseptorların əsas xüsusiyyətlərindən biri də onların tarixi inkişafda qazandıqları ixtisaslaşmadır,yəni,hər bir reseptor müəyyən hissin yaranmasını həyata keçirir.Bəzən də elə olur ki,müxtəlif təbiətli qıcıqlar reseptorlarda oxşar effektlər əmələ gətirir.Məsələn,göz almasına işıq şüaları və hər hansı bir mexaniki təzyiq etdikdə gözdə işıq qığılcımları hissi yaranır.
İ.M.Seçenov göstərmişdir ki,bizi əhatə edən xarici aləm haqqında şüuru-muzda düzgun təsəvvür yaranmasının əsas bünövrəsini hisslərimiz təşkil edir.
Qəbul edilmiş fizioloji təsnifata əsasən,orqanizmdə mövcud olan sensor sistem- lərə görmə,eşitmə,müvazinət,dadbilmə,qoxu,dəri hissiyyatı,hərəki və daxili analizatorlar aiddir.
Məlum olan inikas nəzəriyyəsinə görə bizim hisslərimiz şüurumuzdan asılı olmayaraq mövcud olan obyektiv gercəkliyi əks etdirir.Buna baxmayaraq,bizim hissləri-miz subyektiv xarakter daşıyır,xarici aləm haqqında hər bir fərd özünəməxsus anlayışlar yaradır.
Analizatorlar insan beyni ilə daxili üzvlər və onu əhatə edən ətraf mühit arasın-da qarşılıqlı əlaqə yaradan amildır.Qıcığı qəbul edən,onu analiz edib və cavab verən bədən üzvlərini İ.P.Pavlov analizatorlar adlandırıb.Analizatorların periferik hissəsi-ucları reseptorlardır.Pavlovun müəyyən etdiyi kimi,hər bir analizator üç hissədən ibarətdir:

  1. Reseptor hissə- analizatorun mühiti hissəsi.

  2. Sinir impulslarını ötürən sinir yolu.

  3. Mərkəzi hissə-baş beyin və beyin yarımkürələri qabığının reseptorlardan oyanmanı qəbul edən şöbələri.

Reseptorlardan baş-beyin qabığınadək qıcığın keçdiyi yol analizatorun aparıcı
yolu,baş-beyin qabığının müvafiq sahəsi isə analizatorun mərkəzi hissəsi adlanır.Qə-
bul edilən qıcığın analizi analizatorun reseptor hissəsində çox sadə formada başlayır, qıcıq oyanma şəklində mərkəzi sinir sisteminə ötürülür.
Analizatorun üç hissəsindən hər hansı birinin zədələnməsi müəyyən qıcıqları qəbul və analiz etmək qabiliyyətinin itməsinə səbəb olur.Belə ki,insanın eşitmə və görmə qabiliyyəti həm eşitmə və görmə reseptorlarının funksiyası pozulduqda,həm eşit- mə və görmə siniri zədələndikdə,həm də beynin böyük yarımkürələrinin qabığının eşit- mə və ğörmə mərkəzi xəstələndikdə itə bilər.Beyin qabığında hər bir analizatorun mər - kəzi vardır.Məsələn;qabığın ənsə payında-görmə,gicgah payında-eşitmə,təpə payında-dəri analizatorlarının beyin qabığının mərkəzi şırımından öndə hərəki,dalda dəri-əzələ hissiyyatı mərkəzləri vardır.Qoxu analizatorunun beyin şöbəsi baş beyinin böyük yarım-
kürələri qabığının qoxu nahiyyəsində yerləşir.Qoxu analizatorunun qabıq nahiyyəsinə
yaxın dad analizatorunun ali şöbəsi yerləşir.

ƏDƏBİYYAT:


1.C.Ə.Nəcəfov,N.R.Zeyniyev,SşM.Quliyev “Uşaq anatomiyası və fiziologiyası”Bakı-2005
2.V.B.Şadlinski,A.B.İsayev “Uşaq anatomiyası”-2005.

TƏRTİB ETDİ: SALAHOVA YAQUT





Yüklə 25,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin