Uşaq cərrahiyyəsi 1 Boynun daxili və xarici üçbucaqlarının sərhədi hansı sayılır?


) Qasıq yırtığını aşağıda göstərilən xəstəliklərdən hansı ilə differensasiya etmək lazım deyil ?



Yüklə 1,04 Mb.
səhifə18/18
tarix14.01.2017
ölçüsü1,04 Mb.
#5583
1   ...   10   11   12   13   14   15   16   17   18

1118) Qasıq yırtığını aşağıda göstərilən xəstəliklərdən hansı ilə differensasiya etmək lazım deyil ?
A) Göbək yırtığı

B) Toxum ciyəsi venalarının varikoz genişlənməsi

C) Kriptorxizm

D) Hidrosele

E) Funikulosele
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 387
1119) Uşaqlarda yanığın mualicə üsullarına daxil deyil?
A) Kimyəvi terapiya

B) Koaqulyasiya üsul

C) Dəri köçürülməsi

D) Sarğı altında mualicə

E) Açıq üsulla mualicə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh125
1120) Yanıq xəstəliyinin hansı fazası yoxdur?
A) Rekonvalessensiya

B) Septikopiemiya

C) Kəskin toksemiya

D) Xroniki toksemiya

E) Yanıq şoku
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургия, 1983, с- 78
1121) Donmanın patogenetik əsaslandırılmış mualicə üsulu hansıdır?
A) Vişnevsiki metodu

B) Qolomidov metodu

C) Bairov metodu

D) Nikolski –Betmen metodu

E) Povoloskom metodu
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни-2004,c- 87
1122) Düz bağırsağın sallanması zamanı hansı əməliyyat aparılır?
A) Tirş əməliyyatı

B) Martinov əməliyyatı

C) Vinkelman əməliyyatı

D) Rosso əməliyyatı

E) Jirar əməliyyatı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 468
1123) Aşağıdakılardan hansı üz nahiyyəsinin inkişaf qüsuruna aid deyil?
A) Boyunun yan sisti

B) Koloboma

C) Yuxarı dodağın bitişməməsi

D) Per Robin sindromu

E) Damağın bitişməməsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 207-212
1124) Xeyloplastika nədir?
A) Dodağın hemangioması

B) Damağın plastikası

C) Dodağın xoşxassəli şişi

D) Dodağın kəsilməsi

E) Yuxarı dodağın anadangəlmə bitişməməsinin cərrrahi korreksiayası
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 210
1125) Üst dodağın anadangəlmə bitişməməsinin cərrahi korreksiyası üçün optimal müddət hansıdır?
A) 1 yaşdan sonra

B) 3 yaşdan sonra

C) 10 yaşdan sonra

D) Anadan olandan sonrakı ilk 3 gün

E) 6 aydan sonra
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 210
1126) Damağın anadangəlmə yarığının radikal əməliyyatı üçün optimal yaş hansıdır?
A) 3 yaşdan sonra

B) 6 ay -1,5 yaş arası

C) 10 yaşdan sonra

D) Anadan olandan sonrakı ilk 3 gün

E) 5 yaşdan sonra
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 212
1127) Koloboma nədir?
A) Əzələ şişi

B) Çeynəmə əzələsinin inkişafı qüsuru

C) İnkişaf qüsuru olub üst göz qapağının olmaması

D) Damağın bitişməməsi

E) İnkişaf qüsuru olub gözün daxili bucağından yuxarı dodağa gedən çəp yan yarıq
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 207
1128) Aşağıdakılardan hansı sindrom Per-Roben simptomokompleksinə daxil deyil?
A) Qlossoptoz

B) Mikrogeneya

C) Damağın bitişməməsi

D) Boyunun yan fistulu

E) Ağız boşluğunun kiçik olması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 207,208
1129) Fimoz nədir?
A) Sidik saxlaya bilməmək

B) Cinsiyyət orqanının furunkulu

C) Pülük dərisinin iltihabı

D) Xayanın burulması

E) Pülük dərisinin dəliyinin dar olması nəticəsində penis başının xaricə çıxmaması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 593
1130) Fimozun hansı formaları var?
A) Çapıqlaşmış fimoz

B) Hipertrofik fimoz

C) Aşağıdakılardan hamısı

D) Atrofik fimoz

E) Fizioloji fimoz
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 594
1131) Anadangəlmə xaya hidropsu nə üçün 2 yaşdan sonra əməliyyat olunur?
A) 2 yaşa qədər uşağa narkoz vermək olmaz

B) 2 yaşa qədər əməliyyat olunsa varikoselle əmələ gəlir

C) 2 yaşa qədər əməliyyat olunsa residiv baş verir

D) 2 yaşa qədər əməliyyata valideyn razı olmur

E) 2 yaşa qədər özbaşına sağala bilər
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 24,cədvəl 1
1132) İdiopatik (birincili) və simptomatik (ikincili) varikoseleni horizontal vəziyyətdə necə fərqləndirmək olar?

1. Birincili varikoselledə damarlar boşalır

2. İkincili varikoselledə damarlar boşalmır

3. Birincili varikoselledə damarlar boşalmır

4. İkincili varikoselledə damarlar boşalır
A) 1, 3

B) 2, 3


C) Yalnız 4

D) 1, 2


E) 3, 4
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 səh 517
1133) Horizontal vəziyyətdə boşalmayan varikoseledə taktika necə olmalıdır?
A) Konservativ mualicə təyin edilməlidir

B) Xəstə dispanser nəzarətə götürülür

C) Peritonarxası törəmələri aşkara çıxarmaq üçün muayinələr aparılmalıdır( Usm, kt və s)

D) Fizioterapiya təyin edilir

E) Dərhal varikosele əməliyyatı olmalıdır
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 səh 517
1134) Kəskin hematogen osteomielitin hansı forması yoxdur?
A) Septiko-Piemik

B) İldırmsürətli

C) Yerli

D) Yayılmış

E) Toksiki
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 259
1135) Sağlam uşaqlarda sümükdaxili təzyiq nə qədər olur?
A) 300-500 mm s.st

B) 120-140 mm s.st

C) 200-300 mm s.st

D) 150-180 mm s.st

E) 60 -100 mm s.st
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 258
1136) Kəskin hematogen osteomielit zamanı uşaqlarda sümükdaxili təzyiq nə qədər ola bilər?
A) 300-500 mm s.st

B) 120-140 mm s.st

C) 20-30 mm s.st

D) 200-300 mm s.st

E) 60 -100 mm s.st
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 558
1137) Kəskin hematogen osteomielitdə sümükdə rentgenoloji əlamətlər nə vaxt görünür?
A) 1-3 gündən sonra

B) 30-35 gündən sonra

C) 5-6 gündən sonra

D) 28-42 gündən sonra

E) 14-21 gündən sonra
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 260
1138) 1 yaşa qədər olan uşaqlar arasında ən çox rast gəlinən kəskin cərrahi xəstəlik hansıdır?
A) Kəskin pankpeatit

B) Bağırsaq invaginasiyası

C) Kəskin appendisit

D) Kəskin hematogen osteomielit

E) Kəskin xolesistit
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 408
1139) Göbək yırtığında aşağıdakı konservativ tədbirlərdən hansı aparılmır?
A) Uşağı qarnı üstə qoymaq

B) MBT (mualicəvi bədən tərbiyəsi)

C) Göbək nahiyəsini leykoplastırla bağlamaq

D) Gündəlik massaj və gimnastika

E) Üzgüçülük
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 382
1140) Göbək bağırsaq axacağının(dustus omphatoentericus) obliterasiya olunmamasından aşağıdakı xəstəliklərdən hansı baş vermir ?
A) Göbəyin natamam fistulu

B) Göbək yırtığı

C) Entorokistoma

D) Göbəyin tam fistulu

E) Mekkel divertikulu
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 369
1141) Göbəyin tam fistulu nə zaman əmələ gəlir?
A) Göbək bağırsaq axacağı proksimal hissədə açıq qalarsa

B) Göbək bağırsaq axacağı distal hissədə açıq qalarsa

C) Uraxus orta hissədə açıq qalarsa

D) Uraxus proksimal hissədə açıq qalarsa

E) Dustus omphalo-entericus tam açıq qalarsa
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1142) Mekkel divertikulu nədir?
A) Uraxusun açıq qalması

B) Qalca bağırsaq şişi

C) Duktus omphaloentericus-un proksimal hissədə obliterasiya olmaması nəticəsində əmələ gələn qalça bağırsaq çıxıntısı

D) Qalca bağırsaq iltihabı

E) Dustus omphalo-entericusun distal hissədə obliterasiya olunmaması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1143) Mekkel divertikulu üçün hansı səciyyəvi deyil?
A) Qalça bağırsaqla sərbəst əlaqəsi olur

B) Ağirlaşmalardan biri qanaxmadir

C) Diaqnostika çətindir

D) Əsasən ileosekal nahiyyədən 10-120 sm məsafədə yerləşir

E) Mekkel divertikulunun diaqnozu asan qoyulur
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
1144) Mekkel divertikulununfəsadlarına aşağıdakılardan hansı aid deyil?
A) Dinamik bağırsaq kecməməzliyi

B) Qanaxma

C) Stranqulyasion bağırsaq kecməməzliyi

D) Divertikulit

E) İnvaginasiya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
1145) Mekkel divertikulunda qanaxma nə səbəbdən baş verir?
A) Stresdən

B) Sadalananlardan hamısından

C) Qida pozğunluğundan

D) Travmadan

E) Divertikul divarında mədə və ya mədəalti vəzi hüceyrələrinin olması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
1146) Mekkel divertikulunun ən az rast gəlinən ağırlaşması hansıdır?
A) Qanaxma

B) Mekkel divertikulunun şişləri

C) Bağırsaq kecməməzliyi

D) Divertikulit

E) İnvaginasiya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 371
1147) Aşağıdakıların hansı konservativ müalicə nəticəsində sağala bilər?
A) Stranqulyasion bağırsaq kecməməzliyi

B) tam göbək fistulu

C) Natamam göbək fistulu

D) Enterositoma

E) Sadalananlardan heç biri
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
1148) Ductus omphaloentericus-un funksiyası nədir?
A) Arterial qanın dölə kecməsini təmin edir

B) İlk sidiyi dölyanı mayeyə axıdir

C) Bətindaxili inkişafın ilk həftələrində embirionun qidalanmasını təmın edir

D) Venoz qanın daşınmasını təmin edir

E) Endokrin funksiya daşiyir
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 369
1149) Aşağıdakılardan hansı göbəyin tam fistulunun ağırlaşmalarına aid deyil ?
A) Evaginasiya

B) Qanaxma

C) İnvaginasiya

D) İnfeksiyalasma

E) Bağırsaq möhtəviyyatının itirilməsi
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, 370
1150) Göbəyin tam fistulunun mualicəsi necə aparılır?
A) Diaqnoz qoyulan kimi cərrahi mualicə

B) 1 yaşdan sonra cərrahi mualicə

C) Antibakterial müalicə

D) Fizioterapiya

E) Məlhəmlərlə müalicə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1151) Mekkel divertikulunun müalicəsi necə aparılır?
A) Mekkel divertikulunun bütün xəstəliklərində təcili cərrahi müdaxilə

B) Fizioterapiya

C) Antibakterial müalicə

D) Mekkel divertikulunun bəzi xəstəliklərində konservativ müalicə

E) Hormonal müalicə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
1152) Aşağıdakılardan hansı göbəyin natamam fistulunun müalicəsi prinsiplərinə aid deyil ?
A) Fistul yolunal 3%-li yod məhlulu sürtmək

B) Hər gün vanna etmək ,zəif kali permanqanat məhlulu ilə

C) Antiseptiklərlə sarğı

D) Konservatik müalicə effekt vermədikdə cərrahi əməliyyat

E) Hemostatik müalicə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1153) Göbəyin natamam fistulu nə zaman əmələ gəlir?
A) Göbək bağırsaq axacağının distal hissəsində obliterasiya olmadıqda

B) Göbəyin infeksiyasından sonra

C) Göbək yırtığına görə əməliyyatdan sonra

D) Axacaq proksimal hissədə obliterasiya olmadıqda

E) Göbək nahiyyəsinin travmasından sonra
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 370
1154) Enterosistoma necə əmələ gəlir?
A) Ductus omphalo-enterucus distal hissədə obliterasiya olur proksimal hissədə açıq qalır

B) Ductus omphalo-enterucus distal və proksimal hissədə obliterasiya olunur,orta hissədə açıq qalır

C) Uraxsun açıq qalması nəticəsində

D) Qarın boşluğunda aparılmış əməliyyatdan sonra

E) Qarının ön divarının küt travmasından
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 372
1155) Bud sümüyünün boyun –diafizar bucağı normada neçə dərəcədir?
A) 125-130 dərəcə

B) 140-150dərəcə

C) 160-165dərəcə

D) 150-175 dərəcə

E) 140-145 dərəcə
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 636
1156) Bud çanaq oynağının anadangəlmə çıxığı rentgenoloji olaraq neçə dərəcəyə bölünür?
A) 5

B) 4


C) 6

D) 3


E) 2
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 631
1157) Qastroşizis nədir?
A) Mədə qanaxması

B) Ağır inkişaf qüsuru olub qarnın ön divarının 2-3 sm artıq olmayan deffekti ilə xarakterizə olunur

C) Mədənin burulması

D) Sadalananların hamısı

E) Mədənin sallanması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 376
1158) Qastroşizis üçün hansı xarakter deyil?
A) Deffekt göbək ciyəsindən sağda yerləşir

B) Deffektdən qarnın ön divarına orta bağırsaq çıxır

C) Yırtıq kisəsi olur

D) Müştərək qüsurlar nadir halda olur

E) Bətndaxili peritonit əlamətləri olur
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 377
1159) Göbək yırtığının özbaşına sağalma ehtimalı neçə faizdir?
A) 50%

B) 100%


C) 15%

D) 5%


E) 60%
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 382
1160) Boğulma ehtimalı ən az olan yırtıq hansıdır?
A) Göbək yırtığı

B) Sağ tərəfli qasıq yırtığı

C) Bud yırtığı

D) Ağ xətt yırtığı

E) Sol tərəfli qasıq yırtığı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 383
1161) Paraumbilikal yırtıq nədir?
A) Boğulmuş göbək yırtığı

B) Xəcələbənzər çıxıntı ilə göbəyin ortasında əmələ gələn ağ xətt yırtığı

C) Bilavasitə göbək həlqəsinin üstündə əmələ gələn ağ xətt yırtığı

D) Bilavasitə xəncələbənzər çıxıntı nahiyyəsində əmələ gələn ağ xətt yırtığı

E) Bilavasitə göbək həlqəsinin altında əmələ gələn ağ xətt yırtığı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 383
1162) Ağ xətt yırtığında hansı müalicə üsulları tətbiq edilir?
A) Massaj

B) MBT


C) Konservativ müalicə effekt verməzsə cərrahə əməliyyat

D) Fizoterapiya

E) Yalnız cərrahi əməliyyat
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 384
1163) Uşaqlarda düz bağırsağın ən çox rast gəlinən xoşxassəli şişi hansıdır?
A) Düz bağırsağın dermoid kistası

B) Düz bağırsağın polipi

C) Düz bağırsağın angiomatozu

D) Düz bağırsağın polipozu

E) Düz bağırsağın fibroması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
1164) Anus çatının əsas simptomu hansıdır ?
A) Ağrısız düz bağırsaq qanaxması

B) Temperaturun olması

C) Düz bağırsaq selikli qişasının sallanması

D) Defekasiya zamanı kəskin ağrı

E) Qusma
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 472
1165) Düz bağırsaq polipinin əsas əlaməti nədir?
A) Qusma

B) Defekasiya zamanı kəskin ağrı

C) Çəkinin itirilməsi

D) Defekasiyanın sonunda bir neçə damcı və ya kifayət qədər qanaxma

E) Temperaturun olması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 469
1166) Uşaqlarda babasilə hansı yaşlarda daha çox rast gəlinir?
A) 1-5 yaş

B) Bütün yaşlarda eyni cür rast gəlinir

C) 6-8 yaş

D) 8-10 yaş

E) 12-14 yaş
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 c- 412
1167) Uşaqlarda bazu sümüyü neçə faiz proksimal və neçə faiz distal epifizin hesabina uzanır?
A) 70% proksimal 30% distal

B) 40%proksimal 60% distal

C) 50 %proksimal 50% distal

D) 30% proksimal 70%distal

E) 60% proksimal 40% distal
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 c- 412
1168) Uşaqlarda qamış sümüyü neçə faiz proksimal və neçə faiz distal epifizin hesabina uzanır?
A) 60% proksimal 40 %distal

B) 50 %proksimal 50% distal

C) 30% proksimal 70% distal

D) 25 %proksimal 75% distal

E) 40 %proksimal 60% distal
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004, c- 95
1169) Uşaqlarda mil sümüyü neçə faiz proksimal və neçə faiz distal epifizin hesabina uzanır?
A) 25 proksimal 75 distal

B) 75 proksimal 25 distal

C) 70 proksimal 30 distal

D) 30 proksimal 70 distal

E) 50 proksimal 50 distal
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 c- 96
1170) Keller II xəstəliyi hansıdir?
A) Daban sümüyünün bitişmıyən sınığı

B) Bud sümüyü başının aseptik nekrozu

C) Pəncənin ikinci ücüncü daraq sümüyünün osteoxondropatiyası

D) Pəncənin qayığa bənzər sümüyünün osteoxondropatiyası

E) Qamış sümüyü qabarinin osteoxondropatiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни.2004 səh 264
1171) Qida borusunun axalaziyası zamanı hansı əməliyyat aparılır?
A) Nissen üsulu ilə fundoplikasiya

B) Heller üsulu ilə kardiomiotomiya,ezofaqokardiofundoplikasiya

C) Ezofaqostoma əməliyyatı

D) Kanşin üsulu ilə fundoplikasiya

E) Qastrostoma əməliyyatı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 321
1172) Aşağıdakı xəstəliklərdən hansında Nissen üsulu ilə fundoplikasiya aparılmır?
A) Kardianın xalaziyası

B) Anadangəlmə kardiostenoz

C) Anadangəlmə qısa qida borusu

D) Qida borusunun axalaziyası

E) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 321
1173) Hansı əməliyyat aparılarkən adətən əlavə olaraq Mikuliç üsulu ilə piloroplastika da aparılır?
A) Ezofaqostoma əməliyyatı

B) Ezofaqo-Ezofaqoanastomoz

C) Qastrostoma əməliyyatı

D) Heller üsulu ilə kardiomiotomiya

E) Nissen və Kanşin üsulu ilə fundoplikasiya
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 322
1174) Uretranın ən çox rast gəlinən inkişaf qüsuru və anomaliyası hansıdır?
A) Anadangəlmə qısa uretra

B) Hipospadiya

C) Episdapiya qızlarda

D) Hermafroditizm

E) Epispadiya oğlanlarda
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 583
1175) İnfravezikal obstruksiya xəstəliklər qrupuna aid deyil?
A) Qızlarda detruzor-sfinkter dissinergiya

B) Oğlanlarda uretranın arxa qapağı

C) Oğlanlarda detruzor-sfinkter dissinergiya

D) Qızlarda meatal stenoz

E) Kəskin pielonefrit
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. 2004 , c- 483
1176) Sidik kisəsi ,sidik axarı reflyuksi nədir?
A) Sidik kisəsinin divertikulu

B) Sidiyin sidik kisəsindən sidik axarına və böyrəyin kollektor sisteminə keçməsi

C) Sidik kisəsinin daşı

D) Sidiyin sidik kisəsindən uretraya keçməsinə olan maneə

E) Sidik saxlaya bilməmək
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 565
1177) Böyük adamlarda 600 – 1000 ml qan itirmə yenidoğulmuşlarda neçə ml qan itirməyə bərabərdir?
A) 50 ml

B) 500 ml

C) 120 ml

D) 100 ml

E) 300 ml
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 14
1178) Aşağıdakı xəstəliklərdən hansına mütləq cərrahi müdaxilə göstəriş deyil?
A) Sindaktiliya

B) Kəskin appendisit

C) Bağırsaqların atreziyası

D) Boğulmuş qasıq dəbəliyi

E) Yemək borusunun atreziyası
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 29
1179) Anesteziyanın hansı növü uşaq cərrahiyyəsində yalnız son illər geniş tətbiq olunmağa başlanmışdır?
A) Peridural anesteziya

B) Endotraxeal narkoz

C) Qeyri - inhalyasiya narkozu

D) Yerli keyitmə

E) İnhalyasiya narkozu
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008səh 41
1180) Aşağıdakılardan hansı qarınxarici dəbəliyin elementi deyil?
A) Dəbəlik möhtəviyyatı

B) Dəbəlik kisəsi

C) Dəbəlik kisəsinin qişaları

D) Köndələn fassiya

E) Dəbəlik qapısı
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 332 333
1181) Qarnın ön divarı əzələlərinin aplaziyasında ölümün əsas səbəbi nədir?
A) Xaya burulması

B) Hipertenziyon sindrom

C) Mədə qanaxması

D) Trombemboliya

E) Urosepsis
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 367
1182) Doğulandan sonra ağız və burundan köpüklü ifrazatın axması, təngnəfəslik, sianoz, aspirasion pnevmoniya əlamətləri olarsa bu klnika hansı xəstəlik üçün səciyyəvidir?
A) Yemək borusunun atreziyası

B) Yemək borusunun anadangəlmə stenozu

C) Pilorostenoz

D) Kardiyanın xalaziyası

E) 12 - barmaq bağırsağın atreziyası
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 314
1183) Diafraqmal dəbəliyin diaqnozunu dəqiqləşdirmək üçün nə zaman kontrast maddə ilə aparılan irriqoqrafiya əhəmiyyətlidir?
A) Yırtıq möhtəviyyatı mədə olarsa

B) Yırtıq möhtəviyyatı köndələn çənbər bağırsağın bir hissəsi olarsa

C) Yırtıq möhtəviyyatı nazik bağırsaq olarsa

D) Yırtıq möhtəviyyatı piylik olarsa

E) Yırtıq möhtəviyyatı qaraciyər olarsa
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 332
1184) Aqanqlionar zonanın lokalizasiyasından və uzunluğundan asılı olaraq, Hirşprunq xəstəliyinin rentgenoloji mənzərəsinə görə neçə forması var və onlar hansıdır?
A) 3 forma: rektal, total, subtotal

B) 4 forma: rektal, rektosiqmoidal, subtotal, total

C) 1 forma: rektosiqmoidal

D) 2 forma: rektal, rektosiqmoidal



E) 5 forma: rektal, rektosiqmoidal, seqmentar, subtotal və total
Ədəbiyyat: Quliyev Ç. “Uşaq cərrahlığı” 2008 səh 439
Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin