338) Xəstədə çətinləşmiş tənəffüs, mütəmadi boğulma tutmaları olur. Səsi xırıltılıdır, vaxtaşırı afoniya müşahidə edilir. Diaqnoz hansıdır?
A) Qırtlağın yad cismi
B) Traxeyanın hərəkət edən yad cismi
C) Traxeyanın fiksasiyalı yad cismi
D) Bronxun yad cismi
E) Seqmentar bronxun yad cismi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
339) Xəstənin vəziyyəti ağırdır, ifadə olunmuş tənəffüs çatmamazlığı qeyd olunur. Səsi cingiltilidir. Dövrü olaraq «şappıltı» simptomu eşidilir. Diaqnoz hansıdır?
A) Qırtlağın yad cismi
B) Bronxun yad cismi
C) Traxeyanın fiksasiyalı yad cismi
D) Traxeyanın hərəkət edən yad cismi
E) Qida borusunun yad cismi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
340) Xəstənin vəziyyəti çox ağırdır, kəskin ifadə olunmuş tənəffüs çatmamazlığı, döş qəfəsinin bəzi nahiyyələrinin dartılması (içəriyə doğru) qeyd olunur. R-də hər iki ağ ciyərin şəffaflığının artması, anamnezində yad cismin aspirasiyası müəyyən edilir. Diaqnoz hansıdır?
A) Bronxun yad cismi
B) Qırtlağın yad cismi
C) Qida borusunun yad cismi
D) Traxeyanın fiksasiyalı yad cismi
E) Traxeyanın hərəkət edən yad cismi
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |