Zaman Əsgərli,
filologiya üzrə elmlər doktoru,
professor
Áèáëèîãðàôèéà
35
Firidun bəy Köçərlinin
müdrik deyimləri
Mən, balalara hədiyyə olmaq üçün xalqımızın yaratdığı nağıl
və hekayələrdən, məsəl və tapmacalardan və bir çox mənzumələri
toplayıb bu kitabı tərtib etdim ki, onlar unudulub xatirələrdən
çıxmasın.
***
Nağıllarda həqiqət halı ilə xəyalət aləmi, doğru ilə yalan,
mümkün ilə qeyri-mümkün elə məharətlə bir-biri ilə calaşır ki,
insan ağlı heyrətdə qalır.
***
Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək
istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin.
Biri onun başını, o biri canını zay eləsin.
***
Əsl gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və rəftar-
dadır.
***
Qəliz, çətin və dolaşıq dildə yazan ədiblərin fikirləri də
dolaşıq olur; onların əsərləri çətin və ağır oxunulur və insana
fərəh əvəzinə qəm və kədər gətirir.
***
Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Semi-
nariyada aldığınız elm və tərbiyəni elə yüksək və hündür məqam-
da saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin.
***
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
36
Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi
malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi
mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi,
ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini
sevdiyi kimi, ana dilini də sevir.
***
...Qoy müəllim pozulmuş uşağa məhəbbətlə, hərarətlə və sə-
mimi yanaşsın. O, ətrafdakı məhəbbəti hiss edəcək, o zaman
müəllim uşaq ruhunu belə rəftarı nəticəsində ələ alacaq və uşaq
da əxlaqca yaxşı olacaq. Doğrudur, pozğun uşağı yenidən tərbiyə
etmək üçün müəllim tərəfindən işə çox məhəbbət, səbir, mərifət
və uşaq təbiətini anlamaq lazımdır.
***
İnsanın qəlbi karvansara deyil ki, yol ilə hər ötüb-keçən onda
özü üçün məqam bulsun və onun içində olan yaxşı-yamanı görüb
aləmə faş qılsın.
***
Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun
zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meyda-
na çıxır.
***
Söz yox ki, Vətən şirindir, amma vətən bir anadan olduğu-
muz ev, məhəllə, şəhər və ya kənd deyil. Vətən geniş vüsətli bir
diyardır. Bir ölkə və məmləkətdir ki, onun hər bir nöqtəsi övladı
üçün əziz və mübarəkdir.
***
Qəlbi şad etmək özlüyündə bir xidmətdir.
***
Áèáëèîãðàôèéà
37
Çoxumuz müsəlman isək də, insan deyilik, çoxumuz insanıq-
sa da, həqiqi müsəlmanlıqdan çox uzaq və kənarıq.
***
Əsl ədəbiyyat həyati həqiqətləri əks etdirməklə yanaşı cə-
miyyəti, xalqı qabaqcıl ideyalarla silahlandırmalıdır, onun azadlıq
mübarizəsinə kömək etməlidir: həqiqi şair millət və Vətən yolun-
da canlar fəda etmək lazım isə vətən oğlanlarının ürəyinə yandı-
rıcı od salıb, onları hər qisim fədakarlığa və cannisarlığa şövq-
mənd etməlidir.
***
Sabirin təbində bir o qədər zəriflik və dilində öylə bir lətafət
var ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür.
***
Türk dilində neçə min hikmətamiz məsələlər var ki, təmamisi
təcrübə yolu ilə deyilibdir.
***
Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla
Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi
adlanmağa onun haqqı vardır... Milli şairlərimizdən onun kimi
sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl ya-
zan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş edib-
lərsə də, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləmək-
də aciz qalıblar... Vaqif ziyadə zövqü-səfa əhli olduğu üçün gözəl
mədhində xeyli mərğub (irəğbət olunan, bəyənilən- red.) və na-
zik şeirlər yazmışdır ki, onların cümləsi qəlbdən nəşət edən his-
siyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları şövqü həvəsə
gətirir.
***
Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o
qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
38
tayfalar vardır ki...ədəbiyyat nə olduğunu bilməzlər... Bunlar
dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi
və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən
qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət
tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin
asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin.
***
Ədəbiyyat millətin ayineyi-həqiqətnümasıdır ki, onun maddi
və mənəvi tərəqqisi və istiqbalı üçün nicat və səadət yollarını
eynilə göstərir. Ədibi-fazil və şairi-qabil millətin maarif xadim-
ləridir. Milləti haqq və səvaba irşad edən, şöhrət və hörmətə
yetirən onlardır. Öz asar və əşarı ilə onlar millətin cisminə şəfa,
ruhuna səfa, fikrinə cila, ağlına və tamami mənəvi və ruhani qüv-
vələrinə balü pər verib uca məqama çatdırır.
***
Ey qardaşlar, həyatın qədrini biliniz,... oyanınız, hərəkət
ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və
ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa
baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur.
***
Təkcə simaca gözəl olan qadını gözəl hesab etmək olmaz. Bu
gözəllik zahiri gözəllikdir. Zahirən gözəl qadın o zaman tam gö-
zəlliyə malik olar ki, onun məzmunu da, yəni əqli də, kamalı da,
idrakı da gözəlliyə uyğun gəlsin. İnsanın gözəlliyi zahiri məlahət
və hüsn-lətafətdən ibarət olmayıb, onda əql və fərasətin mövcud
olmağı dəxi əvvəlinci şərtlərdəndir. Zahiri gözəlliyi və hüsn-
camalı kamala yetirən, əqlin nuru və mərifətin ziyasıdır. Əqilsiz
və mərifətsiz gözəl məqbul və müstəhsən deyildir.
***
Millətini sevən, onun mənəvi dirriyinə çalışan, tərəqqisi yo-
lunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlə-
Áèáëèîãðàôèéà
39
rimizdən çox-çox təvəqqi edirik ki, dillərini asanlaşdırsınlar, ana
dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini
açıq və sadə dillə yazsınlar, taki, onların yazdıqlarını oxuyan an-
lasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan və oxuyanın
arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər.
***
...Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə de-
yil. Fars və ərəbə meyil və rəğbətimiz o qədər çox olubdur ki, öz
dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini
və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz
dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq
və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza ya-
mamışıq... Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tər-
cümələri, hətta elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki,
oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxu-
maqdan rəğbətləri kəsilir... Dilin şivəsini itirmək və üslubunu
pozmaq böyük fəsaddır... Mərhum Həsənbəy Məlikovun “Əkin-
çi” qəzetinin nömrələri əlinizə düşsə, oxuyub bu mətləbin barə-
sində bir az fikir eləyin.
***
Həyat “allah-taalanın ətiyəsidir”. Sənət, söz, dil “allah-taala-
nın vergisidir.”
***
M.P.Vaqif sadə, xalqın başa düşdüyü bir dildə yazıb-yarat-
mış, fars və ərəb sözlərinin köməyinə qaçmamışdır. Təbiilik, sa-
dəlik və səmimi hisslər onun bütün əsərlərinin əsas ruhunu təşkil
edir; onların çoxu öz sadəliyi və bədiiliyinə görə xalq şeirinin
nümunələri hesab edilir. Onun bütün əsərləri öz ahəngdarlığı,
məlahəti və son dərəcə mənalı olması ilə insanı məftun edir.
***
Q.B.Zakir asan, sadə və incə şeirlərində öz xalqının ruhunu,
onun düşüncələrini, dünya görüşünü, vərdişlərini, dini əqidəsini,
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
40
xeyirxah və qüsurlu cəhətlərini, onun xarakterindəki nəcib və
mənfi cəhətləri fövqaladə məharət və doğruluqla əks etdirmişdir...
***
Şairi-kamal və ədibi-fazil həqiqətdə ol ədib bə şairdir ki, öz
millətinin dili ilə danışa, ürəyi ilə hiss və əqli ilə fikir edə.
***
“Milli ədiblərimizin atası, dram yazanlarımızın ustadi-kamili,
ədəbiyyatımızın fəxri”, “azərbaycanlıların dolanacağının, adat və
adabının həqiqət göstərici bir ayinəsi”ni yaradan, “zahirimizi və
batinimizi də eynilə göstərən” M.F.Axundov olmuşdur.
***
Axundovun dramnəvis müsənniflərə və həqiqi ədibə məxsus
olan istedad və qabiliyyətlərindən birisi də budur ki, öz təmsilat
və hekayələrində əhvalat və güzarişatı söyləyən əşxasın hər birini
öz dililə danışdırır. Əkinçidən tutmuş şaha kimi hər hansı sinfin
dilindən söz söyləyir isə, elə bir sayaqda söyləyir ki, guya mər-
hum həman o sinfin özündədir və yainki onların sözlərini eşitdik-
cə bir-bir sinəsinə yığıbdır.
Bu qabiliyyətdən əlavə, Mirzə Fətəlinin dilində elə bir nə-
məkrizlik (duzluluq-red.), məlahət və zərafət var ki, hər kəs onun
kəlamını oxuyur isə könlü açılır və dodağı altında gülür.
***
...Axundovun komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən
gülürsə, bir tərəfdən ağlayıb göz yaşı tökür. Gülmək görünür,
amma ağlamaq görünməyir, onun ağır damcıları ürəyin üstünə
düşüb onu yaralayır, dəlir...
***
...Onun (M.F.Axundovun) sayəsində bir neçə müqtədir ədib-
lər vücuda gəlibdir. O cümlədən Nəcəf bəy Vəzirov və Əbdürrə-
him bəy Haqverdiyev, Nəriman bəy Nərimanov və Mirzə Cəlil
Áèáëèîãðàôèéà
41
Məmmədquluzadə cənablarıdır ki, hər birinin bir neçə komedi-
yaları və dramaya məxsus əsərləri vardır, indiki məişətimizin bəzi
övza və əhvalını və əhli-zəmanənın fikrü xəyalatını və nə yolda
çalışdıqlarını eyni ilə yazıb öz əsərlərində göstərirlər.
***
Bəşəriyyətin mədəni hissəsinin həyatında iştirak etməyə
başlayan xalq heç bir ümumi fikri hərəkata yad ola bilməz.
***
Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol
olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiy-
yatı təbii halına, təbii rənginə düşüb... Qoqol və Puşkin milli
ədəbiyyatlarını, məişətlərinin ayinəyi-həqiqətnüması edib, özlə-
rindən sonra gələn üdəba və şüəraya səlamət bir məslək, müs-
təqim bir yol açıb.
***
Müəllim ağlı, biliyi, zəhmətsevərliyi, yüksək məharəti, mə-
dəni davranışı, işdə dəqiqliyi, səadəti və s. keyfiyyətləri ilə yana-
şı, həm də uşaqlara məhəbbət və qayğı ilə döyünən ürəyə malik
olmalıdır.
***
Molla Nəsrəddin xalq müdrikliyinin və hazırcavablığının
ifadəçisidir. Onun lətifələri o qədər həyati və məzəlidir ki, bu lə-
tifələrdə o qədər səmimi bir yumor vardır ki, hamı onlarla maraq-
lanır və azərbaycanlıların arasında həmin lətifələri bilməyən və
yeri gələndə bu və ya digər bir lətifəni danışmayan adam çox
nadir tapılır. Hətta Azərbaycan dilində danışa bilən ermənilər və
gürcülər də Molla Nəsrəddinin lətifələri ilə maraqlanırlar.
***
Qorxuya ümdə səbəb bilməməzlik, elmsizlik və avamlıqdır.
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
42
***
Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan
ölüb itməz, amma dilini alsan fot olar, ondan bir nişan qalmaz.
***
Azərbaycan türklərinin Sədisi, Hafizi, Şekspiri yoxdur, ancaq
onun Vaqif, Vidadi, Nəbati, S.Ə.Şirvani kimi əvəzsiz şairləri var.
Həmin şairlərin min bir əziyyətlə yazdığı əsərlər itib-bat-
maqdadır. Bunları toplayıb nəslə çatdırmaq lazımdır.
***
Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə
hekayələrinin əsas məziyyətidir. Hər şeydən görünür ki, müəllif
öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşa-
hidə qabiliyyətinə malikdir. Onun bilavasitə həyatdan götürülmüş
hekayələri boş fantaziyanın məhsulu deyildir. Məmmədquluza-
dənin başqa bir məziyyəti də onun müşahidə etdiyi həyatı canlı və
anlaşıqlı dil ilə Şərq yumorunun aydın xüsusiyyətləri ilə verə
bilməsidir ki, bu da oxucunun nəzərini hər şeydən çox cəlb edir.
***
F.B.Köçərli M.Füzulinin “Leyli və Məcnun” əsəri haqqında
yazır... Füzuli özü türk (azərbaycanlı-A.A.) oğlu olmağina görə
öz ana dilini artıq sevib də ona rövnəq verməyi baş vəzifələrdən
birisi hesab edərmiş... və həqiqətdə demək olar ki, türk dilinə röv-
nəq verən, onu xar və xasakdan təmizləyib bir göyçək və səfalı
çəmənə bənzədən Füzuli olubdur və bununla biz türklərin üstündə
sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda belə
bəyan edir:
Ol səbəbdən farisi ləfzilə çoxdur nəzm kim,
Həzmi-nazik türkü ləfzilə ikən dişvar olur.
Ləhceyn-türkü qəbuli-nəzm tərkib eyləsə,
Əksərən əlfazi, namərbut,nahəmvar olur.
Bəndə tofiq olsa bu dişvari asan eylərəm,
Novbəhər olğac dikəndən bərgi-gül izhar olur.
Áèáëèîãðàôèéà
43
Görkəmli şəxsiyyətlər
Firidun bəy Köçərli haqqında
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf
yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çox-
cəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə
mühüm töhfələr vermişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Düz 20 il bundan müqəddəm, mən “Nadanlığ”ı yazıb mey-
dana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firi-
dun bəy Köçərli “Nadanlığ”ı rus dilində tənqid etdi, yaramaz bir
şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan
deyirdi: “Nadanlığ”ı yazan daha əlinə qələm gərək götürməsin. Fə-
qət onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb oldu.
Nəriman Nərimanov,
ictimai-siyasi xadim, yazıçı,
dramaturq, publisist
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə ye-
ganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi.
Məmməd Əmin Rəsulzadə,
görkəmli ictimai-siyasi xadim, yazıçı
Firidun bəyin təkcə bir müəllim kimi deyil, həm də öz
xalqının ədəbiyyatını sevən alovlu vətəndaş kimi Azərbaycan
ədəbiyyatını təbliğ etməsi mənim qəlbimdə nəcib hisslər oyadırdı.
Firidun bəy haqqında hamı belə fikirdə idi ki, o son dərəcə böyük
adamdır. Böyüklüyü də ondadır ki, doğulduğu torpağa, mənsub
olduğu xalqa – onun ədəbiyyatına ideal dərəcədə sadiqdir.
Əli Səbri Qasımov,
keçmiş seminarist, yazıçı-jurnalist
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
44
Firidun bəy Köçərli ən müqtədir, ən sevgili ədiblərimizdən
biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaqla bütün keçmişimizi
diriltdi. Şairlərimizin ülvi ruhlarını canlandırdı və həyati-
fikriyyəmizi təbii yoluna saldı.
Çox heyif ki, Firidun bəy həzrətlərinin çox az əsərləri oxu-
culara mal oldu. Ən guzidəsi “Azərbaycan türklərinin ədəbiyyat
tarixi” hələ təb olunmayıb qalır. Bu kitabı şərqşünas bir əcnəbi
yazsa idi Avropada onun ilə böyük ad qazanardı. Görəsən bəs
bizim aramızda Firidun bəy Köçərli cənabları kimi adamların
əmələ gəlməsini niyə şux və həvəs ilə qarşılamırıq?
Yusif Vəzir Çəmənzəminli,
ədəbiyyatşünas, yazıçı
Firidun bəyin ədəbiyyat tədqiqatı Azərbaycan ədəbiyyatşü-
naslığı üçün çox qiymətli və tarixi xidmətdir. Onun sayəsində
qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılıb xalqa
tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azər-
baycan şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilmişdir.
Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə
və vəsait olmuşdur.
***
Bir institutun görə bilmədiyi işi F.B.Köçərli təkbaşına gör-
müşdür.
Mir Cəlal,
yazıçı-ədəbiyyatşünas
O, çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında rea-
lizmin, demokratik ideyaların inkişafına və yayılmasına çalışmış,
Axundov ənənələrinin mübariz, fəal təbliğatçılarından olmuşdur.
Firidun bəy Köçərli ədəbiyyat tarixi yaratmaq işinə son
dərəcə ciddi yanaşmış, onun bir sıra prinsiplərini doğru dərk
etmişdir. Odur ki, “Azərbaycan türklərinin ədəbiyyatı” kitabını
Áèáëèîãðàôèéà
45
“material” hesab edənlər, onun elmi mahiyyət daşımadığını iddia
edənlər ciddi səhv edirlər.
Kamal Talıbzadə,
akademik, ədəbiyyatşünas-alim
Azərbaycan ədəbiyyatşünaslığını elm səviyyəsinə çatdırmaq
vəzifəsini böyük məsuliyyətlə və şərəflə Firidun bəy Köçərli
həyata keçirmiş və ədəbiyyatşünaslıq elminin tarixinə ilk ədə-
biyyat tarixinin yaradıcısı kimi daxil olmuşdur. Görkəmli elm
xadimi Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi
materialları” adlı iki cildlik sanballı əsəri ilə ölkəmizdə sistemli
ədəbiyyat tarixçiliyi yaratmaq ənənəsinin möhkəm bünövrəsi qo-
yulmuşdur. Çoxcəhətli elmi-pedaqoji fəaliyyətə malik olan Firi-
dun bəy Köçərlinin monoqrafik tədqiqatları, məqalələri, publisis-
tikası və tərcümələri Azərbaycan ədəbiyyatşünaslığının ədəbi-
mədəni əlaqələrinin formalaşmasına sanballı töhfədir.
İsa Həbibbəyli,
AMEA-nın həqiqi üzvü
Ədəbi ictimaiyyətimizin Köçərli yaradıcılığı ilə yaxından
maraqlanması tamamilə təbiidir. Çünki XIX əsrin sonu, XX əsrin
birinci rübündə geniş ədəbi, ictimai, elmi-pedaqoji fəaliyyət gös-
tərmiş Köçərlinin zəngin irsi ədəbiyyatımızın həmin dövrü haq-
qında geniş təsəvvür yarada bilən qiymətli mənbələrdəndir.
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk
dəfə olaraq ədib və şairlərimizin böyük bir qismini əhatə edən
ədəbiyyat tarixini yazmışdır. Bu əsərdə 129 şairin ədəbi irsi və
onlardan böyük bir qisminin tərcümeyi-halı verilmiş, əsərləri
haqqında orijinal fikirlər söylənmişdir.
Firidun bəy Köçərlinin həm tənqidi məqalələrində, həm də
tədqiqatçılıq fəaliyyətində bariz şəkildə nəzərə çarpan xüsusiyyət-
lərdən biri və demək olar ki, ən başlıcası, onun müasirlik prob-
lemini həmişə diqqət mərkəzində saxlamasıdır.
Bəkir Nəbiyev,
AMEA-nın həqiqi üzvü
Ôèðèäóí áÿé Êþ÷ÿðëè
46
Bu kimi hədiyyələr nəşr edilsə idi, millətimizə və dilimizə
böyük xidmət edilmiş olurdu. Zira balalarımız arasında söylənən
və işlənən məsəl və tapmacalardan, nəğmə və düzgülərdən bir
çoxu xatirimizdən fəramuş olmuş türk sözləri öyrənərdik və
əvəzinə də qullandığımız əcnəbi sözlərini dilimizdən və yazımız-
dan kənar edərdik.
Seyid Hüseyn Kazımoğlu,
ədəbiyyatşünas, tənqidçi
Azərbaycan pedaqoji fikir tarixində həm nəzəri məsələlərlə
çıxış edən, həm gənclərin təlim-tərbiyəsində əməli fəaliyyət gös-
tərən, dövrün qabaqcıl maarifpərvərlərinin yazmış olduğu uşaqlar
üçün əlavə oxu ədəbiyyatına öz tənqidi münasibətini bildirən
F.Köçərli olmuşdur.
Fikrət Sadıqov,
ədəbiyyatşünas,tənqidçi
F.Köçərli bədii əsərlərdə həyat hadisələrini və insan xarakter-
lərini doğru-düzgün, realistcəsinə təsvir etməyi geniş təbliğ et-
mişdir.
Camal Əhmədov,
professor
Firidun bəy Köçərli folkloru cameədəki insanların tərbiyəsi,
ayılması və savadlanması üçün mühüm vasitələrdən hesab edirdi,
ona görə də xalq ədəbiyyatının toplanması və nəşri üçün çalışırdı.
Cavad Heyət,
ədəbiyyatşünas
Firidun bəy Köçərlinin gələcək haqqında sağlam bir roman-
tikası vardı. O, bəzən üzünü sinfə tutaraq, uşaqlara yanıqlı bir
səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli
gələcəyini təmin edəcək xöşbəxtlər nəslini görürəm. Oxuyun,
balalarım, xalqımızın nicat yollarında ona dayaq olun.
Mehdixan Vəkilov,
professor
Áèáëèîãðàôèéà
47
Firidun bəy Köçərli mənim qəlbimdə həssas bir insan, qərəz-
siz ədəbiyyatçı, yorulmaz bir maarifçi kimi əbədi iz buraxmışdır.
***
Bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla
qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti-fitri-
lərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm Fi-
ridun bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasında istifadə edə
bilərlər. O, camaatımızın arasından nağıl, məsəl, tapmaca və şeir-
ləri bir yerə toplamaqla körpələrimizə böyük hədiyyə etmişdir.
Abdulla Şaiq,
şair, yazıçı, ictimai xadim
“Balalara hədiyyə” kitabından vətən qoxusu, dağların ətri,
köçərilərin tüstüsü gəlir.
Dostları ilə paylaş: |