Uşaq ədəbiyyatı xəzinəsindən



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix31.01.2017
ölçüsü0,86 Mb.
#7179
1   2   3   4   5   6   7   8   9   ...   12

Əli Sultanov

ədəbiyyatşünas 

 

Firidun bəy Köçərli böyük pedaqoqdur. Qori Müəllimlər 

Seminariyasının Azərbaycan  şöbəsini Qazağa köçürməklə xalqı-

mızın maariflənməsində  əvəzolunmaz  əməyi olan şəxsiyyətdir. 

Firidun bəy sadəcə praktik müəllim deyildi. O, tədqiqatçı-alim, 

ədəbiyyatşünas, nəzəriyyəçi-pedaqoq və yüksək mədəniyyətli 

humanist ziyalı idi. 

Əhməd Seyidov, 

professor 

 

Hərçənd bu kitab uşaqlar üçün yazılmışdırsa da, lakin bütün 

ənənəyi-milliyəsi...nağıl və hekayələri... milli misal və nəğmələr, 

uşaqlara məxsus oyuncaqları  tərtib etdiyindən bizi keçmişimizlə 

aşina edir. Keçmişimizə qarşı bizdə milli duyğu oyandırır. Möh-

tərəm Firidun bəy Köçərli cənabları bizdən ötrü kənd hədiyyəsi 

ilə böyük bir cığır açdı. 

Seyid Hüseyn, 

yazıçı 


Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

48 



F.Köçərli xalqımızın tarixi keçmişini xarakterizə edərkən 

həm onun həyat tərzini və həm də ümumxalq danışıq dilinin sadə 

ifadə xüsusiyyətlərini aydınlaşdırır, bu xalqın istək və arzularını, 

xəyal və düşüncələrinin məhsulu olan el ədəbiyyatı ilə  sıxı 

bağlılığını əsas hesab edirdi. 

İnayət Baktaşi, 

professor, ədəbiyyatşünas 

 

F.Köçərli ədəbiyyatın, sənətin ictimai-siyasi, tərbiyəvi rolunu 

yüksəltmək uğrunda mübarizə apararkən öz şəxsi xoşbəxtlikləri 

üçün xalqının, vətəninin mənafeyini satan, onun taleyi ilə oyna-

yan, varlılar qarşısında yaltaqlıq edən, sənəti qazanc mənbəyinə 

çevirməyə çalışan məddah yazıçıları,  şairləri də  kəskin tənqid 

edirdi. O, təəssüflə qeyd edirdi ki, belə yazıçıların, şairlərin əsər-

lərində, vaxtilə klassik ədəbiyyatımızda yaranmış gözəl, hikməta-

miz  şeirlərin, poemaların, mənzum romanların və povestlərin 

əvəzində, seksual motivlər, həmçinin insan qəlbini məyus edən 

kədərli hisslər təsvir olunmağa başlayır

 

Xalid Əlimirzəyev, 

professor, ədəbiyyatşünas 

 

Áèáëèîãðàôèéà 

 

49 


 

 

Firidun bəy Köçərlinin həyat  

və fəaliyyətinin əsas tarixləri 

 

 

1863, 26 yanvar 

- Firidun bəy Əhməd ağa oğlu Köçərli Şuşa 

şəhərində anadan olmuşdur.  

 

1872-1876 

-  Şuşada Mirzə  Kərim Münşinin mədrəsə 

məktəbində oxumuşdur. 

 

1879 

- Bir il Şuşada rus məktəbində təhsil almış-

dır. A.O.Çernyayevski (1840-1894) Şuşaya 

gəlmiş (1879, may), Firidun bəyin adını 

Qori Müəllimlər Seminariyasında oxuyan-

ların siyahısına daxil etmişdir. 



 

1879-1885 

- Zaqafqaziya Müəllimlər Seminariyasında 

təhsil almışdır. Müəllimlərindən A.O.Çern-

yayevski və M.Kipiani ilə yaxın münasibət 

saxlamışdır. 

 

1884    

 

-  “Təlimi-Sokrat” əsərini yazmışdır. 



 

1885 

- Seminariyanı bitirib İrəvan gimnaziyasına 

təyinat almış, İrəvana getmişdir. 

 

1885-1890 

-  İrəvan gimnaziyasında ana dili, hüsnxətt 

fənlərini tədris etmiş, pansion mürəbbisinin 

köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji 

sahədə müvəffəqiyyətlərinə görə  dəfələrlə 

mükafatlandırılmışdır. Ona “Kollecski sek-

retar”, “Titulyar sovetnik” və “Statski so-

vetnik” rütbələri verilmişdir. 


Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

50 



 - 

İrəvan gimnaziyasında çalışdığı illərdə 

Zöhrabzadə ilə birlikdə “Təlimi-lisani-tür-

kü” adlı dərslik tərtib etmişdir. 



 

1886  

 

- Teatr tamaşası qoymuşdur. 



 

1890 - 

İrəvanda “Müsyö Jordan və dərviş Məstəli 

şah” komediyasını tamaşaya qoymuşdur. 

 

1891 

- “Təlimi-Sokrat” adlı kitabı Baxçasarayda 

“Tərcüman” mətbəəsində çap olunmuşdur. 

 

1892 - 

A.S.Puşkindən tərcümə etdiyi “Torçu və 

balıq” mənzum nağılı  İrəvan  şəhərində 

kitab halında çapdan çıxmışdır. 



 

1893-1894 - 

İrəvan Gimnaziyasında Pedaqoji fəaliyyə-

tini davam etdirmişdir. 

 

1895  

 

- İrəvanı tərk etmişdir. 

 

- M.Y.Lermontovun “Üç xurma ağacı” və 



A.Koltsovun “A kişi, niyə yatıbsan?”  şeir-

lərinin tərcüməsindən ibarət kitabı  Şuşada 

çap edilmişdir. “Tatar komediyaları” adlı 

ilk elmi məqaləsi “Novoye obozreniye” 

qəzetində dərc olunmuşdur; 

- Qori Müəllimlər Seminariyası “tatar şö-

bəsi”-nin Azərbaycan dili və  şəriət müəlli-

mi təyin edilmişdir. 

 

1895-1918 

- Qoridə pedaqoji fəaliyyətini davam 

                                   etdirmişdir. 

 

1897 

- Badisəba xanım Köçərli (1881-1954) ilə 

ailə qurmuşdur. 

Áèáëèîãðàôèéà 

 

51 


1898 

- “Ərəb  əlifbası  və onun qüsurları” silsilə 

məqaləsi “Qafqaz” qəzetində  dərc olun-

muşdur. 


 

1899 

 - III dərəcəli “Müqəddəs Anna” ordeni ilə 

təltif olunmuşdur. 

 

1900 

- Müəllimlər Seminariyasının Ümumdünya 

Paris sərgisində Qori Seminariyasından nü-

mayiş etdirilən eksponatlar sırasına F.Kö-

çərlinin kitabları da daxil edilmişdir. 



 

1902 

 - II dərəcəli “Müqəddəs Stanislav” ordeni 

ilə təltif olunmuşdur. 

 

1903 

- Tiflisdə “Azərbaycan tatarlarının  ədəbiy-

yatı” kitabı rus dilində çap edilmişdir. 

 

-  M.F.Axundovun “Aldanmış kəvakib” po-



vestini rus dilinə çevirmişdir. 

 

1904 

- A.P.Çexovun “At familiyası” hekayəsini 

tərcümə edib, kiçik bir müqəddimə ilə 

“Şərqi-Rus” qəzetində dərc etdirmişdir. 



 

1906 

- “Molla Nəsrəddin” jurnalının nəşrə başla-

masını təqdir etmiş, jurnalın birinci üç aylıq 

fəaliyyəti barədə icmal hazırlayıb, “Tiflis-

skiy listok” qəzetində dərc etdirmişdir; 

 

- “İrşad” qəzetində “Bir darülmüəllimin ki-



fayətdir” adlı məqalə ilə çıxış edərək, Azər-

baycanda müstəqil Müəllimlər Seminari-

yası yaradılması məsələsini qaldırmışdır;  

 


Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

52 



-  Cəlil Məmmədquluzadənin “Usta Zey-

nal” kitabçası haqqında eyni adlı  məqaləsi 

“Znaniye” qəzetində çapdan çıxmışdır. 

 

1907-1909 - 

Qori Seminariyasında ana dili və  şəriət 

müəllimi vəzifəsində pedaqoji fəaliyyətini 

davam etdirmişdir. 



 

1910 

- Qori Seminariyasının Azərbaycan şöbəsi-

nin müvəqqəti təlimatçısı  təyin olunmuş-

dur. Qori Seminariyasının Azərbaycan  şö-

bəsinin inspektoru vəzifəsinə  təyin olun-

muşdur. “Vətən dili” dərsliyi haqqında 

“Cənab  Şirvanskinin rəyi münasibəti ilə” 

adlı  məqaləsində A.O.Çernyayevskinin adı 

çəkilən dərsliyini müdafiə etmişdir. 

 

1911 

- M.F.Axundzadənin anadan olmasının 100 

illik yubileyi münasibətilə Tiflisdə keçirilən 

təntənəli yığıncaqda məruzə ilə çıxış etmiş-

dir. “Mirzə Fətəli Axundov” adlı kitabı çap 

olunmuşdur. 



 

1912 

- “Balalara hədiyyə” kitabı Bakıda “Kaspi” 

mətbəəsində çap olunmuşdur; 

 

- M.Ə.Sabirin xəstəliyi, ona maddi kömək 



göstərilməsi barədə “Bəradərim Cəlildən 

çap olunmasını iltimas edirəm” adlı  məqa-

ləsini “Molla Nəsrəddin” jurnalında, 

“Vəfatı-şair” məqaləsini “Məlumat” qəze-

tində dərc etdirmişdir. 

 

1913 

- “Azərbaycan  ədəbiyyatı tarixi” adlı üç 

cildlik əsərini tamamlamışdır. Əsərin Bakı-

Áèáëèîãðàôèéà 

 

53 



da çapı üçün göstərilən səylər baş tutma-

mışdır; 


 

- “Molla Nəsrəddin” jurnalında “Ana dili” 

məqaləsi dərc olunmuşdur (16 sentyabr,  

№22-23.-12 oktyabr). 



 

1914 

- Qoridən Bakıya Abdulla Şaiqə  məktub 

yazmış, “Azərbaycan  ədəbiyyatı tarixi ma-

terialları”nı çap etdirmək səylərini davam 

etdirmişdir. 

 

1915 

- Seminariyada pedaqoji fəaliyyətlə məşğul 

olmuş, “Dost və müəllim N.O.Lomourinin 

xatirəsi” adlı  məqaləsi Bakıda “Kaspi” qə-

zetində dərc edilmişdir. 

 

1916-1917 

- Qori Seminariyasında müəllimlik etmiş, 

Azərbaycan şöbəsinin inspektoru vəzifəsini 

daşımış, şöbənin Azərbaycana köçürülməsi 

üçün təşəbbüs göstərmiş, təkliflər irəli sür-

müşdür; 


 

-  Siyasi proseslərə qoşulmuş, “Musavat” 

partiyasına üzv olmuşdur. 

 

1918 

- Qori Müəllimlər Seminariyasının Azər-

baycan  şöbəsini tədris ləvazimatı  və ava-

danlığı ilə birlikdə öz xərcinə Qazax şəhəri-

nə köçürmüş, bunun əsasında Azərbaycan 

Müəllimlər Seminariyası yaradılmışdır. 

Firidun bəy Köçərli Seminariyanın direkto-

ru təyin olunmuşdur. Qazax Müəllimlər Se-

minariyasında ilk dərslər başlamışdır (17 

sentyabr). 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

54 



- Qazaxda ilk dəfə olaraq uşaq evi açmışdır; 

 

- Mayın 28-də Azərbaycan Milli Şuranın 



üzvü seçilmiş, “İstiqlal bəyannaməsi” ni 

imzalamışdır. 



 

1918-1920 

- Qazax Müəllimlər Seminariyasının müdiri 

işləmişdir. 

 

1919  

- Fevral ayının 1-də “Musavat” partiyasının 

səyyar bürosunun Mərkəzi Komitəsinin tə-

şəbbüsü ilə  təşkil edilmiş Qazax şöbəsinə 

sədr seçilmişdir. 

 

1920 - 

“Vətən dili”nin I hissəsinin yenidən işlən-

məsində xidmətləri olmuşdur. Onlarla dərs-

liyə düzəliş etmiş, nəzəri materialı, hekayə-

ləri artırmış, metodika və stilistikasını zən-

ginləşdirmişdir; 

 

- 1920-ci ilin mayında Qazax kommunist-



ləri Köçərli və digər “Musavat” üzvlərini 

“xalqa xəyanətdə”, “milli nifaq” törətmək-

də ittiham etmişdir. Qazax İnqilab Komitə-

sinin Gəncə Fövqəladə Komitəsinin təqdi-

matına əsasən ədib həbs edilmişdir. 

 

- Gəncə üsyanı yatırıldıqdan sonra erməni 



daşnaklarının təşəbbüsü ilə XI Ordunun 

xüsusi  şöbəsi tərəfindən  ədib bolşeviklərə 

qarşı etirazların iştirakçısı kimi, 58 yaşında 

faciəli şəkildə qətlə yetirilmişdir. 



 

1925 

- “Azərbaycan  ədəbiyyatı tarixi materialla-

rı” kitabının I hissəsi nəşr olunmuşdur. 

Áèáëèîãðàôèéà 

 

55 


1926 

- “Azərbaycan  ədəbiyyatı tarixi materialla-

rı” kitabının II hissəsi nəşr edilmişdir. 

 

1963  

 

- “Seçilmiş əsərləri” kitabı çap olunmuşdur. 



 

1967  

 

Balalara hədiyyə”kitabı nəşr edilmişdir. 

 

1972  

 

Balalara hədiyyə”kitabı nəşr edilmişdir. 



 

2013  

 

Balalara hədiyyə”kitabı nəşr edilmişdir. 



 

 

 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

56 



 

 

I Hissə  

 

Kitablar 

 

1911 

1.  M.F.Axundov həzrətlərinin təvəllüdündən 100 il mü-

rur etmə münasibətilə yazılmış risaleyi-yadigaranədir /Firidun 

bəy Köçərli.- Tiflis, Kultura, 1911.- 71 s. 

Kitabda F.B.Köçərlinin öz imzası var. 

 

1912 

2.  Balalara hədiyyə  [Mikrofilm]: [milli nağıl və hekayələr, 

məsəl və tapmaca (bilməcə) və növbənöv mənzumələr məcmuəsi] 

/Firidun bəy Köçərli.- Bakı, 1912.- 101 s. Ərəb əlifbasında. 

 

1925 

3.  Azərbaycan  ədəbiyyatı tarixi materialları  /Firidun bəy 

Köçərli.- Bakı: Azərnəşr, 1925.- C.I.h.I.- 276 s. Ərəb əlifbasında. 



4.  Azərbaycan  ədəbiyyatı tarixi materialları /Firidun bəy 

Köçərli.- Bakı: Azərnəşr, 1925.- C.I. h.II.- 345 s. Ərəb  əlifba-

sında. 

 

1926 

5.  Azərbaycan  ədəbiyyatı tarixi materialları  /Firidun bəy 

Köçərli.- Bakı: Azərnəşr, 1926.- C.II. h.I.-278 s. Ərəb əlifbasında 



6.  Azərbaycan  ədəbiyyatı tarixi materialları /Firidun bəy 

Köçərli.- Bakı: Azərnəşr,  1926.- C.II. h.II.- 283 s. Ərəb  əlifba-

sında. 

 

1963 



7.  Seçilmiş  əsərləri  /Firidun bəy Köçərli; tərtib və qeydlər 

Kamal Talıbzadə və Nadir Məmmədov, red. K.Talıbzadə.- Bakı: 

Azərbaycan SSR EA Nəşriyyatı, 1963.- 341 s. 

Áèáëèîãðàôèéà 

 

57 


Kitabın içindəkilər: Müqəddimə Kamal Talıbzadə [S.3-32]; 

İrəvandan məktub [S.33]; Azərbaycan komediyaları [S.35]; 

Azərbaycan ədəbiyyatı [S.43]; Hörmətli “Şərqi rus” ruznaməsinə 

bir neçə sözlər [S.85]; Müsəlman müəllimlərının hümməti [S.89]; 

Anton Çexov [S.91]; Təzə kitab [S.92]; Ədəbiyyatımıza dair 

məktub [S.98]; Qarabağda Cavanşir mahalının əhval və övzasına 

dair [S.103]; Taybuynuz öküz [S.113]; “Molla Nəsrəddin” 

[S.117]; İdarəyə məktub [S.124]; İranın oyanması [S.126]; Ədə-

biyyatımıza dair [S.130]; “Usta Zeynal” [S.135]; Azərbaycan 

dövri mətbuatının qısa icmalı [S.139]; Vaqif və Vidadi və bunla-

rın dostluğu [S.146]; Həsənbəy Məlikov [S.151]; Qazax şairi 

Kazım ağa Salik təxəllüsü barəsində bir para məlumat [S.154]; 

Məişətimizə dair [S.162, 187]; Milli bayram [S.173]; Gürcü şairi 

Akaki Sereteli yubileyinə dair [S.177]; Nikolay Vasilyeviç Qoqol 

[S.205]; Dünyada bəla nədən törəyir? [S.214]; Həqiqi gözəllik və 

hərəkətsiz nisfimiz [S.218]; Köçərilərin övza və  əhvalı [S.229]; 

“Vətən dili” dərsliyi haqqında cənab  Şirvanskinin rəyi münasi-

bətilə [S.238]; Mirzə  Fətəli Axundov [S.243]; Sabir haqqında 

[S.276]; Vəfati-şair [S.278]; Həyata dəvət [S.279]; Redaksiyaya 

məktub [S.284]; Yakov Semyonoviş Qoqebaşvili [S.286]; Soltan 

Məcid Qənizadə [S.288]; Ana dili [S.292]; Dost və müəllim 

H.O.Lomourinin xatirəsi [S.296]; Qeydlər [S.298]; Lüğət 

[S.324]; Mündəricat [S.341]; Portreti var. 

 

1967 



8.  Balalara hədiyyə  /Firidun bəy Köçərli; tərt. ed. və red. 

Bəkir Nəbiyev.- Bakı: Gənclik, 1967.- 88 s. şək. 



Kitabın içindəkilər: İt və pişik [S.3]; Ərincək it [S.4]; Toyuq 

[S.5]; Xoruz və padşah [S.6]; Qarı və pişik [S.8]; Qoyun [S.11]; 

Üşüdüm ha, üşüdüm [S.12]; Keçi [S.14]; Çoban [S.18]; Qurd 

[S.19]; Səməni [S.21]; Ağ qoyun [S.22]; Dəvə  və tikan [S.23]; 

Nazikbənazik və Tazikbətazik [S.24]; Layla [S.27]; Günəşi çağır-

maq [S.30]; Qızlar nəğməsi [S.31]; Buğda, arpa və darı [S.33]; 

Darı  və buğda [S.33]; Tülkünün hekayəti [S.35]; Düzgü [S.37]; 

Şəngülüm, Şüngülüm, Məngülüm [S.39]; Güdü-güdü [S.43]; Vur 



Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

58 



nağara, çıx qırağa [S.45]; Yaz [S.47]; Tülkü və  kəklik [S.48]; 

Tülkü [S.50]; Pıspısa xanım və Siçan bəy [S.52]; Göyçək 

Fatmanın nağılı [S.59]; Soltan dağı [S.67]; Dağlar [S.68]; Kəklik 

[S.69]; Düzgü [S.71]; Aranla yaylağın bəhsi [S.74]; Nəsihət 

[S.76]; Sayaçı sözləri [S.77]; Tapmacaların cavabı [S.85]. 

 

1972 

9.  Balalara hədiyyə  /Firidun bəy Köçərli.- II nəşr.- Bakı: 

Gənclik, 1972.- 88 s. şək 



 

1978 

10.  Azərbaycan  ədəbiyyatı: 2 cilddə /Firidun bəy Köçərli; 

tranliterasiya və  tərt. ed. müqəd. izahlar və qeydlərin müəllifi 

R.Qənbər qızı; red. Ə.Mirəhmədov; Azərbaycan SSR EA, Nizami 

adına Ədəbiyyat İn-tu.- Bakı: Elm, 1978.- C.I.- 599 s. 



Kitabın içindəkilər: Firidun bəy Köçərli və onun “Azərbay-

can  ədəbiyyatı”  əsəri. R.Qənbər qızı [S.8]; Bir neçə söz [S.68]; 

Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs [S.84]; Yusif Nabi 

[S.100]; Əlişir Nəvai-Əmir Nizaməddin [S.117]; Gəncə [S.124]; 

Əbülüla Gəncəvi [S.127]; Şeyx  Əbuməhəmməd  İlyas ibn Yusif 

ibn Müəyyəd Nizami [S.129]; Şirvan və Şamaxı [S.134]; İbrahim 

ibn  Əliyyün-Nəccar Xaqani [S.139]; Qarabağ-Şuşa  şəhəri 

[S.154]; Molla Pənah “Vaqif” təxəllüs [S.159]; Molla Vəli 

“Vidadi” təxəllüs [S.192]; Fətəli xan “Müştəri” təxəllüs [S.215]; 

Əbülfət xan “Tuti” təxəllüs [S.217]; Qövsi [S.219]; Ağaməsih 

Şirvani [S.228]; Nişat Şirvani [S.233]; Ağahüseyn “Arif” təxəllüs 

[S.237]; Aciz [S.239]; Aşıq  Əli Kəlibəri Qaracadağlı [S.254]; 

Sabit  Şəqaqi [S.256]; Rafei [S.258]; Əbdürrəhman ağa Dilbaz 

oğlu “Şair” təxəllüs [S.259]; Mustafa ağa “Arif” təxəllüs [S.263]; 

Kazım ağa Salik təxəllüs [S.269]; Mirzə  Məhəmməd Qaib oğlu 

“Fədai” təxəllüs [S.286]; Quba [S.287]; Abbasqulu ağa Bakıxa-

nov “Qüdsi” təxəllüs [S.289]; Mirzə  Həsən “Mirzə” təxəllüs 

[S.307]; Kərbəlayı Abdulla ibn Canı [S.311]; Mehribanlı Baba 

bəy [S.318]; Kərbəlayı  Səfi “Valeh” təxəllüs [S.320]; Ağabağır 

[S.334]; Mirzəcan bəy Mədətov [S.335]; Aşıq Pəri [S.340]; 

Áèáëèîãðàôèéà 

 

59 



Məhəmməd bəy Cavanşir “Aşıq” təxəllüs [S.343]; Cəfərqulu xan 

“Nəva” təxəllüs [S.350]; Qasım bəy “Zakir” təxəllüs [S.359]; 

Mirzə  Fətəli Axundov [S.418]; Molla Qasım Zakir [S.457]; 

Kərim ağa Fateh [S.466]; İbrahim  əfəndi Nicati [S.468]; Seyid 

Əbülqasım Nəbati [S.470]; Məhvəşi  Şirvani [S.494]; Mirzə 

Hüseyn “Zülali” təxəllüs [S.503]; Vaiz əfəndi  Şirvani [S.504]; 

Əsgər  Şirvani [S.507]; Qasım  Şirvani [S.508]; Məhcur  Şirvani 

[S.509];  Şəkər  Şirvani [S.512]; Nabi əfəndi  Şirvani Valiyül-əsl 

[S.513]; Sənai  Şirvani [S.514]; Lahici-Şirvani “Arif” təxəllüs 

[S.516]; Asəf  Şirvani [S.517]; Asəf Ləmbərani [S.518]; Nəsimi 

Şirvani [S.519]; Şeyx  İbrahim Qüdsi Gəncəvi [S.520]; 

Ağaismayıl Zəbih [S.523]; İzahlar və qeydlər [S.532-596]. 



 

1981 

11.  Azərbaycan ədəbiyyatı: 2 cilddə /Firidun bəy Köçərli.- 

Bakı: Elm, 1981.- C.II.- 460 s. 



Kitabın içindəkilər: Bahar əyyamı  və Hacı Seyid Əzim 

dövrü. Bahar Şirvani-Mirzə Nəsrullah ibn mərhum Hacı Əbülqa-

sım  Şəmaxi “Bahar” [S.5]; Molla Qədir  Şirvani “Naci” [S.15]; 

Molla Ağa Hacı Molla Tağızadə “Bixud” [S.21]; Hacı Seyid 

Əzim Şirvani [S.29]; Əliəkbər Namaz oğlu “Qafil” [S.92]; Qafar 

Hacı  Məhəmməd Zayid oğlu “Rağib” [S.93]; Ağababa Məşhədi 

Abdulla oğlu “Zühuri” [S.94]; Məhəmməd Məşhədi Hüseyn oğlu 

“Səfa” [S.95]; Molla Məhəmməd “Zövi” [S.97]; Ağaəli bəy 

Əfəndizadə “Naseh” [S.99]; Abdulla bəy “Asi” [S.104]; İbrahim 

bəy “Azər” [S.124]; Mirzə  Əbülhəsən ibn Kərbəlayı Qasım 

Qarabaği “Şəhid” [S.125]; Mirzə Hüseyn bəy “Salar” [S.127]; 

Mirzə Haqverdi “Səfa” [S.128]; Kərbəlayı Qulu Xarrat vələdi-

Məhəmməd Pəri Nazzadə “Yusifi” [S.130]; Məhəmmədəli bəy 

Məşədi Əsəd bəy oğlu “Məxfi” [S.133]; Həsən bəy Rzaqulu bəy 

oğlu “Həsən Qara” və “Hadi” [S.135]; Məşədi  Əbdül “Şahin” 

[S.140]; Hacı Mirhəmzə  əfəndi “Nigari” [S.142]; Xurşidbanu 

“Natəvan” [S.153]; Fatimə xanım “Kəminə” [S.158]; Mirzə 

Əliəsğər “Növrəs” [S.163]; Məşədi Mirzə  Cəfər Hacı Seyid 

Qasım oğlu “Cəfər” [S.175]; Mirzə Mehdi “Haci” [S.180]; Hacı 


Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

60 



Molla Abbas “Şölə” [S.185]; Məşədi Hidayət bəy “Xaki” 

[S.189]; Molla Hüseyn Sabit “Ağbaş” [S.191]; Mirzə Sadıq 

“Fani” [S.193]; Hacıağa “Fəqir” Ordubadi [S.195]; İrəvan şairləri 

[S.201]; Məşədi  İsmayıl Hacı Kazımzadə “Bəzmi” [S.203]; 

Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov “Müttəle” 

[S.207]; Hacı Seyid Rza Əmirzadə “Sabir” [S.214]; Mirzə Əlixan 

Şəmsül-hükəma “Ləli” [S.218]; İskəndər ağa Qaibbəyov “Şair” 

[S.220]; Mustafa ağa “Nasir” [S.229]; Hacı Rəhim ağa Dilbazov 

“Bəhidi” [S.241]; Şahnigar xanım “Rəncur” [S.249]; Mirzə Nəbi 

əfəndi Qaibov [S.254]; Hacı Mahmud əfəndi “Nafe” [S.259]; 

Hacı Rəsul “Rəsul” [S.261]; Rəsul “Dülgər” [S.263]; Xəstə Qədir 

[S.269]; Mustafa ağa “Şuxi” [S.270]; Molla Məhəmməd “Hüzni” 

[S.275]; Məhəmməd “Şəməmduz” [S.278]; Molla İbrahimxəlil 

“Dodui” [S.281]; İsmayıl bəy “Nakam” [S.284]; Dərbənd şairləri 

[S.307]; Mirzə Kərim “Şüai” [S.309]; Mirzə Cəbrayıl “Süpehri” 

[S.310]; Mirzə  Məhəmməd Tağı “Qumri” [S.311]; Mirzə  Həsən 

əfəndi  Əlqədari [S.327]; Mirzə  Əbdürrəhim  Şeyx Abutalıbzadə 

[S.338]; Hacı Əbülhəsən Raci[S.347]; Pürqəm [S.359]; Ağamirzə 

Məhəmməd Bağır “Xalxali” [S.363]; Axund Molla Hüseyn 

Marağalı “Dəxil” [S.382]; Məhəmməd Əmin “Dilsuz” [S.388]. 



 

1985 

12.  Balalara hədiyyə  /Firidun bəy Köçərli, S.Ə.Şirvani; 

Firidun bəy Köçərli; S.S.Axundov, A.Şaiq; tərt.ed. S.Hüseynov.- 

Bakı: Gənclik, 1985.- 424s. Dünya uşaq ədəbiyyatı kitabxanası. 

Kitabda Firidun bəy Köcərli bölməsi ayrılmışdır [S.126-213]. 



 

1987 

13.  Balalara hədiyyə /Firidun bəy Köçərli; red. T.Cəmilova. 

- Bakı: Gənclik, 1987.- 104 s. 

 

1992 

14.  XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı: dərs və-

saiti /tərt.: R.Həsənova, T.Əhmədov.- Bakı: ADU-nun nəşriyyatı, 

1992.- 771s. 

Áèáëèîãðàôèéà 

 

61 


Kitabda Firidun bəy Köçərlinin “İrəvandan məktub“  əsəri 

verilmişdir [S.597-598]. 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin