Mövzu 15. Uşaqların tipik problem sindromlarının müəyyənləşdirilməsi
Uşaqların emosional problemləri və dözümlülükləri Uşaqlarla işləyən həkim uşaqlarda müşahidə olunan problematik davranışların növləri və mümkün müalicə yolları barədə məlumatlı olmalıdırlar. Həkimlər təkcə uşaqların problematik davranışını deyil, həm də onların güclü tərəflərini də ayırd etməyi bacarmalıdırlar. Bilirik ki, eyni ailədən olan iki uşaq müxtəlif reaksiyalar verirlər. Məsələn, çoxproblemli ailədən olan uşaqlarda özlərinin problem yaratmaq kimi bir riskinin olması bildirilir. Lakin bu o qədər də sadə deyil, belə ki, belə ailədən olan uşaqların böyük əksəriyyəti sonradan problem yaratmaya da bilirlər. Dözümlülük dedikdə uşağın təkcə çətinkliklərə tab gətirməsi deyil, həm də eyni zamanda bunun nəticəsində daha güclü olması başa düşülür. Uşağın hərtərəfli başa düşülməsi üçün həkim uşağın adekvat və qeyri adekvat reaksiyalarını qiymətləndirməyi bacarmalıdır. Bu qiymətləndirməni həyata keçirmək üçün tipik uşaq inkişafı barədə biliklərə sahib olmaq və uşağın stress situasiyasındakı mümkün reaksiyaları barədə biliklərə sahib olmaq lazımdır.
Milyonlarla uşaqların ciddi psixi sağlamlıq problemlərindən əziyyət çəkməsi faktı onu göstərir ki, sosial işçilər, müəllimlər və digərləri bu uşaqlarla məktəblərdə, uşaq müdafiəsi institutlarında, cəzaçəkmə müəssisələrində, foster evlərdə və sadəcə küçələrdə rastlaşırlar. Bu uşaqların psixi sağlamlıq xidmətlərinə ehtiyacı olanları istisna olmaqla qalan uçaqlar psixi sağlamlıq klinikalarında yerləşdirilmək məcburiyyətində deyillər. Xidmətlərə ehtiyacı olan və xidmətlərdən yararlanan uşaqların isə aldığı xidmətin nə dərəcədə məqsədəuyğun olması sual altındadır. Hansı xidmətlərin təklif olunması, hansı ailə üzvlərini hansı şərtlərlə prosesə cəlb olunması barədə vacib qərarın verilməsi mədəni və digər faktorlar da nəzərə alınmaqla aparılan biopsixososial qiymətləndirmənin həyata keçirilməsindən asılıdır. Uşaqlarla işləyən sosial işçilərində normal uşaq inkişafı, uşaq tərbiyəsində mədəniyyətlərin fərqliliyi, uşağın normal inkişaf kursundan mümkün yayınma halları barədə biliklərə malik olması lazımdır. Bu bilikıərə sahib olmaq sosial işçiyə imkan verir ki, o, uşağın daxili dünyası və təsir edici uyğun xarici faktorlar da nəzərə alınmaqla tam qiymətləndirsin. Risk və dözümlülük anlayışlarının başa düşülməsi sosial işçiyə ilkin görünüşə görə qiymətləndirməsinin qarşısını alar.