823) Vital ekstirpasiya zamanı çətin keçilən kanallarda nə qoyulmalıdır?
A) Antibiotik və kortikosteroid əsaslı pasta
B) Yodlu tampon
C) Evgenol pastası
D) Kalsium hidroksid
E) Rezorsin-formalin pastası
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
824) Nəyə görə tək köklü dişlərdə vital amputasiya aparmaq olmaz?
A) Tac və kök pulpa arasında kəskin sərhəd olmadığı üçün
B) Boşluğun həcmi böyük olduğuna görə
C) Boşluğun həcmi kiçik olduğuna görə
D) Dişlərin rəngi dəyişdiyinə görə
E) Bu halda iltihab tezliklə kök pulpasına keçdiyinə görə
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
825) Ekstirpasiyadan sonra kanaldakı qanaxmanı saxlamaq üçün ən yaxşı vasitə hansıdır?
A) Hidrogen peroksid
B) Vaqotil
C) Fosfat-sementin mayesi
D) Aminokapron turşusu və ya kaprofer
E) Təzyiq altında quru trunda
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
826) Pulpitin bioloji metodla müalicəsi zamanı baş verən fəsadlar nə ilə bağlıdır?
A) Metodun həyata keçirilməsi texnikasının pozulması ilə.
B) Dərman preparatlarının düzgün seçilməməsi ilə
C) Plombun pis fiksasiyası ilə
D) Aseptika qaydalarının pozulması ilə
E) Diaqnozdakı xətalarla
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |