117. Azərbaycan hal-hazırda qarışıq BİA/BYİB ölkəsidir. BİA-nın vəsaitin bölüşdürlməsi sisteminə uyğun olaraq Azərbaycana 2007-ci maliyyə ili üçün SDR53 milyonun (US$79.4 million), 2008-ci maliyyə ili üçün isə indikativ olaraq SDR34.4 milyonun (US$51.5 million) ayrılması nəzərdə tutulur.21 Azərbaycan ildə orta hesabla təxminən 250 milyon dollara qədər BYİB maliyyələşdirməsi almaq üçün kredit qabiliyyətli hesab olunur. Hökumət qeyd etmişdir ki, bu rəqəm indikativ kimi qəbul olunmalıdır və BYİB maliyyələşdirməsinin faktiki səviyyəsi bir neçə vacib amildən asılı olacaq: Hökumətin təmin edəcəyi birgəmaliyyələşdirmənin səviyyəsindən, ölkənin vəsaitlərdən səmərəli istifadə etmək qabiliyyətindən, Hökumətin layihələri öz vəsaitin hesabına maliyyələşdirməsi ilə müqayisədə Dünya Bankının maliyyələşdirməsinin əlavə dəyərindən. Öz növbəsində Bank bildirmişdir ki, müəyyən edilmiş nəticələrin əldə edilməsi istiqamətində tərəqqinin daha sürətli və ya daha yavaş olmasından asılı olaraq BYİB tərəfindən daha yüksək (və ya aşağı) həcmdə kreditlər ayrılmaqla 8-ci cədvəldə göstərilmiş CPİA prosesinə əsaslanan ÖTS monitorinq göstəricilərinə xüsusi diqqət yetirəcək. 2000-ci ildən etibarən Azərbaycanın CPİA reytinqi, xüsusilə də idarəçiliklə bağlı göstəricilər xeyli yaxşılaşmışdır, lakin 20052006-cı illər arasında bu reytinqdə artım baş verməmişdir və o, 3,7 səviyyəsində qalmışdır. Ekspansionist büdcə ilə bağlı narahatlıq səbəbindən makroiqtisadi və fiskal göstəricilər üzrə reytinqin bir qədər pisləşməsi gender bərabərliyi və dövlət resurslarının istifadəsində bərabərliyin təmini ilə bağlı reytinqlərin artması ilə tarazlaşdırılmışdır. Portfelin keyfiyyəti yaxşıdır və 2005-ci ildə heç bir problemli və ya risk altında olan layihə olmamışdır.
-
İqtisadi şəraitin və ya idarəçilik mühitinin kəskin pisləşməsi şəraitində BYİB maliyyələşdirməsi təxminən 100 milyon dollar səviyyəsində aşağı ssenariyə keçiriləcəkdir. Bunun qiymətləndirilməsi zamanı Bank aşağıdakı iqtisadi mülahizələrə diqqət yetirəcək: makroiqtisadi sabitliyin ciddi pozulması, qeyri-ardıcıl ümumi təlabat siyasətləri, özəl sektorun ciddi şəkildə sıxışdırılıb çıxarılması və qiymətlərin sabitliyinə ünvanlanmamış monetar və mübadilə məzənnəsi siyasəti. CPİA-nın makroiqtisadi idarəetmə və fiskal siyasət reytinqinin 2,5 və ya daha aşağı göstəriciyə düşməsi bu ssenarinin işə düşməsinə səbəb olacaq. Fiskal davamlılığın təhlili proqramatik DXİ çərçivəsində mütəmadi olaraq həyata keçiriləcəkdir. Digər əlamətlərə beynəlxalq reytinq agentliklərinin təyin etdiyi reytinqlər daxil olmaqla, nüfuzlu üçüncü tərəflərin müvafiq göstəricilərinin azalması daxil olacaq. İdarəçiliyin ciddi şəkildə pisləşməsi və ya Bankın reputasiyası risk altında olduğu təqdirdə də aşağı maliyyələşdirmə ssenarisin tətbiqi nəzərdən keçiriləcək. ÖTS-in birinci istiqamətinin (dövlət sektorunun idarə edilməsi və korrupsia ilə mübarizə) icrası sahəsində ciddi çatışmazlıqlara və CPİA-nın müvafiq göstəricilərin məxsusi diqqət yetiriləcək.
-
ÖTS dövründə təklif olunan layihələrin xülasəsi 9-cu cədvəldə verilmişdir. Bu tamamilə investisiya layihələrindən ibarət olan proqramdır. Gözlənilir ki, BİA vəsaitlərinin dayandırılması bu ÖTS müddətində idarə olunan, tədrici şəkildə Azərbaycanın kredit qabiliyyətinin artması əsasında baş verəcək. İdarəçilik sahəsində islahatların həyata keçirilməsi üçün və BYİB şərtlərin kredit almağın hökumət üçün çətin olduğu sosial sektorlara lazımı dəstəyin davam etdirilməsi üçün tam BYİB statusuna müvafiq keçid dövrü nəzərdə tutulur.
Cədvəl 7: Dünya Bankı Qrupunun yeni maliyyələşdirməsinin indikativ göstəriciləri, FY07-10
(US$ milyon)
ÖTS istiqamətləri
|
FY06
|
FY07
|
FY08
|
FY09 and FY10
|
I. Dövlət sektorunun idarə edilməsinin təkmilləşdirilməsi və korrupsiyanın azaldılması 60
|
Məhkəmə islahatları
|
Korporativ və dövlət sektorlarında mühasibat 20
|
Elektron hökumət və dövlət sektorunun islahatları 30
|
Maliyyə sektorunun müasirləşdirilməsi 10
|
|
II. Qeyri-neft sektrorunun davamlı inkişafının dəstəklənməsi
-
Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı 105
-
Tranzit və iqtisadi inkişaf 480
-
İnfrastruktur xidmətlərinin dəstəklənməsi 470
|
KTİKL II
Suvarma əlavə
Quş qripi
Magistral yol II
|
Daşınmaz əmlakın qeydiyyatı 30
Dəmir yolu tranzitinin və ticarətin dəstəklənməsi 80
Su və kanalizasiya 220
|
Tranzit dəhlizləri və hərəkətin idarə edilməsi 200
|
Suvarma və drenaj II 75
Tranzit dəhlizləri və hərəkətin idarə edilməsi 200
|
Milli su və kanalizasiya və şəhər yerlərinin inkişafı 200
|
|
Digər infrastruktur (müəyyənləşdiriləcək) 50
|
III. Sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və istifadə imkanlarının genişləndirilməsi 95
|
Səhiyyə sektorunun islahatları
|
|
Təhsil II 40
Sosial müdafiə II 10
|
Ali təhsil və bilik iqtisadiyyatı 45
|
IV. Ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi 50
Üstəgəl karbon maliyyəsi və QEF
|
|
Səmt qazının yandırılmasının azaldılması [CF]
|
Abşeronun ətraf mühitinin təmizlənməsi 50
|
|
Digər qlobal tərəfdaşlıqlar (müəyyənləşdiriləcək) [CF/GEF]
|
BİA və BYİB-in cəmi maliyyələşdirməsi 1,260
Üstəgəl karbon maliyyəsi və QEF (müəyyənləşdiriləcək)
|
|
350
|
310
|
(iki il ərzində)
600
| -
Hökumət ilkin olaraq qeyd etmişdi ki, o, layihələrin 20 faizini, daha sonra isə yüksək prioritetli layihələr üçün isə onların dəyərinin 50 faizinək maliyyələşdirməyə hazırdır. Bank infrastruktur sahəsində AYİB, AİB kimi strateji tərfdaşlarının fəaliyyətinə nəzər salacaq. Tranzit dəhlizləri və su proqramları bir neçə ardıcıl layihə kimi nəzərdə tutulmuşdur və yeni layihələrin həyata keçuirilməsi əvvəlki layihələrin icrasında asılı olacaq. Mərhələli yanaşma ölkənin vəsaitin ayrılması üçün artıq öhdəlik haqlarını ödəməməsinə və Banka və Hökumətə yeni prioritetləri nəzərə almağa imkan verəcək
-
Hazırki vəziyyətə görə milli sistemlərdən istifadə hələ tez olduğuna görə Bankın satınalma və maliyyə menecmenti sistemlərindən istifadə olunacaq. Digər tərəfdən Bankın dialoqu və layihələrin hazırlanması kompleks olacaq və ümumsektor yanaşmasına əsaslanacaq. Bu yolla Bankın prosedurları əhəmiyyətli dövlət vəsaitləri ilə müşayiət olunacaq. Hökumət bu mexanizmi büdcə vəsaitlərinin istifadəsinin münasib yolu hesab edir. Uçot prosesinin şəffaflığını və satınalma və maliyyə menecmenti prosedurlarının düzgün anlanılmasını və tətbiq olunmasını təmin etmək üçün layihələrin icrasına və nəzarətə xüsusi diqqət yetiriləcək. Şura baş vermiş iqtisadi və ya sosial mühitin sistematik pisləşməsi haqqında məlumatlandırılacaqdır.
-
Azərbaycan üzrə ölkə maliyyələşdirmə parametrləri Hökumətlə müzakirə əsasında 2005-ci ildə müəyyənləşdirilmişdir. Bu mexanizm Banka layihələrin 100 faizədək maliyyələşdirməyə, cari xərcləri maliyyələşdirməyə, yerli və xarici xərcləri hər hansı niosbətdə maliyyələşdirməyə və yerli vergi və rüsumları maliyyələşdirməyə imkan verir. Bu əlavə çeviklik layihələrin icrasına kömək etməlidir və layihələrin məqsədlərinin və razılaşdırılmış nəticələrinin Hökumət tərəfindən tam qəbul edilməsini təmin etməlidir (bax əlavə 7).
Dostları ilə paylaş: |