Allah övliyalarına təvəssül etmək
O, dərindən ah çəkərək deyirdi: “Özlərini müsəlman bilən bu kafir müşriklərə vay
olsun, vay!!!” Məhəmməd ondan soruşdu:
Kimi nəzərdə tutursan?
Kamal: Bu şiələri deyirəm.
Məhəmməd: Onları təhqir edib, müşrik adlandırma, çünki onlar da bizim kimi
müsəlmandırlar.
Kamal: Onları kütləvi şəkildə qırmağın savabı, kafirləri qətlə yetirməyin savabından
çoxdur.
Məhəmməd: Nə üçün bu qədər əsəbiləşirsən? Hansı səbəbə görə onları müşrik
adlandırırsan?
Kamal: Onlar, Allaha şərik qoşur və heç bir mənfəət və ya ziyanı olmayan bir şeyə
Allah əvəzinə sitayiş edirlər.
Məhəmməd: Fikrinizi açıqlaya bilərsiniz?
Kamal: Şiələr, Peyğəmbərə (s), imamlara (ə) və Allah övliyalarına təvəssül edib,
onlara “ya Rəsuləllah, ya Əli, ya Həsən, ya Sahibəzzaman” və s. bu kimi sözlərlə
xitab edir və hacətlərinin rəva olmasını onlardan istəyirlər! Şiələr, iddia edirlər ki, bu
insanlar, Allah övliyalarıdır və onların hacətlərini rəva etməyə qadirdirlər. Sizin
fikrinizcə bu əməl, açıq-aşkar bir şirk deyil? Həmçinin Allaha qarşı küfr etmək və
Ondan başqasına sitayiş etmək sayılmır?
Məhəmməd: Qısaca olaraq sizin üçün bir əhvalatı danışmaq istəyirəm.
Kamal: Buyurun.
Məhəmməd: Əvvəllər mən də sizin kimi şiələri təhqir edib, onlara nalayiq töhmətlər
vururdum. Fürsət düşən kimi və onlar olmayan bir yerdə ürəyim soyuyana qədər
onları təhqir edirdim. Lakin Həcc səfərində bir şiə ilə həmsəfər oldum. Şiələrə qarşı
olan nifrətimi gizlədə bilməyib, illər boyu ürəyimdə yığılıb qalan kin-küdurəti dilimə
gətirdim. Amma o, təmkinlə məni dinləyib, təbəssüm edirdi. Sanki mənim təhqirlərimi
ciddi qəbul etmir, təbəssümlə mənə baxırdı. Onun bu təmkini mənim düşmənçilik
şö`ləmi zəiflətdi. Mən sakitləşdikdən sonra o, özünü mənə tutub, dedi: “Ey din
qardaşım, Məhəmməd, icazə verirsiniz sizinlə bu barədə bir qədər söhbət edək?
Biz, bir sıra mövzular barədə söhbət etdik, Allah övliyalarına təvəssül etmək də bu
mövzulardan biri idi. Mən, bu söhbətimizdən sonra qəbul etdim ki, bu mövzularda
haqq onlarladır.
Kamal: Elə bil, onların şirki və hiylələri sənə də tə`sir qoyub... Sizin din və İslam
haqqında anlayışınız çox azdır!
Məhəmməd: Əgər belə fikirləşirsinizsə, mən sizinlə Qur`ani kərimə, mö`təbər
hədislərə və saleh müsəlmanların rəftarlarına istinad edərək Allah övliyalarına
təvəssül etmək barədə bəhs etməyə hazıram.
Kamal: Hamımız bilirik ki, Allah taala Öz yaratdıqlarına qarşı hamıdan çox
mehribandır və Onunla məxluqlar arasında heç bir maniə yoxdur. Odur ki, hər bir
insan, yerləşdiyi məkandan və zamandan asılı olmayaraq vasitəsiz və birbaşa olaraq
Allah iələ rabitə yaratmalı və yalnız Ona təvəssül etməlidir. Peyğəmbərlərə (s),
imamlara (ə), mələklərə və saleh bəndələrə təvəssül etmək olmaz, hərçənd onlar uca
məqama sahibdirlər.
Məhəmməd: Nə üçün onlara təvəssül etmək olmaz?
Kamal: İnsan öldükdən sonra puç və fani olub, aradan gedir və bu halda o, heç bir
kəsə mənfəət yetirə bilməz. Axı fani olan bir insana necə təvəssül etmək olar?!
Məhəmməd: Nəyə əsaslanaraq deyirsiniz ki, ölmək, fani və puç olmaq deməkdir?
Kamal: İmam Məhəmməd ibn Əbdül Vəhhab deyir: “Dünyadan köçən saleh insanlara
təvəssül etmək, həqiqətdə fani yə mövcud olmayan bir şeydən köməklik diləmək
deməkdir və insanın ağlı bu əməli qəbul etmir.” Həmçinin onun ardıcıllarından biri
nəql edir ki, bir nəfər Məhəmməd ibn Əbdül Vəhhabın yanında dedi: “Mənim bu
əsam, Məhəmməddən (yə`ni, Peyğəmbərdən (s)) daha yaxşı və faydalıdır. çünki bu
əsadan əqrəb, ilan və bu kimi təhlükəli heyvanları öldürmək üçün istifadə etmək olar,
amma Məhəmməd artıq ölüb və onun bizə heç bir faydası yoxdur.”[1] O da bu sözü
təsdiq etdi.
Deməli, ölülərə, hətta Peyğəmbərin özünə belə təvəssül etmək düzgün deyil.
Məhəmməd: Amma sizin düşüncənizin tam əksinə olaraq insan öldükdən sonra
həyatda onun üçün gizli qalan aləmlər ona aşkar olur. Allah taala bu barədə buyurur:
... َلْي لْ لْ لم َْليْ َ ليعِلكلُلق ليلرُ ليْتلي اتْولَلالق
Yə`ni, «biz, sənin gözlərinin önündən pərdələri qaldırdıq və bu gün gözlərin daha iti
görür[2]».
Allah taala başqa bir ayədə buyurur:
«َْعِعَُْلَ د ْْ ا لَ َراي ْْل ْملُ َنََِْلل َ مي ُلْ ع ق عملََْعي ْْلِ ََع َعَلَ د لَ»
Yə`ni, «Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə onlar diridirlər, amma siz
bilmirsiniz[3]».
Həmçinin başqa bir ayədə oxuyuruq:
لَْعتلا ِْعي ْم ت ُلِ للْْت ي َراي ْْلَ ْملُ ُاَََِْلل َ مي ُلْ ع ق ََعَ َعت لْي ذو َ وْلُلْ ْْلَ د لَ
Yə`ni, «Allah yolunda öldürülənləri ölü sanmayın, əksinə onlar diridirlər və Allah
dərgahında onlara ruzi verilir[4]».
Səhihi-Buxarıdə yazılıb: “Peyğəmbər (s), Bədr quyusunun başına gəlib (müşriklərin
qoşunundan ölənlərin cəsədlərini bu quyuya atmışdılar), ölü müşriklərə xitab edərək,
dedi:
«Allahımızın bizə verdiyi və`din haqq olduğunu gördük. Siz də Allahınızın sizə verdiyi
və`din haqq olduğunu gördünüzmü?»
O həzrətin ətrafındakılar dedilər: “Ölülər, cavab verməyə qadir deyil!” Peyğəmbər (s)
buyurdu: “Elə sanmayın ki, siz, onlardan daha yaxşı eşidirsiniz!”[5]
Həmçinin Qəzzali (şafeyi məzhəbinin böyük alimi) deyir: “Bə`ziləri elə güman edirlər
ki, ölüm, məhv və puç olmağa bərabərdir... Bilin ki, bu düşüncə, kafirlərin
düşüncəsidir.”[6]
Kamal: Yə`ni, İmam Qəzzali, ölümü fanilik və puçluğa bərabər sanmağı küfr hesab
edir? O, bu sözü harada işlədib?
Məhəmməd: “Ehyaül-ülum”[7] adlı kitabında. Onun bu kitabına müraciət etsəniz, qeyd
etdiyim bu mövzunu orada görərsiniz.
Kamal: Qəzzalinin bu sözü həqiqətən də çox təəccüblüdür!
Məhəmməd: Qəzzalinin bu sözü təəccüblü deyil, əksinə sizin bu mövzudan xəbərsiz
olduğunuz çox təəccüblüdür! Yə`ni, siz, indiyədək Peyğəmbərin (s) Bədr quyusundakı
müşrik ölülərə olan xitabını eşitməmisiniz?! Əgər bu ölülər puç və məhv olub aradan
gediblərsə, bu halda onlar nə eşitməyə və nə də dərk etməyə qadirdirlər. Onda nə
üçün peyğəmbər (s), ətrafındakılara belə buyurubdur: “Elə sanmayın ki, siz onlardan
daha yaxşı eşidirsiniz.”[8] Peyğəmbərin (s) bu sözündən belə nəticə alınır ki, bu ölülər
də sizin kimi eşidir və dərk edirlər. Mənim bu sözümlə razılaşırsan?
Kamal: Bəli, razılaşıram. Lakin təəccüb edirəm ki, necə olub mən, indiyədək bu
ayələri diqqətlə oxuyub, onların məzmunu barədə düşünməmişəm?! Yaxud bir dəfə
də olsun Peyğəmbərimizin (s) və böyük alimimiz Qəzzalinin sözlərini eşitməmişəm?!
Məhəmməd: İndi qəbul edirsən ki, şiənin ölüm barədəki əqidəsi- yə`ni, insan öldükdən
sonra puç və fani olmur- düzgün bir əqidədir? Yoxsa yenə də şəkk-şübhə içindəsən?
Kamal: Xeyr, artıq bu barədə heç bir şəkkim qalmadı. Amma başqa bir məsələ məni
çox düşündürür.
Məhəmməd: O hansı məsələdir?
Kamal: Aydın oldu ki, Qəzzali, ölümün puç və fanilik olmadığını qəbul edərək
bildirmişdir ki, kafirlər, ölümün faniliklə bərabər olduğunu düşünürdülər. Həmçinin
Peyğəmbər (s) açıqcasına buyurubdur ki, ölülər də eynilə dirilər kimi eşidir və başa
düşürlər. Mən təəccüb edirəm ki, Məhəmməd ibn Əbdül Vəhhab nə üçün ölümü puç
və fani olmaq hesab edir? Başqa bir məsələ də budur ki, Məhəmməd ibn Əbdül
Vəhhab hansı cür`ətlə bu sözü deyibdir ki, mənim əsam Peyğəmbərdən yaxşıdır,
çünki bu əsanın mənə bir faydası var, amma Peyğəmbərin heç bir faydası yoxdur[9]?!
Bu iki məsələ məni çox təəccübləndirir.
Məhəmməd: Heç təəccüblənmə! İnsanları tanımaq üçün onları Qur`an, hədis və saleh
bəndələrlə müqayisə etməliyik. Əgər bir şəxsin rəftarları və sözləri Qur`an və
hədislərlə üst-üstə düşürsə, bu vaxt onu mö`min adlandırmaq olar. Heç vaxt dini,
fərdlə müqayisə etməməliyik, əksinə insanları dinlə müqayisə edib, tanımalıyıq. İndi
özünüz hökm verin, əgər bir nəfər, mö`min kimi tanınıbsa, onun Qur`an, hədis və
saleh bəndələrin ziddinə olan rəftarları və danışıqlarına göz yumub, onu İslamın bir
nümayəndəsi hesab etmək olar? Əlbəttə ki, xeyr! Əksinə biz, kimliyindən və tutduğu
ictimai mövqeyindən asılı olmayaraq, hər bir məkanda və hər bir zamanda dindən
sapınan insanlardan uzaqlaşmalı və həqiqəti izləməliyik.
Kamal: Doğrudur. Bu vaxta kimi Məhəmməd ibn Əbdül Vəhhaba qatı inamım var idi,
lakin indi başa düşdüm ki, o, çox böyük səhvlərə yol veribdir. Belə ki, ölümü puç və
fanilik hesab etmək, küfrdür. Məncə, onun dini hökmlər verməyə heç bir səlahiyyəti
yoxdur.
Məhəmməd: Məhəmməd ibn Əbdül Vəhhabın kimliyi barədə sonra söhbət edərik. İndi
gəl, öz mövzumuz barədə danışaq.
Kamal: Mən qəbul edirəm ki, insan, öldükdən sonra puç və fani olmur. Amma bizim
əqidəmizə görə Allahın məxluqlarına təvəssül etmək, şirk və dindən sapınmaqdır. Siz,
Peyğmbərə (s.ə.v.a), imamlara (ə) və saleh insanlara təvəssül etməyi necə izah
edirsiniz?
Məhəmməd: Sizin əqidənizə görə diri bir insandan köməklik istəmək və ya ondan dua
etməyi xahiş etmək düzgündür? Məsələn, “Ey Baqir, ey Cə`fər, ey Rza mənə bir dinar
köməklik göstər” və ya “ey filankəs, mənim bağışlanmağım üçün dua et” və yaxud “ey
yoldan ötən, mənim əlimdən tutub, məscidə apar” kimi müraciətlərlə bir nəfərdən
köməklik istəmək olar?
Kamal: Bəli, düzgündür.
Məhəmməd: Əvvəlki söhbətlərimizdən aydın oldu ki, ölülər də eynilə dirilər kimi
eşidirlər. Deməli, ölülərə də təvəssül edib, onlardan köməklik istəmək olar.
Kamal bir qədər fikrə daldıqdan sonra başını qaldırıb, dedi: “Siz, haqlısınız.”
Məhəmməd: Peyğəmbərə (s) və digər saleh bəndələrə təvəssül etmək barədə başqa
bir sübutumuz da var.
Kamal: O hansı sübutdur?
Məhəmməd: Peyğəmbərin səhabələri[10] o həzrətə, həm həyatda ikən, həm də
dünyadan köçdükdən sonra təvəssül ediblər və nə Peyğəmbərin (s) özü və nə də
onun səhabələrindən heç kim bu işin qarşısını almayıbdır. Əgər Allahdan başqasına
təvəssül etmək şirk olsaydı, şübhəsiz ki, onlar, bu işin qarşısını alardılar.
Kamal: Deyə bilərsiniz ki, Peyğəmbərin (s) vəfatından sonra kim o həzrətə təvəssül
edibdir?
Məhəmməd: Sizə tarixdən bir neçə nümunə gətirirəm:
Beyhəqi[11] və İbn Əbi Şeybə mö`təbər sənədlə rəvayət ediblər ki, Ömərin xəlifəliyi
dövründə qəhətlik baş verdi. Bilal ibn Hərəs, Peyğəmbərin (s) qəbri üstünə gəlib,
dedi: “Ey Allahın Rəsulu, ümmətin üçün yağış yağmağı dua et, onlar həlak olmaq
üzrədirlər!”[12] Bu rəvayəti Əhməd ibn Zeyni Dehlan da nəql edibdir.
Bildiyiniz kimi Bilal, uzun müddət Peyğəmbərin köməkçisi və səhabəsi olub və birbaşa
və vasitəsiz olaraq şər`i hökmləri peyğəmbərdən öyrənib. Əgər Peyğəmbəri (s)
səsləyib, ona təvəssül etmək şirk olsaydı, şübhəsiz ki, Bilal bu işi görməz və ya başqa
səhabələr onu bu işdən çəkindirərdilər. Bu hadisə, Peyğəmbərə təvəssül etməyin caiz
o
lduğunu yetirən möhkəm bir sübutdur. Həmçinin Beyhəqi, Ömər ibn Xəttabdan belə
nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Adəm (ə) səhvə yol verdiyi üçün dedi: “Ya rəbbi
əs`əlükə bihəqqi Muhəmmədin illa ma ğəfərtə li...”
Yə`ni, ilahi, Məhəmmədin hörmətinə mənim günahımı bağışla![13]
Beləliklə, əgər Peyğəmbərə (s) təvəssül etmək, şirk və haram olsaydı, heç vaxt həzrət
Adəm (ə) belə bir iş tutmazdı.
Başqa bir rəvayətdə deyilir: “Mənsur Dəvaniqi, Həcc ziyarətinə gedir və Peyğəmbərin
(s) qəbrini də ziyarət edir. O, Peyğəmbərin (s) məzarının kənarında dayanıb, Maliki
məzhəbinin banisi Malik ibn Ənəs ibn Haris ibn Qeyman ibn Xəsil ibn Əmrə deyir: “Ey
Əbu Abdullah, burada üzü qibləyə tərəf dayanıb, dua edim, yoxsa Allah
Peyğəmbərinin qəbrinə tərəf?” Malik deyir: “Sənə və sənin cəddin Adəmə (ə) Allah
dərgahında vasitəçi olan Peyğəmbərdən (s) nə üçün üzünü döndərirsən? Ona tərəf
üz tut və onu özünə şəfaətçi qərar ver! Şübhəsiz ki, Allah taala onun şəfaətini qəbul
edəcəkdir. çünki Allah taala buyurub:
ْذ َ ْمعتوتل َْل لَ ُاِي ْلِ ُاَُ ََلَ لَ ََعلْلَ لَل عمَعْوِ َ معتل لِلوْْلََْْ لَ لَ ََعِلوْْلَْْالق ليَعرَُ ْمعتلْعوْتلل ََعِلَلِ
Yə`ni, «əgər onlar, özlərinə qarşı zülm etdikləri vaxt sənin yanına gəlib, Allahdan
bağışlanmaq diləsəydilər və peyğəmbər də onların bağışlanmasını istəsəydi, hökmən
Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərdilər.»[14]
Malik ibn Ənəsin bu sözü- yə`ni, sənə və sənin cəddin Adəmə (ə) Allah dərgahında
vasitəçi olan Peyğəmbərə (s)[15] - bir daha sübuta yetirir ki, peyğəmbərə təvəssül
etmək, nəinki caizdir, hətta müstəhəb bir əməl sayılır. Darəmi, öz “Səhih”ində Əbdül-
Cövzadan nəql edir ki, Mədinə əhalisi şiddətli bir qəhətliyə düçar olmuşdular. Onlar bu
çətinlikdən Ayişəyə şikayət etdilər. Ayişə dedi: “Baxışlarınızı Peyğəmbərin (s) qəbrinə
cəm edib, bu baxışlarla asimana doğru bir ümid qapısı açın... (yə`ni, Peyğəmbəri
Allah yanında şəfaətçi qərar verin.)” Onlar, Ayişənin dediyi kimi etdilər. Bu təvəssülün
nəticəsində yağış yağmağa başladı. Bitkilər yaşıllaşdı və dəvələr (bolluca ot yeyib)
dərilərinə sığmadığı üçün dəriləri çatladı. Buna görə o ili, “çatlama ili”
adlandırdılar[16].
İslam tarixi kitablarında yüzlərlə buna oxşar rəvayət mövcuddur və bu hədislərin
hamısı vəfat etdikdən sonra da Peyğəmbərə (s) təvəssül etməyin caiz olduğunu
yetirir.
Əgər Peyğəmbərə (s) təvəssül etmək caizdirsə və haram və şirk sayılmırsa, deməli,
imamlara (ə), mələklər və saleh bəndələrə də təvəssül etmək caizdir. Xülasə, əgər bu
əməl, yə`ni, təvəssül etmək, şirk olsaydı, hətta peyğəmbərə də təvəssül etmək haram
və qadağan olardı. Əgər Peyğəmbərə təvəssül etmək caizdirsə, deməli, Allahın bütün
saleh bəndələrinə də təvəssül etmək olar.
Kamal: Çox təəssüflənirəm ki, sizin dediyiniz bu rəvayətlərin heç birini indiyədək nə
bir kəsdən eşitmişəm, nə də özüm hədis kitablarından oxumuşam.
Məhəmməd: Əgər hədis kitablarına müraciət etsəniz, Peyğəmbərə təvəssül etmək
barədə yüzlərlə hədis görərsiniz. Mənim sizə dediyim hədislər, dəryadan bir damla
kimidir. Belə görünür ki, hədislər və saleh bəndələrin həyatı barədə mə`lumatınız çox
azdır.
Kamal: Düzdür. Hədis və tarix kitablarını oxumağa böyük həvəsim var, amma işim
çox olduğu üçün mütaliə etməyə vaxt tapa bilmirəm.
Məhəmməd: özünüz e`tiraf edirsiniz ki, hədislər barədə mə`lumatınız çox azdır. Bəs
nə üçün təkcə Məhəmməd ibn Əbdül Vəhhabın sözünə əsaslanıb, şiələri, hətta digər
müsəlmanları təhqir edir və onları müşrik adlandırırsınız? Sizin bu rəftarınız əsla
düzgün deyil. Əgər incimirsinizsə, sizinlə açıq danışım.
Kamal təbəssümlə dedi: Ürəyindən keçənləri gizlətmə, de! Mən səni özümə dost
hesab edirəm və elə buna görə də bu mövzunu ortaya saldım ki, sənin
mə`lumatlarından bəhrələnim.
Məhəmməd: Sən, eynilə, atalarının bütpərəstliyini bəhanə edən Qüreyş kafirləri kimi
danışırsan. Onlar belə deyirdilər:
لر ُت ْلْ لَ لَ اَت ََْعلْلََْعِ ْم ُ ِمَّلر ولَلي اَت َ لَ ءْوِعَ ولَلي اتلرُُلَ
Yə`ni, «(bu) bizim ata-babalarımızın dinidir və biz də onların yolunu gedirik[17]».
Onlar, bu bəhanə ilə bütpərəstliklərini davam etdirirdilər. Heç bilirsən ki, Allah taala nə
üçün onları məzəmmət edib? çünki onlar, peyğəmbərlərin sözlərini dinləmir və onların
haqq olub-
olmadıqlarını araşdırmırdılar. Nəticədə də öz bütpərəstliklərini davam
etdirirdilər.
Sizdən xahiş edirəm, kor-koranə şəkildə bütpərəstlər kimi atalarının yolunu davam
etdirməyəsən və təfəkkürlə həqiqəti kəşf edib, onun əsasında həyatını qurasan.
Hədis kitablarına müraciət etsən bilərsən ki, Allah övliyalarına təvəssül etməyi haram
və şirk bilənlərin əqidəsi, bütün İslam firqələrinin bu barədəki əqidələrinin ziddinədir.
Bu sözümlə razılaşırsan?
Kamal: Bəli... Deyəsən şiələr və digər müsəlmanlar bu barədə haqlıdırlar.
Mən, indiyədək şiələri təhqir edib, onları müşrik adlandırmışam. Bu yaramaz əməlimin
bağışlanması üçün nə etməliyəm?
Məhəmməd: Allahdan bağışlanmaq dilə və hər bir vaxt həqiqəti kəşf etmək üçün sə`y
göstər. Ümidvaram ki, Allah sizi bağışlayar.
Bir də ki, şiələrin barəsində eşitdiklərini araşdırıb, bu sözlərin haqq ya nahaq
olduğunu özün əldə et. Kor-koranə təəssübkeşliyi kənara qoy, çünki Peyğəmbər (s)
bu barədə buyurub: “(Yersiz) təəssübkeşliyin məkanı, atəşdir.”
Kamal: Söz verirəm ki, sizin tövsiyənizə əməl edim. Həqiqəti mənə aşkar etdiyiniz
üçün sizə təşəkkür edirəm.
İstinadlar
[1] “Kəşfül-irtiyab” kitabı, 139-cu səh. (Bu mətləb, “Xülasətül-kəlam” kitabından əxz
olunub, 230-
cu səh.)
[2]
Qaf surəsi
, 22-
ci ayə
[3]
Bəqərə surəsi
, 154-
cü ayə
[4]
Ali-
İmran surəsi
, 169-
cu ayə
[5] Əbu Abdullah Məhəmməd ibn İsmayıl Buxari Cu`finin tə`lif etdiyi “Səhihi-Buxarı”
kitabı, 1-ci cild, 462-ci səh; 85-ci bölüm, “Əl-cənaiz” fəslindəki “Qəbr əzabı” mövzusu ,
1304-
cü hədis. Bu hədis, belə də nəql edilib: “Peyğəmbər (s.ə.v.a), Bədr quyusunun
kənarından keçdiyi vaxt müşrik ölülərə xitab edib, dedi: “Allahınızın sizə və`d etdiyini
haqq gördünüzmü?” O həzrətin həmsəfərləri dedilər: “Siz, ölülərlə
danışırsınız?”Peyğəmbər (s.ə.v.a) buyurdu: “Siz, güman etməyin ki, onlardan daha
yaxşı eşidirsiniz, onlar yalnız cavab verməyə qadir deyildirlər.”
[6] Əbu Hamid Məhəmməd ibn Məhəmməd Qəzzalinin “Ehyaül-ülum” kitabı, 4-cü cild,
493-
cü səh; 7-ci bölüm, “Ölümün mahiyyəti” adlı fəsil
[7] Əvvəlki mənbə
[8] Səhihi-Buxarının 1-ci cildi, 462-ci səh; 85-ci bölüm, 1034-cü hədis, “Kitabül-cənaiz”
fəslindəki “Qəbir əzabı” mövzusu
[9] Kəşfül-irtiyab, 139-cu səh.
[10] Peyğəmbərə iman gətirib, onu görən və müsəlman olaraq dünyadan köçənlərə
“səhabə” deyilir. Peyğəmbərə iman gətirdiyi müddətdən ölüm anınadək olan müəyyən
fasilədəbir müddət mürtəd olsa da yenə bu şəxs, “səhabə” sayılır. (“Ər-ri`ayətü fi elmil-
dirayət” kitabı, 339-cu səh.-yə müraciət edin)
[11] Beyhəqinin “Sünənül-kübra” kitabı və İbn Əbi Şeybənin “Əl-müsənnəf” kitabının 7-ci
cildi, 481-
ci səh.
[12] “Əddürərüs-səniyyə” kitabı, 18-ci səh.:
ََاَُ ْمعتوت الق لي َوِع ِ ََِْْ َ لمَعْلِ اي
[13] Səmhudinin “Xülasətül-kəlam” kitabı, 17-ci səh. (Misir çapı, 1305-ci il), həmçinin
Təbraninin “Əl-mö`cəmül-kəbir” kitabı, 9-cu cild, 18-ci səh.
[14]
Nisa surəsi
, 64-
cü ayə, həmçinin “Xülasətül-kəlam” kitabı, 17-ci səh.
[15] “Xülasətül-kəlam” kitabı, 17-ci səh.
[16] “Sünəni-Darəmi”nin 1-ci cildi, 43-44-cü səh.-lər, “Ma əkrəməllahu təala bi nəbiyyihi
bə`də motihi” adlı bölüm.
[17]
Züxrüf surəsi
, 23-
cü ayə
Dostları ilə paylaş: |