Və əsassız töhmətlər BİSMİllahir rəhmanir rəHİM


M əzarların üstündə zərih və məqbərə tikmək



Yüklə 490,05 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix09.03.2023
ölçüsü490,05 Kb.
#87092
1   2   3   4   5   6   7   8
siə məzhəbi və əsassız töhmətlər

M
əzarların üstündə zərih və məqbərə tikmək
Fuad: Cə`fər, sizdən şiələrlə sünnilər arsında ixtilaflı olan bir mövzu barəsində soruşa 
bilərəm?[1] 
Cə`fər: Buyurun. Məncə hər bir şəxs, ayıq və geniş düşüncəli olmalıdır və 
qarşılaşdığı məsələlər barəsində axtarış aparıb, həqiqəti tapdıqdan sonra onu qəbul 
etməlidir. Cahil və kor-koranə şəkildə hər deyilən sözü qəbul etmək, məncə, 
ağılsızlıqdır. 
Fuad: Əgər biz sünnilərin dedikləri həqiqət olsa, onu qəbul edərsənmi? 
Cə`fər: Özünü tə`rifləmək olmasın, amma mən, həqiqəti bilən kimi həmin an onu 
qəbul edirəm. Elə buna görə də şiə olmuşam, çünki bu məzhəbin haqq olduğunu bir 
çox axtarışlardan sonra başa düşdüm. Sən özün də bilirsən ki, mənim atam, anam, 
qardaşlarım və qohum-əqrabamın hamısı sünnü məzhəbdirlər. Bir sözlə, əgər sənin 
sözünün haqq olduğunu görsəm, bil ki, onu qəbul edəcəyəm. 
Fuad: Siz şiələr peyğəmbərlərin, imamların, din alimlərinin və əməli saleh insanların 
qəbirləri üstündə məqbərə və günbəz tikir, onların qəbirləri kənarında namaz 
qılırsınız. Sizin bu əməliniz bir növ şirkdir; müşriklər bütə sitayiş etdikləri kimi, siz də 
müqəddəs şəxsiyyətlərin qəbrinə sitayiş edirsiniz. 
Cə`fər: Gəlin kor-koranə təəccübü kənara qoyub, hər deyilən sözə inanmayaq və 
həqiqəti Allahın kitabında, Peyğəmbərin (s) hədislərində və əməli saleh insanların 


həyat tərzində axtaraq! 
Fuad: düzdür, elə mən də bu fikirdəyəm və başqalarının dediklərini kor-koranə 
şəkildə qəbul etməyi düzgün hesab etmirəm. Həqiqəti bilmək üçün özüm şəxsən 
axtarış aparmaq istəyirəm. 
Cə`fər: Bu iki məsələyə diqqət yetirin: 
Təkcə biz şiələr dinin böyük şəxsiyyətlərinin qəbirləri üstündə məqbərə tikmirik, 
əksinə bütün müsəlmanlar peyğəmbərlərin və dinin böyük şəxsiyyətlərinin qəbirləri 
üstündə məqbərə tikibdirlər. Misal üçün, hal-hazırda Mədinə şəhərində 
Peyğəmbərimizin (s) və iki xəlifənin qəbirləri üstündə məqbərə və günbəz mövcuddur. 
Bir çox peyğəmbərlərin, o cümlədən İordaniyanın “Əlxəlil” şəhərində yerləşən həzrət 
İbrahimin (ə) qəbri üstündə məqbərə və günbəz vardır. Həmçinin İordaniya ölkəsinin 
Beytül-müqəddəs və Oman şəhərlərinin arasında yerləşən həzrət Musanın qəbri 
üstündə də böyük bir ziyarətgah vardır. Əbu Hənifənin Bağdad şəhərindəki məzarı 
üstündə məqbərə və günbəz tikilibdir və Əbu Hüreyrənin Misirdə yerləşən qəbri 
ziyarətgahdır. Həmçinin Əbdül Qadir Gilaninin Bağdadda yerləşən qəbri üzərində 
məqbərə və günbəz vardır. Bir sözlə, müsəlman ölkələrində peyğəmbərlərin və böyük 
dini şəxsiyyətlərin qəbirləri üstündə münasib məqbərələr və günbəzlər tikilibdir və 
zəvvarların bu ziyarətgahlara hədiyyə etdikləri pullar, bu məkanların tə`miri və 
qorunub, saxlanılması üçün istifadə olunur. Məzhəbindən asılı olmayaraq hər bir 
müsəlman fərd həmişə bu qəbirlərin qorunub, saxlanılması üçün sə`y göstərmiş və öz 
dindaşlarını bu xeyirxah işə də`vət etmişdir. Tarix boyu müşahidə edilməyibdir ki, 
hansısa bir məzhəb və ya din başçısı camaatı bu işdən çəkindirsin. Beləliklə, təkcə 
biz şiələr din və məzhəb başçılarımızın məzarları üstündə məqbərə və günbəz 
tikməmişik, əksinə digər məzhəbdən olan müsəlmanlar da bu işdə bizimlə həmrə`y 
olub, öz məzhəb başçılarının məzarları üstündə məqbərə tikərək, onların ziyarətinə 
gedirlər. 
Biz şiələr və başqa məzhəbdən olan bütün müsəlmanlar Allahın saleh bəndələrinin 
qəbirləri kənarında, bir daha tə`kid edirəm onların qəbirlərinin kənarında, bu qəbirlərə 
deyil, Allah üçün namaz qılırıq. çünki biz, bu məkanlarda namaz qıldığımız vaxt özü 
qi
bləyə tərəf dayanırıq, amma əgər niyyətimiz bu qəbir sahibinə namaz qılmaq 
olsaydı, şübhəsiz ki, özümüzü bu qəbrə tərəf tutub, namaz qılardıq. 


Fuad: Nə üçün siz, bu qəbirlərin arxasında dayanır və onları qibləniz tərəfdə qərar 
verərək, namaz qılırsınız? 
Cə`fər: Biz bu qəbirlərin arxasında dayansaq da, niyyətimiz yalnız özümüzü qibləyə 
tərəf tutub, Allah üçün namaz qılmaqdır. Sadəcə bə`zi hallarda istər-istəməz bu 
qəbirlər bizim qarşımızda və qiblə tərəfdə qərar tutur. Bu barədə böyük bir binanın 
qarşısında özü qibləyə tərəf dayanıb, namaz qılan bir şəxsi misal çəkmək olar. Biz, bu 
şəxs barəsində deyə bilərikmi ki, o, qarşısındakı böyük binaya sitayiş edir?! 
Bundan əlavə, şəriət alimlərinin hamısı eyni əqidədədirlər ki, hətta müşriklərin 
mə`bədlərində özü qibləyə tərəf dayanıb, hərçənd qiblə tərəfdə onların pərəstiş 
etdikləri bütlər yerləşsə də namaz qılmaq caizdir. çünki namaz qılan şəxs, bütə deyil, 
Allaha ibadət etməyi nəzərdə tutubdur. Biz, bu şəxs barəsində deyə bilərikmi ki, o, 
qarşısındakı bütə sitayiş edir? 
Fuad: Əgər sizin dediyiniz kimi məzarların üstündə məqbərə tikmək şirk hesab 
olunmursa, bəs hansı səbəbə görə Hicaz alimləri, sizin imamlarınızın və bir çox 
övliyaların qəbirləri üstündə tikilən zərih və günbəzləri Allaha şirk qoşmaq və Ondan 
başqasına ibadət etmək kimi əsaslandırıb, bu məkanların viran edilməsi üçün hökm 
çıxartdılar? 
Cə`fər: O dövürdəki Hicaz alimlərinin hamısı deyil, onların bə`zisi belə bir hökm 
vermişdirlər. Mədinəli qoca bir kişi mənə danışırdı: “Bəqi qəbiristanlığındakı imamların 
məqbərələrini viran etmək barədə hökm çıxarıldığı vaxt Hicaz alimlərinin bir çoxu 
bildirdilər ki, qəbirlərin üstündə məqbərə tikmək şirk hesab olunmur, əksinə aşağıdakı 
ayəyə əsasən şəriət baxımından bu əməl, müstəhəb bir əməl sayılır: 
« لُعي ْْلِ لَ مَعَعَْ َ لََْلَ ْْ ِ اتوت تلق َ لِئاُلَ ْم ِ» 
Yə`ni, «ilahi nişanələri uca tutanların qəlbində təqva duyğusu vardır[2]». 
Beləliklə də, Hicaz alimlərinin bir çoxu bu ayəyə əsaslanaraq, qəbirlərin üstündə 
məqbərə tikməyi şirk hesab edənlərin iddiasını rədd etdilər. Lakin bu e`tirazlarına 
görə onları tutduqları ictimai mövqelərdən kənarlaşdırdılar. Xülasə, bilməlisiniz ki, 
Hicaz alimlərindən yalnız bir neçəsi bu əməlin şirk olduğu barədə hökm veribdirlər. 
Fuad: Məni də həmişə bu məsələ düşündürürdü ki, günbəz və zərih tikmək haram və 
şirkdirsə, nə üçün müsəlmanlar, Peyğəmbəri-əkrəmin (s) dövründən indiyədək bunu 
başa düşməyib və qəbirlərin üstündə məqbərə tikmiş və oranı ziyarət etməyin 


qarşısını almayıbdırlar? Necə ola bilər ki, müsəlmanlar on üç əsr ərzində bu işin 
haram olduğunu başa düşməyibdirlər? 
Cə`fər: Qeyd etmək lazımdır ki, Peyğəmbər-əkrəmin (s) özü qəbirlərin üzərində 
məqbərə və günbəz tikməyi caiz bilib və bu işin qarşısını almayıbdır. Həzrət İsmayıl 
və anası Hacərin dəfn olunduğu “İsmayılın hicri” bizim bu sözlərimizə ən yaxşı bir 
sübutdur. Bir çox peyğəmbərlərin ziyarətgahları, o cümlədən, həzrət İbrahim (ə) və 
həzrət Musanın (ə) məzarları üstündə tikilən məqbərələr də açıq-aşkar bir sübutdur. 
İslam peyğəmbərinin dövründən bu günə kimi bu peyğəmbərlərin məzarları üstündə 
məqbərə və günbəz qalmaqdadır və heç vaxt Peyğəmbər və ya onun xəlifələri buna 
qarşı öz e`tirazlarını bildirməyib, onları ziyarət etməyin qarşısını almayıbdırlar. 
Bə`zilərinin iddia etdikləri kimi əgər bu əməl, haram və şirk olsaydı, şübhəsiz ki, 
Peyğəmbəri-əkrəm (s) bu məkanların viran edilməsinə dair hökm verər və onların 
ziyarətinin qarşısını alardı. Peyğəmbəri-əkrəm (s) bu işi qadağan etmədiyi üçün 
mə`lum olur ki, mə`sum imamların və saleh insanların məzarları üstündə məqbərə və 
günbəz tikib, orada namaz qılmaq və onları ziyarət etmək caizdir. 
Bundan əlavə, Allahın elçisi (s) vəfat etdikdən sonra onun səhabələri o həzrəti öz 
otağında dəfn edib, otağın qapısını bağladılar. Deməli, Peyğəmbərimizin qəbri, dörd 
divar və tavandan ibarət olan bir otaqda yerləşibdir. Əgər oradakı səhabələrdən biri 
belə bir işin haram olduğunu Peyğəmbərin (s) dilindən eşitsəydi, şübhəsiz ki, bu 
xəbəri orada toplaşanlara çatdırardı. Nəticədə isə ya Peyğəmbəri öz otağında dəfn 
etməzdilər və ya Peyğəmbəri orada dəfn etdikdən sonra qəbrin ətrafı divarla əhatə 
olunmasın deyə, otağı viran edərdilər. Xülasə, Peyğəmbərin dəfn mərasimində onun 
səhabələri və yaxın adamlrının rəftarlarından aydın olur ki, qəbirlərin üstündə 
məqbərə tikmək nəinki şirk deyildir, heç haram bir əməl də hesab olunmur. 
Fuad: Bu mövzu barədə həqiqəti mənə açıqladığınız üçün sizə təşəkkür edirəm. İndi 
mənə aydın oldu ki, qəbirlərin üstünü tikib, düzəltmək heç də haram və şirk deyildir və 
bu barədə bə`zilərinin etdiyi iddiaların heç bir şər`i sübutu yoxdur. 
Cə`fər: Mən də öz növbəmdə sizə təşəkkür edrəm ki, həqiqətlə üzləşən kimi onu 
qəbul edir və sağlam əql və düzgün məntiqin göstərdiyi yol ilə gedirsiniz. Elə buna 
görə də bir sıra həqiqətləri sizə izah etmək istəyirəm. Əgər vaxtınız varsa bu barədə 
bir qədər geniş söhbət edək. 


Fuad: Mən, haqq sözün vurğunuyam və məmnuniyyətlə sizi dinləməyə hazıram. 
Cə`fər: Bizim bu söhbətimizin nəticəsində aydın oldu ki, Allah övliyalarının qəbrini 
tikib, düzəltmək caizdir və haram bir əməl sayılmır. 
Fuad: Bəli, mən də bu barədə sizinlə razıyam. 
Cə`fər: İndi isə sizə bildirmək istəyirəm ki, Allah övliyalarının qəbirlərini tikib, 
düzəltmək, onların üstünə zərih qoymaq və s. bu kimi işlər, müstəhəb sayılır və Allah 
taala bu işi görənlərə savab yazır. 
Fuad: Bu sözünüzə bir sübutunuz varmı? 
Cə`fər: Allah taala müqəddəs kitabımız olan Quranda buyurur: 
« مَعَعَْ َ ظ لََْلَ ْْ ِ اتوت تلق َ لِ ئاُلَ ْم َق َق ِلُعي ْْلِ لَ» 
Yə`ni, «ilahi nişanələri uca tutanların qəlbində təqva duyğusu vardır.[3]» Bu ayəyə 
əsasən, İslam şəriəti baxımından ilahi nişanələri əziz tutmaq və onlara ehtiram 
bəsləmək müstəhəbdir. 
Fuad: Bu ayəni qəbul edirəm, amma Allah övliyalarının qəbrini tikib, düzəltmək ilahi 
nişanə hesab olunurmu? 
Cə`fər: Dini, dünya əhlinin nəzərində ucaldan və əzəmətli göstərən hər bir şey, ilahi 
nişanə hesab olunur. 
Qeyd etməliyəm ki, heç kim ilahi nişanələrin haram olduğunu iddia edə bilməz. 
Fuad: Sizin nəzərinizcə günbəzli məqbərələr dini əzəmətli göstərir? 
Cə`fər: Əlbəttə. 
Fuad: Fikrinizi bir qədər açıqlaya bilərsiniz? 
Cə`fər: Şübhəsiz ki, İslamın böyük şəxsiyyətlərinin qəbirlərini tikib, düzəltmək və bu 
qəbirlərin aradan getməsinin qarşısını almaq, bir növ onlara ehtiram göstərməkdir. 
Məsələn, qəbirlərin ətrafında gül və ağac əkmək hal-hazırda bir çox xalqlar arasında 
yayılmışdır. Sizcə bu əməl, mərhumu əziz tutmaq və onu ehtiramla yad etmək 
mə`nasında deyildirmi? 
Fuad: Bəli, düzdür. 
Cə`fər: Eynilə də bir qəbrin üstündə məqbərə və günbəz tikmək bu qəbrin sahibini 
əziz tutmaq və ona ehtiram göstərməkdir. Xülasə, dinin böyük şəxsiyyətlərini, o 
cümlədən imamları və övliyaları əzəmətlə yad etmək, İslamı uca tutmaqdır. çünki bu 
şəxsiyyətlər, insanları həmin dinə də`vət etmiş və onları bu yola tərəf hidayət 


etmişdirlər. özünüz deyin, müəyyən bir ideologiya, din və partiyanın banisini ucaltmaq 
və onu ehtiramla yad etmək, onun gətirdiyi dini və ideologiyanı qoruyub saxlamaq 
deyildirmi? 
Fuad: Bəli, düzdür. 
Cə`fər: Beləliklə də Allah övliyalarının qəbirlərini tikib, düzəltmək bu övliyalara bir növ 
ehtiram göstərmək, Allahı uca tutmaq və İslamın izzətini artırmaq üçün bir amildir. 
Əvvəldə də qeyd etdik ki, Allahı əzəmətlə yad etməyə bais olan və İslam dinini 
ucaldan hər bir hərəkət, ilahi nişanə sayılır və Allah taala bizi buna də`vət edərək, 
buyurur: “İlahi nişanələri uca tutanların qəlbində təqva nişanəsi vardır.” 
Fuad: sözünüzdən belə çıxır ki, peyğəmbərlərin, imamların və övliyaların qəbirlərini 
viran etmək, onlara qarşı hörmətsizlikdir. Onlara qarşı hörmətsizlik isə dinə qarşı 
hörmətsizlik deməkdir və bu əməl, İslamın izzətinin azalmasına bais olur. Xülasə, 
dinin böyük şəxsiyyətlərinin məqamlarını nəzərlərdə kiçiltmək, həqiqətdə İslamın 
özünü kiçiltmək deməkdir. 
Cə`fər: Mən də əvvəllər, yə`ni bu mövzu barədə başqalarının nəzərlərini dinləmədən 
və kor-koranə şəkildə həmməzhəblərimin dediyini qəbul etdiyim vaxtlarda tam haqlı 
olduğumu düşünürdüm. Lakin həqiqəti bilmək üçün axtarış apardıqdan sonra çox 
şeylər mənə bəlli oldu. Nəticədə Əhli-beyt məzhəbini özümə məzhəb seçib, şiə oldum 
və adımı da dəyişib, Cə`fər qoydum. Mənim əvvəlki adım Vəlid idi. Mənim şəxsi 
əqidəm budur ki, yersiz təəssübkeşliyi kənara qoyub, məntiqi yollarla haqqı tapmaq 
istəyən hər bir şəxs, hökmən bu istəyinə nail olacaqdır. 
Fuad: Mən də söz verirəm ki, bundan sonra həqiqəti bilmək üçün sə`y göstərəcəyəm 
və kimliyindən asılı olmayaraq haqqı deyənlərin sözünü qəbul edəcəyəm. Çox sağ 
olun ki, həqiqəti mənə başa saldınız. Amma indi mən, bir nəfərlə görüşməliyəm, əgər 
icazə verirsinizsə, mən gedim. 
Cə`fər: Buyurun, Allah amanında! 
Fuad: Xudahafiz! 
Cə`fər: Sağlıqla qalın! 
 


İstinadlar 
[1] Sünni alimləri şiəni belə tanıtdırırlar: “Şiələr, yalnız Əliyə itaət edir, gizli və ya aşkar 
şəkildə qəlbələrində ona məhəbbət bəsləyirlər. Həmçinin onlar, Əlinin canişinliyi “nəss” 
və “vəsiyyət” əsasında olduğunu bildirirlər. Onların e`tiqadlarına görə imamlıq mənsəbi 
ancaq həzrət Əlinin (ə) övladlarına məxsusdur və onları bu mənsəbdən uzaqlaşdırmaq, 
zülmkarlıqdır. Bir çox hallarda isə imamın üzü təqiyyə (şəxsi e`tiqad və məsləki 
başqalarından gizlətmək) edərək, imamlığını büruzə verməmişdir.” (“Əl-miləl vən-nihəl” 
kitabı, 1-ci cild, 146-147-ci səh.-lər, 6-cı fəsil) 
“Əşya`” ərəb dilində şiə sözünün cəm formasıdır. Şiə, bir nəfərin və ya bir dəstənin 
köməkçisi və dostuna deyilir. Lakin İslam dininin zühur etdiyi dövrün ilk illərində bu ad, 
həzrət Əli (ə) və onun əhli-beytini sevənlərə verildi. “Şiə” sözü “xas” sözü ilə eyni 
mə`nalı sözlər olub, “ümumi” sözü ilə antonimdir. “Xas” sözü ərəb dilində yaxın 
qohumlara da deyilir və Əlinin (ə) doslarını şiə adlandırmaq, bir növ mübaliğədir. Şiə 
sözü, qədim dövürlərdən bəri işlənən bir sözdür. Mərhum şeyx Məhəmməd Hüseyn 
Kaşifül-ğita deyir: “Şiəlik, İslam dini ilə eyni zamanda meydana çıxmışdır və sözümüzə 
şahid olaraq sünni alimləri və onların məzhəb başçılarının tə`lif etdikləri kitablardakı 
düzgün sənədli hədisləri göstərmək olar. Buna misal olaraq Süyutinin təfsir kitabında 
“Bəyyinə” surəsinin 7-ci ayəsinə müraciət edə bilərsiniz: “Ulaikə hum xəyrul-bəriyyə...” 
(Onlar, məxluqların ən yaxşısıdırlar.) 
Zəməxşəri deyir: “İbni Əsakir, Cabir ibn Abdullahdan nəql edir ki, biz Peyğəmbəri-
əkrəmin (s.ə.v.a) ətrafına toplaşmışdıq. Bu vaxt Əli, içəriyə daxil oldu. Peyğəmbər 
(s.ə.v.a) buyurdu: “And olsun o Allaha ki, canım Onun əlindədir, qiyamət günü nicat 
tapanlar, bu kişi (yə`ni.Əli (ə)) və onun şiələridir.” Peyğəmbərin (s.ə.v.a) bu sözündən 
sonra yuxarıdakı ayə nazil oldu” (“Əd-dürrül mənsur fi təfsiri kitabüllahi bil-mə`sur” 
kitabı) İbn Hişam deyir: “Ərəb ümməti Səqifə günündən sonra iki yerə, yə`ni şiə və sünni 
dəstələrinə ayrıldı...” Məhəmməd Əbu Zöhrə bu barədə deyir: “Şiə məzhəbi, qədim dini-
siyasi bir məzhəb olub, Osmanın hakimiyyətinin sonuncu günlərində meydana çıxmış və 
onların fəaliyyəti Əlinin (ə) xəlifəliyi dövründə genişlənmişdir. Əli (ə), xalq ilə geniş və 
birbaşa əlaqədə olduğu üçün, onların elmi və dini səviyyələri daha çox artırdı.” (“Tarixül-
məzahibül-islamiyyə” kitabı) İbn Əbil Hədid “Nəhcül-bəlağənin şərhi” adlı tə`lif etdiyi 
kitabda yazır: “Şiə olan bir şəxs, Müaviyənin hakimiyyəti dövründə “Kitab əhli” (yə`ni, 
yəhudi və ya məsihi) kimi tanınmağa, şiə kimi tanınmaqdan üstünlük verirdi.” “Şiəliyin 
nişanələri, Əhli-beytin fəzilətlərini etiraf etmək, və onların tə`lim etdikləri elmlərə 
yiyələnmək, bid`ət gətirənlərə e`tiraz etmək, pak fitrətli və vücudunu ən gözəl əxlaqlarla 
bəzəyən insanlara məhəbbət bəsləməkdən ibarətdir.” (Şeyx Məhəmməd Xəlilüzzeynin 
tə`lif etdiyi “Tarixül firəqül islamiyyə” kitabı, 108-109-cu səh.-lər) 


“Sünnə” sözünün mə`nası, təriqət və yol deməkdir. Amma firqəşünaslar arasında bu 
söz, başqa bir mə`na daşıyır. Bu söz, fiqh elmində və hədislərdə xüsusi bir termindir və 
Peyğəmbərin rəftarlarına, dediyi sözlərə, göstəriş verdiyi və ya nəhy etdiyi əməllərin 
toplusuna deyilir. Lakin İslam dininin zühur etdiyi ilk illərdə “sünnə” sözü “şiə” sözünün 
ziddi kimi anlaşıldı və İslam ümməti “sünnə-əhli” və “şiə” adlı iki firqəyə ayrıldı. Hənbəli 
sönni məzhəbinin başçısı İbn Teymiyyənin nəzərincə sünnə-əhli, Osmana və Əliyə 
məhəbət bəsləyib, lakin Əbu Bəkri və Öməri onlardan daha fəzilətli bilənlərə deyilir. 
İslamdakı firqələrin sayı artıqdan sonra isə bə`zi alimlər, Əbu Bəkr və Öməri sevənləri 
və onların ardıcıllarını sünnü adlandırdılar. Həmçinin onlar, “sünnə” sözünü yalnız Əbu 
Bəkr və Ömərin adı ilə yanaşı, yə`ni, “Əbu Bəkrin və Ömərin sünnəsi” olaraq 
işlədirdilər.( “Tarixül firəqül islamiyyə” kitabı, 44-45-ci səh.-lər 
[2] 
Həcc surəsi
, 32-
ci ayə 
[3] 
Həcc surəsi
, 32-
ci ayə

Yüklə 490,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin