Və əsassız töhmətlər BİSMİllahir rəhmanir rəHİM


Övliyaların məqbərələrini zinətləndirmək



Yüklə 490,05 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix09.03.2023
ölçüsü490,05 Kb.
#87092
1   2   3   4   5   6   7   8
siə məzhəbi və əsassız töhmətlər

Övliyaların məqbərələrini zinətləndirmək 
 
Sabir: Əssəlamu əleyküm. 
Baqir: Ələykəs səlam və rəhmətüllah. 
Sabir: Bizim şəhərə çox xoş gəlmisən! 
Baqir: Burada bir 
əmim oğlu yaşayır, onu görməyə gəlmişəm. 
Sabir: Buyurun, 
qonağımız olun, bizi sevindirin. 
Baqir: İnanın, işim həddən artıq çoxdur, buna görə də burada çox az qalacağam. 
Ancaq sileyi-r
əhim etmək və qohumlarımı görmək niyyətilə gəlmişəm. Də`vətinizi 
q
əbul etmədiyim üçün məni bağışlayın. 
Sabir: On ildir ki, bir-bi
rimizi görmürük. Boynunda bir din qardaşı kimi haqqım var. 
G
ərək mənim də`vətimi qəbul edəsən və bir yerdə əyləşib, heç olmazsa bir saat 
söhbət edək. Birdə ki, mö`min qardaşlardan biri ilə aramızda sünni və şiə barəsində 
b
əhsimiz düşmüşdü. Sənə e`tibar etdiyim üçün bu barədə səninlə bir qədər söhbət 
etm
ək istəyirəm. Xahiş edirəm də`vətimi qəbul edin. 
Baqir: Yaxşı, gələrəm. 


Onlar birlikd
ə Sabirgilə getdilər. Bir qədər ümumi söhbətlərdən sonra Baqir Sabirdən 
soruşdu: 
S
ən, şiə din qardaşınla hansı mövzu barədə bəhs etmisən? 
Sabir: Peyğəmbərlərin, imamların, din alimlərinin, mö`minlərin, saleh bəndələrin və s. 
Kimi Allaha yaxın olan insanların məqbərələrini qızıl-gümüş və digər bəzək vasitələri 
il
ə zinətləndirmək barədə. 
Baqir: N
əzərincə, bu işin bir eybi var? 
S
abir: Bu iş haram deyilmi?! 
Baqir: Hansı səbəbə görə haram olmalıdır? 
Sabir: Axı bu zinətin ölüyə bir xeyri var? 
Baqir: Xeyr! 
Sabir: Ona görə də bu iş israf və təbzir sayılır və Allah taala bu barədə buyurub:: 
﴿... لَ لد ِْ ذلُعَ َ ُِي ذُْلَ. ﺇ وْ َق ق ذلُعِْ َ لْي ِ ََعتالا ﺇ لَْ لَ ُْ ْي اليوَ َ...﴾ 
Y
ə`ni, «israf və bədxərclik etmə; çünki israfkarlar şeytanın qardaşıdırlar[1] 
Baqir: K
ə`bə evinin qızıl-gümüşlə zinətləndirilməsi barədə fikrin nədir? 
Sabir: Bu bar
ədə fikirləşməmişəm. 
Baqir: İslam dini zühur etməmişdən qabaq cahiliyyət dövründən indiyədək dünyanın 
müxtəlif yerlərindən Kə`bə evinə qızıldan və gümüşdən olan bəzək əşyaları hədiyyə 
edilib v
ə edilməkdədir. İbn Xəldunn[2] “Müqəddəmə”[3] adlı kitabında yazır: 
“Cahiliyyət dövründən indiyədək müxtəlif dinlərdən olan ümmətlər Kə`bəyə xüsusi 
ehtiram b
əsləyibdirlər. Bir çox hökmdarlar, o cümlədən İran şahı Kəsra, bu evə çoxlu 
mal-
dövlət hədiyyə edibdir. Hətta günlərin birində Əbdül Müttəlib, Zəmzəm quyusunu 
qazdığı vaxt qızıldan iki maral və bir neçə qılınc tapmışdır. Həmçinin Allahın Rəsulu 
(s) M
əkkəni fəth etdiyi vaxt hərəmin daxilində olan quyunun içərisindən şahların 
K
ə`bəyə hədiyyə etdikləri iki milyon dinar qızıl pul tapmışdır. Bu qızılın çəkisi iki yüz 
qintara (bir qintar, yüz ritldir) çatırdı. Bunu görən Əli ibn Əbi Talib (ə) Peyğəmbərə (s) 
ərz etdi: “Ey Rəsulüllah (s), bu mal-dövləti müşriklərlə mübarizəyə istifadə etsəniz, 
daha yaxşıdır.” Lakin peyğəmbər (s) belə etmədi. Əbu Bəkr də onlara toxunmadı. 
İbn Xəldun yenə də bu kitabda yazır: “Əbu Vail, Şeybə ibn Osmandan nəql edir ki, 
günlərin birində Ömərlə birlikdə idik. Ömər dedi: “Bu qərara gəlmişəm ki, Kə`bədəki 
bütün qızıl və gümüşləri müsəlmanlar arasında bölüşdürüm.” Mən ona e`tirazyana 


dedim: “Nə etmək istəyirsən?!”(( 
O dedi: Axı nə üçün haqqım yoxdur? 
M
ən dedim: Səndən qabaq müsəlmanların hakimi olan Peyğəmbər (s) və Əbu Bəkr 
bu işi görməyibdirlər. 
Ömər dedi: düzdür, mən də gərək onlar kimi rəftar edim[4] 
Sabir, indi m
ən səndən soruşuram: Kə`bə evi o qədər qızıl-gümüşü nəyə istifadə 
edirdi? V
ə ya Allah taala –O, hər şeydən pak və münəzzəhdir- bu mal-dövlətdən 
istifad
ə edirdi? 
Sabir: Əlbəttə ki, xeyr. 
Baqir: H
ətta Peyğəmbər (s) də bu qədər mal-dövlətə dəyməyib, onun üstündən heç 
n
ə götürmədi. Halbuki o dövrdə İslam dinini bütün yer üzünə yaymaq üçün 
Peyğəmbərin bu pullara ehtiyacı var idi. 
Qarşıya belə bir sual çıxa bilər ki, nə üçün Peyğəmbər öz ilahi hədəflərini həyata 
keçirtmək üçün o sərvətdən bir dirhəm və ya dinar belə istifadə etməyibdir? Bu sualın 
cavabı məncə aydındırr; çünki Kə`bənin bu qədər sərvətə sahib olmağı onun 
əzəmətini camaatın nəzərində artırırdı. Əlbəttə, unutmamalıyıq 
Eynil
ə də Allah övliyalarının, o cümlədən Əmiril-mö`minin Əlinin (ə), imam Həsənin 
(
ə), imam Hüseynin (ə), imam Rizanın (ə) və başqa imamların məqbərələrinin 
qızıldan günbəzləri, qızıl və gümüşdən qapıları və hərəmin başqa zinətləri də bu 
m
ə`nanı daşıyır. Söz yox ki, bu mə`sum insanların məqamı bu bahalı bəzəklərlə 
artmayır və ya bunlarsı;z onların məqamı azalmır. Məsələn, hal-hazırda imam 
H
əsənin (ə) qəbri üstündə olan məqbərəni, günbəzi və hərəmin həyətlərini viran 
edibdirl
ər və o həzrətin qəbrinin üstü heç bir şeylə örtülməyibdir, lakin bu həzrətin 
m
əqamı, xalis qızıldan düzəldilmiş günbəz altında yerləşən imam Hüseynin (ə) 
əzəmətli məqbərəsində 
Xülasə, bu böyük şəxsiyyətlərin ziyarətgahlarına qiymətli cəvahirlər hədiyyə etmək, 
m
əqbərələrin günbəzini və daxilini qızıl ilə zinətləndirmək, onlara ehtiram 
göstərməkdir. 
Sabir: Dem
ək istəyirsiniz ki, bu əşyalar, Allah övliyalarının məqamını camaatın 
n
əzərində ucaldır? 
Baqir: B
əli, düzdür. Mövzunu daha yaxşı dərk etmək üçün sizə bə`zi nümunələr 


g
ətirirəm. Məsələn, yəhudilərin qəbbiristanlığında onların din alimlərinin qəbirləri 
viran
əliyə çevrilibdir və zəvvarların daldalanması üçün heç bir otaq və tavan yoxdur. 
Amma m
əsihilərin qəbristanlığı tam əksinədir. Onların alimlərinin qəbirləri qızıl, 
gümüş və qiymətli cəvahirlərlə bəzədilibdir. 
Sabir: T
əbiidir ki, bu iki qəbiristanlığı müşahidə etdikdə məsihi alimləri nəzərlərdə 
daha 
əzəmətli görünəcəkdir. 
Baqir: Odur ki, sünnilər və şiələr, peyğəmbərlərin və imamların məqamını nəzərlərdə 
ucaltmaq v
ə onları əzəmətli göstərmək üçün onların qəbirləri üstündə zərih, günbəz 
v
ə məqbərə tikir və onları qızıl-gümüşlə zinətləndirirlər. 
Sabir: Dedikl
ərinizi qəbul edirəm, amma bu tərzi-təfəkkür, israfa yol verilməsinə icazə 
verirmi? 
Baqir: Bunlar 
əsla israf sayılmır, əksinə İslamı əzəmətlə yad etmək deməkdir, çünki 
bildiyiniz kimi, bu 
əməllə biz, Allah övliyalarının məqamını nəzərlərdə ucaldır və 
onlara qarşı öz ehtiramımızı bildiririk. Belə ki, İslamın əzəmətlə yad olunmasına 
s
əbəb olan hər bir əməl “İlahi nişanə” sayılır və Allah taala bu barədə buyurur:: 
﴿ لي ِق ِذ لَ ْْلِ ْم ِلُعي لِ ئالُلَ َ اتوت تلق ْْ ِ ظ لََْلَ مَعَعَْ َ﴾ 
Y
ə`ni, «ilahi nişanələri uca tutanların qəlbində təqva duyğusu vardır[5] 
Bu ay
əyə əsasən, Allah övliyalarının məzarlarını abadlaşdırıb, zinətləndirmək “İlahi 
nişanə” hökmündədir və bunu yerinə yetirənlər ilahi savaba qərq olacaqlar. 
Sabir: Vaxtınızı aldığım üçün sizdən üzr istəyirəm. 
Baqir: Dem
ək istəyirsiniz ki, zehninizdə müqəddəs ziyarətgahları zinətləndirmək 
bar
ədə olan bütün suallara cavab tapdınız? 
Sabir: B
əli, düzdür. Hətta bu əməlin, müstəhəb bir əməl olduğunu və bu barədə 
Qur`an ay
əsinin də mövcud olduğunu bildim. 
Baqir: Bu bar
ədə əgər başqa suallarınız varsa, onlara cavab verməyə hazıram. 
Şübhəsiz ki, bu söhbətlər bizim hər ikimiz üçün faydalıdır, çünki həqiqəti tapmaq üçün 
mövcud olan düzgün yollardan biri fikir mübadiləsidir. 
Sabir: Çox sağ olun. Allah sizi müvəffəq etsin! 


İstinadlar 
[1] 
İsra surəsi
, 26-27-
ci ayələr 
[2] İbn Xəldun adı ilə tanınmış Əbdürrəhman ibn Xəldun Həzrəmi, 732-ci hicri-qəməri 
ilində dünyaya gəlibdir. O, Əndəlosun (indiki İspanyanın) “Əşbiliyyə” (indiki Sivilya) 
şəhərindəndir. İbn Xətib, tə`lif etdiyi “Əl-əhatətü fi əxbari ğərnatə” adlı kitabında İbni 
Xəldun barəsində yazır: “ O, qərblidir və “Bürdə”yə yazdığı şərh, onun bir dərin dərrakəli 
bir adam olduğunu göstərir. İbn Xəldun, İbn Rüşdün bir çox kitablarını xülasələşdirmiş 
və Sultan əbu Salimin “Əqliyyat” kitabına faydalı bir tə`liqiyyə yazmışdır. O, 808-ci hicri-
qəməri ilində Misirdə dünyadan köçüb. Onun ən çox tanınmış kitabı “İbn Xəldunun 
tarixi” adlı kitabdır. (Müraciət edin: “İbn Xəldunun tarixi” kitabının 1-ci cildi, 353-cü səh; 
“Daru ihyail-türasil-ərəbiyy” nəşriyyatı, Livan, Beyrut şəhəri) 
[3] Bu kitab, onun tarix kitabının birinci cildidir. Bu kitab altı fəsildən ibarətdir və birinci 
fəsildə mühitin ictimai rəftarlar üzərində qoyduğu tə`sirlərdən, badiyənişin ərəblərin 
həyat tərzindən, müharibə və qələbələrindən, onların ticarətlərindən, 
sənətkarlıqlarından, elmlərindən və s. barədə söhbət açılıbdır. 
[4] İbn Xəldunun tarixi, 1-ci cild, 353-cü səh; birinci kitab, altıncı fəsil, “Əl-məsacid vəl 
büyutul əzimətu fil-aləm” adlı dördüncü bölüm 
[5] 
Həcc surəsi
, 32-
ci ayə 

Yüklə 490,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin