Tövsiyə edilən ədəbiyyat
Əl-müraciat[1] (yə`ni, yenidən bir baxış):
Bu kitab, Peyğəmbərin əhli-beytinin (ə) imamətliyi barədə seyid Əbdül-Hüseyn
Şərəfüddinlə böyük sünni alimi və Əl-Əzhər universitetinin o dövrdəki rektoru Səlim
Əl-Büşranın bir-birlərinə yazdıqları məktubların toplusudur. Bu məktublaşma
nəticəsində Əl-Əzhər universitetinin rektoru on iki imam şiəlik məzhəbini qəbul edib,
bi
ldirdi ki, on iki imam şiələri, dinin üsullarında və şaxələrində (yə`ni, füruiddində)
Allahın Rəsulunun (s) övladları olan imamların ardıcıllarıdırlar.
Həqiqətüş-şi`ətül-isna əşəriyyə (On iki imam şiəlik məzhəbinin mahiyyəti):
Bu kitab, Fələstinli ziyalı və elmlər namizədi Əs`əd Vəhid Qasimin şiəlik barəsində
apardığı tədqiqatların toplusudur. Apardığı tədqiqat nəticəsində elmlər namizədi
Əs`əd, əhli-beytin (ə) imamətliyini qəbul edərək, şiəlik məzhəbini seçdi. O, bu kitabı
sünnilərin ədəbiyyatlarına əsaslanaraq yazmış və burada şiə məzhəbinin haqq
olduğunu sübuta yetirmişdir. Elmlər namizədi Əs`əd “Əl-mənbər”[2] jurnalına verdiyi
müsahibədə belə demişdir: “Mən, şiə məzhəbinin haqq olduğunu “Səhihi-Buxarı”
kitabına əsaslanaraq sübuta yetirdiyim üçün vəhhabilər, mənim kafir olduğuma dair
fitva verdilər. Bu araşdırma nəticəsində mənə aydın oldu ki;
1-
Peyğəmbərin (s) vəfatından sonra İslam ümmətinin başına gələn müsibətlər
düzgün yolu seçənləri “Beşinci məzhəb” adlandırıblar.
2-
Mənə və həmkarlarıma deyirdilər ki, şiəliyin İslam üçün təhlükəsi, yəhudilərin
təhlükəsindən daha böyük və ciddidir. Lakin həqiqət mənə gün kimi aydın idi.
3-
“Mənzilət” hədisində “bə`di”((ت لْ ُْلُ sözü, yə`ni, məndən sonra, Əlinin (ə)
Peyğəmbərdən sonra fasiləsiz xəlifəlik və canişinliyini bildirir. - Şiə məzhəbində
əqidəti mövzular daha şəffaf və məntiqi, şəriət hökmləri adi həyat tərzi ilə daha uyğun,
mə`nəvi və əxlaqi tövsiyələr daha da ülvidir.
“Və rəkəbtüs-səfinə” (Nicat gəmisinə mindiyim an):
Bu kitabı şiəliyi qəbul edən İordaniyalı tədqiqatçı və İordaniya şəriət inistutunun
mə`zunu Mərvan Xəlifat yazmışdır. Şiəliyi qəbul etməmişdən öncə həmkarları ilə
onun arasında olan mübahisə, onu əhli-beyt (ə) barəsində tədqiqat aparmağa sövq
etdirdi. Nəticədə o, əhli-beyt (ə) məzhəbinin haqq olduğunu başa düşdü və bildirdi ki,
yalnız bu məzhəb, həqiqi İslamın nümayəndəsidir. Müəllif, bu kitabda həmçinin
Vəhhabi firqəsinə qarşı e`tirazlara və sünnilərin dini mədrəsələrinin dərs sistemindəki
qüsurlara da toxunmuşdur. Onun əqidəsincə sünni dini mədrəsələri əqidələrinin
doğruluğunu, habelə onların həqiqi İslamla üst-üstə düşdüyünü sübuta yetirməlidir.
“Əl-xid`ə... Rihləti minəs-sünnəti iləş-şi`ə” (...sünnilikdən şiəliyə səfərim):
Bu kitabın müəllifi Misirli jurnalist Saleh Əl-Vərdanidir. O, bu kitabda əhli-beyt (ə)
məzhəbini qəbul edərkən üzləşdiyi çətinliklərdən söhbət açmış və sübuta yetirmişdir
ki, əhli-beyt (ə) məzhəbi Allah taalanın insanlara göndərdiyi həqiqi İslamdır. Saleh Əl-
Vərdan, bu mövzu barədə başqa bir neçə kitab da tə`lif etmiş və burada tarix, əqaid
və islamda olan məzhəblər barəsində söhbət açmışdır. “Əl-mənbər”[3] jurnalının
onunla apardığı müsahibədəki bə`zi mühüm mətləblər bunlardan ibarətdir:
1-
Əhli-sünnət cəmiyyətinin “səhabə” əsarətindən qurtuluşu üçün böyük bir oyanışa
ehti
yacı vardır.
2-
sünni tərzi-təfəkkürü, İslam ümmətinin idarəçiliyində, ədalətin icrasında və sülhü
bərqərar etməkdə acizdir!
3-
Mən, şiə ideologiyasını araşdırmaqla deyil, əksinə əhli-sünnətin tərzi-təfəkkürlərini
araşdırmaqla əhli-beyt (ə) məzhəbinin haqq olduğunu əldə etdim.
4-
Şiə məzhəbini qəbul edən cavanlar ailələri tərəfindən qovulduqları səbəbindən
acından ölməmək üçün bir tikə çörəyə möhtacdırlar.
5-
Şiə məzhəbi hər bir fərdin irəli sürdüyü fikir və rə`ylərə hörmətlə yanaşır, ictihad
qapısının açıq olduğunu bildirir və zalım hökumətlərlə sazişə girmir. Lakin əhli-sünnət
bütün bunlarda şiələrin tam əksinə rəftar edirlər.
6-
Mənim nəzərimcə şiəlik, mükəmməl düşüncəyə, fikir azadlığına və yüksək
davranış qaydalarına malik olduğu üçün sünnülükdən üstündür.
“Li maza əxtərtü məzhəbə əhlul-bəyt?” (Nə üçün əhli-beyt (ə) məzhəbini seçdim?):
Bu kitabın müəllifi Dəməşq şəhərinin baş qazısı şeyx Məhəmməd Mər`i Əntakidir. O,
Şafei məzhəbinin ardıcılı və Suriya sünnilərinin böyük və adlı-sanlı bir alimi olduğu bir
halda Əhli-beyt məzhəbini qəbul etdi. Şeyx Məhəmməd Mər`i Əntaki, İslamda olan
məzhəblər barəsində mütaliə edib, tədqiqat apardıqdan sonra şiəliyi qəbul etdi və
bildirdi ki, əhli-beyt (ə), əsl islamşünaslar və islam dini hökümlərinin həqiqi
təfsirçiləridirlər.
“Əl-həqiqətüz-zai`ə” (İtgin həqiqət):
Böyük din alimi şeyx Mö`təsim seyb Əhməd, bu kitabın müəllifidir. O, geniş
mütaliələrdən və araşdırmalardan sonra bildirmişdir ki, yalnız əhli-beyt (ə) məzhəbi və
onun ideologiyası haqdır. O, belə e`tiraf edir ki, mən, şiəliyi qəbul etməmişdən öncə
əyri bir yolda hərəkət etmişəm və bu məzhəbi seçib, onu qəbul etdikdən sonra sanki
əmin-amanlı bir sahilə çıxdım.
“Şəbhaye-Pişavər” (Pişavər gecələri):
Pişavər, Pakistanın dövlətinin şəhərlərindən biridir və bu şəhərdə “Vaizlərin sultanı”
ləqəbi ilə tanınan böyük şiə alimi seyid Məhəmməd Musəvi Şirazi, dörd sünni alimi ilə
elmi diskussiya aparıbdır. Pakistan mətbuatı bu alimlər arasında olan elmi danışıqları
çap edibdir. Mətbuatın bu yayımı nəticəsində o məntəqənin əhalisinin əksəriyyəti
şiəliyi qəbul etdilər. Vaizlərin sultanı, bu danışıqları bir yerə toplayıb, “Pişavər
gecələri” adlı bir kitab şəklinə salıb. Müəllifin “Firqeyi-naciyə” adlı kitabı da onun bir
dəstə sünni tələbələri ilə apardığı elmi mübahisələrin toplusudur. Belə ki, bu
danışıqlar nəticəsində oradakı sünni tələbələrinin əksəriyəti şiəliyi qəbul etdilər.
“Əl-müvacihətü mə`ə Rəsulillahi və alihi” (Peyğəmbər və onun əhli-beyti ilə üzləşmə):
Bu kitabın müəllifi İordanlı vəkil Əhməd Hüseyn Yə`qubdur. O, bu kitabda əhli-beyt (ə)
ideologiyası ilə xilafət və hökuməti ələ keçirməyə çalışan Əməvilərin tutduğu mövqe
arasında olan fərqlərdən söhbət açmışdır. Bu mövzu ətrafında apardığı
tədqiqatlardan sonra o, şiəliyi qəbul etmişdir. O, şiəlik və sünnilik barəsində bir sıra
maraqlı kitablar da tə`lif etmişdir. Əhməd Hüseyn Yə`qub, “Əl-mənbər”[4] jurnalına
verdiyi müsahibədə necə şiə olduğunu belə açıqlayır: 1- Hansı mütəfəkkir və ağıllı
insan Ali-
Məhəmmədi (ə) kənara qoyub, başqalarının ardınca düşər?! 2- Mən,
Alla
hımla əhd-peyman bağlamışam ki, son nəfəsimə qədər əhli-beytin haqqını
müdafiə edəcəyəm. 3- Hansı müsəlman inanar ki, Peyğəmbər (s), bütlərə qurban
kəsib, onun ətindən yeyibdir?! Amma Buxarı, bu rəvayəti öz kitabında (yə`ni, Səhihi-
Buxaridə) qeyd edibdir. 4- Mən, bu qənaətə gəlmişəm ki, şiələr kor-koranə
təəssübkeşlik üzündən deyil, əksinə Allahın əmrinə itaət edərək, habelə şəriət
hökmlərinə əsaslanaraq əhli-beyti (ə) müdafiə edir və onların yolunu davam etdirirlər.
“Ləqəd şəyyə`ənil Hüseyn (ə)” (İmam Hüseyn məni şiə etdi):
Bu kitabın müəllifi Məğribli jurnalist İdris Əl-Hüseynidir. O, bu kitabda əhli-beyt (ə)
məzhəbindən söhbət açmış, bu məzhəbin haqq olduğunu sübuta çatdırmış, habelə
şiəliyi qəbul etdiyini e`lan etmiş və Peyğəmbər xanədanının düşmənlərinin yaramaz
əməllərini çəkinmədən və şücaətlə ifşa etmişdir. O, “Əl-mənbər”[5] jurnalına verdiyi
müsahibədə demişdir: 1- Əgər mənə söz azadlığı versələr bütün dünyanı şiə edərəm.
2-
Əhli-beyt (ə) hələ o dövrdə bu gün bizim şahidi olduğumuz “informasiya
partl
ayışı”nı müjdə veriblər. 3- Şiəlik, ruhun me`racıdır və bu məzhəb insanı
uzaqgörənliyə sövq etdirir. 4- Bəli, imam Hüseyn (ə) məni şiə etdi, amma mən yenə
də sünni olaraq qalıram. Bir fərqlə ki, bu dəfə mən, Allahın Rəsulundan (s) rəvayət
olunan düzgün və təhrif olunmamış sünnələrə riayət edirəm.
“Əs-sələfiyyətü bəynə əhlis-sünnəti vəl-imamiyyə” (Sələfilər, yə`ni, Vəhhabilər, əhli-
sünnət və şiə baxımından):
Şiəliyi qəbul edən Məğribli tədqiqatçı Məhəmməd Əl-Kəsiri tə`lf etdiyi bu kitabda
sələfilərin, yəni vəhhabilərin meydana çıxması və onların İslama və müsəlmanlar
vurduqları zərərləri bəyan etmişdir. O, bildirmişdir ki, şiələr bu firqəni rədd
etməmişdən öncə əhli-sünnət onları rədd etmişdir.
“Fələstinlilərin rəhbərlərindən biri olan Məhəmməd Şühadətlə müsahibə”:
“Fələstin cihadı” partiyasının rəhbəri Məhəmməd Şühadət, əhli-beyt (ə) məzhəbini
İslami məzhəblər arasında ən üstün bir məzhəb bilib, şiəliyi qəbul etdikdən sonra
bə`zilərinin düşmənçiliklərilə qarşılaşdığına baxmayaraq, kütləvi informasiya
mərkəzlərinə verdiyi müsahibələrdə, o cümlədən Londonda nəşr edilən Səudiyyə
Ərəbistanın “Əl-məcəllə” jurnalında şiə olduğunu açıqcasına e`lan etmişdir. “Əl-
mənbər”[6] jurnalı da onunla müsahibə aparmışdır və Məhəmməd Şühadət bu
müsahibədə demişdir: “1- Mən, Əlinin (ə) məzlumiyyətliyini görüb, şiə olmuşam. 2-
Mən çox təəssüflənirəm ki, şiə məzhəbi barəsində heç bir mə`lumatım olmadığı üçün
indiyədək sünni olmuşam. Ümidvaram ki, mən, “Bu vaxt hidayət oldum”[7] deyən
sonuncu şəxs olmayım. 3- Mən, imamiyyə şiə məzhəbinin Fələstində yayılması üçün
əlimdən gələni əsirgəməyəcəm və bu yolda müvəffəq olmağı Allahdan diləyirəm. 4-
Mövlam Sahibəzzamana (ə.f) ürək ağrısı ilə ərz edirəm: “Ey Mehdi, artıq bizim
fəryadımıza yetməyinin vaxtı çatıbdır!”
“Difa`un min vəhyil-şəri`ətil dairətis sünnəti vəş-şi`ə” (Sünnü və şiə baxımından
şəriətin müdafiəsi):
Bu kitab, Suriyalı sünni alim şeyx Hüseyn Ər-Ricanın əsəridir. O, bu əsərdə şiə
məzhəbinin qəbul etdiyinin səbəblərini yazıb. Şeyx Hüseyn Ər-Rica, Hətlə şəhərində
sünnü məzhəbli qövmünün rəhbəri və ağsaqqalı idi. O, şiəliyi qəbul etdikdən sonra
onun yaşadığı məntəqənin əhalisinin əksəriyyəti, o cümlədən Hətlə şəhərinin əhalisi
onun kimi şiəliyi qəbul edib, “Nicat gəmisinə” minənlərə qoşuldular. “Əl-mənbər”[8]
jurnalının onunla apardığı müsahibədə o, necə şiə olduğunu belə açıqlamışdır: “1-
Dörd il mütaliə edib, tədqiqat apardıqdan sonra Peyğəmbərin (s) ailəsinin haqq
olduğunu başa düşdüm. 2- Bizim kəndimizin sakinlərindən biri şiə olmuşdu. Mən, (öz-
özlüyümdə) onu düz yola hidayət etmək, yə`ni, onu əvvəlki məzhəbinə qaytarmaq
üçün onun görüşünə getdim. Lakin o, məni düz yola hidayət etdi. 3- Şiə məzhəbinin
haqq olduğun bildikdən sonra qərara gəldim ki, canımın bahasına da olsa şiə
olacağam. 4- Şiə olduqdan sonra əhli-sünnətin böyük alimlərindən biri ilə elmi
diskussiya apardım. O, mənə qaneedici cavablar verə bilmədiyi üçün əsəbdən
əmmaməsini başından çıxartdı və onu cırıb, kənara atdı. 5- Başa düşdüm ki, şiə
məzhəbi və şiələr tarix boyu məzlum olublar.
“Misirin böyük ruhanisi şeyx Həsən Şəhatinin müsahibəsi”:
Əl-Əzhər universitetinin böyük alimi şeyx Həsən Şəhatinin şiəliyi qəbul etməsi Misirin
sünni alimləri arasında, xüsusilə də Qahirə alimləri arasında səs-küyə səbəb oldu.
Mətbuatda şeyx Həsən Şəhati barəsində geniş söhbətlər açıldı və xalqı onun
əleyhinə qaldırdılar. Nəhayət dövlət, onu “Səhabələrə qarşı hörmətsizlik”də
ittihamlandırıb, zindana saldı. çünki şeyx Həsən Şəhatə, cümə namazının xütbəsində
mütaliələrində üzə çıxan həqiqətləri camaata danışmışdı. “Əl-mənbər”[9] jurnalının
o
nunla apardığı müsahibədə demişdir: “1- Mən, Əmirəl-mö`minin Əlinin (ə) şiəsi
olduğumu və ona məhəbbət bəslədiyimi bildirməklə, sahib olduğum mənsəb və
ictimai e`tibarımı əldən verdim. Lakin mən, bunlar üçün əsla təəssüflənmirəm, çünki
bu, mənim o həzrətə təqdim edə biləcəyim yeganə bir şey idi. 2- Misirdə Aşura
gününü bayram günü bilir və bu gündə şadlanırlar. Mən, bu gündə bütün vücudumla
fəryad çəkdim ki, axı Allah Rəsulunun (s) övladının qətlə yetirildiyi bu gündə siz necə
şadlıq keçirirsiniz?! 3-Təvatür rəvayətlərə əsasən sübuta yetirilib ki, Müaviyə, dindən
b
oyun qaçıranların başçısı olub.
Dostları ilə paylaş: |