V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
Gasimov-informatika-darslik (1)

Funksional 
düymələr 
(F1-F12)
 
– 
onları 
proqramlaşdırılan düymələr adlandırırlar. Bu düymələrin 
funksiyaları ayrı-ayrı proqramlar üçün fərqlənə və 
müxtəlif ola bilər. 

Xüsusi (idarəedici) düymələr
 
– bu düymələr kompüterə 
müəyyən əmrlərin verilməsi, kursorun idarə edilməsi və 
digər düymələrin funksiyalarının dəyişdirilməsi üçün 
istifadə edilir. Onlar aşağıdakı kateqoriyalara bölünürlər: 


49 
o
Kursorun idarə edilməsi düymələri
– [

], [

], [

], 
[

], [Home], [End], [Page Up], [Page Down]. 
o
[Esc] – ("imtina" düyməsi) əməliyyatların yerinə 
yetirilməsi zamanı hər hansı sorğu, seçmə və 
daxiletmə rejimlərindən imtina etmək üçün istifadə 
edilir. Bu düymə basıldıqdan sonra sistem cari 
əməliyyat yerinə yetirilməyə başlamazdan əvvəlki 
vəziyyətə qayıdır. 
o
[TAB]
 
- mətnlərin daxil edilməsi zamanı müəyyən 
olunmuş sayda probellərin qoyulması, cədvəl və 
siyahılarda isə növbəti sütuna (xanaya) keçmək üçün 
istifadə edilir.
 
o
[Shift]
 
– böyük hərflərin (baş hərflərin, məsələn, "A"-
"Z") və düymələrin yuxarı registrində olan simvolların 
daxil edilməsi üçün istifadə edilir. Bu hərf və 
simvolları daxil etmək üçün [Shift] düyməsi ilə eyni 
zamanda müvafiq düyməni basmaq və sonra hər iki 
düyməni buraxmaq lazımdır. Məsələn, "a" (eləcə də a-
z) hərfini yazmaq üçün üzərində [A] ([A]-[Z]) təsvir 
olunmuş düyməni basıb buraxmaq, "A" (eləcə də A-Z) 
hərfini yazmaq üçün isə [Shift] düyməsi ilə eyni 
zamanda [A] ([A]-[Z]) düyməsini basıb buraxmaq 
lazımdır. 
o
[Caps Lock] – böyük hərflərin (bu düymə yuxarı 
registrdəki simvolların yazılmasını təmin etmir) 
yazılması rejimini təsbit etmək üçün istifadə edilir. 
Əgər mətn yalnız böyük hərflərdən ibarət olarsa, onda 
onların daxil edilməsi üçün [Shift] düyməsinin 
istifadəsi rahat olmur və bu zaman [Caps Lock] 
düyməsindən istifadə edilir. [Caps Lock] düyməsini 
bir dəfə basıb buraxdıqdan sonra [Shift] düyməsini 
basmadan böyük hərfləri, [Shift] düyməsini basıb 


50 
saxlamaqla isə kiçik hərfləri daxil etmək olar. [Caps 
Lock] düyməsi təkrar basıldıqda əvvəlki rejimə (kiçik 
hərflə yazma rejimi) bərpa olunur. 
o
[Enter] (bəzi klaviaturalarda [Return] və ya [

]) – 
sətirlərin (mətn redaktorlarında abzasların), əmrlərin 
və sorğulara cavabların daxil edilib qurtardığını 
bildirmək məqsədilə istifadə edilir. 
 
o
[Delete] (bəzən [Del]) – kursorun sağ tərəfində (bəzi 
sistemlərdə kursorun üzərində) yerləşən simvolun 
pozulması üçün istifadə edilir.
 
o
[BackSpace] ([Enter] düyməsindən yuxarıda üzərində 
[

]) - kursorun sol tərəfində yerləşən simvolun 
pozulması üçün istifadə edilir. 
o
[Insert] (bəzən [Ins]) – mətnlərin daxil edilməsi 
zamanı əlavəetmə (simvol və ya sözləri mətndəki 
sözləri sürüşdürmədən onların arasına daxiletmə) 
rejimindən əvəzetmə (mətndəki simvol və ya sözləri 
sürüşdürməklə pozaraq onların yerinə daxiletmə) 
rejiminə və əksinə dəyişmək üçün istifadə edilir.
 
o
[Ctrl] və [Alt] – klaviaturada olan digər düymələrin 
funksiyalarını dəyişmək məqsədilə onlarla birlikdə 
(kombinasiya şəklində) istifadə edilir. Adətən, onlar 
müəyyən rejimlərin dəyişdirilməsi, funksiyaların 
çağırılması, xüsusi əmrlərin verilməsi və məqsədilə 
tətbiq olunur. Məsələn, Word sistemində [F] düyməsi 
ayrılıqda "F" hərfini yazmaq üçün istifadə edilir, lakin 
[Ctrl]+[F] isə "axtarma" rejimini çağırır.
o
[Num Lock] – klaviaturanın sağ tərəfindəki "kiçik 
klaviatura" adlanan hissədə yerləşən düymələrin 
funksiyalarını (rəqəm rejimindən hərəkət etmə 
rejiminə) dəyişmək üçün istifadə edilir. [Num Lock] 


51 
düyməsi basıldıqda (bu zaman klaviatura üzərindəki 
müvafiq indikator işıqlanır) "kiçik klaviatura"dakı 
düymələr onların üzərində yazılmış rəqəmləri (0-9 və 
"."-onluq nöqtə) daxil edir, əks halda isə həmin 
düymələrin üzərindəki işarələrə ([

], [

], [

], [

], 
[Home], [End], [PgUp], [PgDn], [Ins], [Del]) müvafiq 
olaraq kursor hərəkət edir. 
Klaviatura sistem blokunun arxasında yerləşən xüsusi 
interfeys çıxışına – "yuva"ya qoşulur. Lakin son zamanlar 
infraqırmızı şüalarla işləyən kabelsiz klaviaturalardan istifadə 
olunmağa başlanmışdır.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin