V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
Gasimov-informatika-darslik (1)

3.8.3. Lazer printeri
Lazer printeri 
– çap üçün lazer texnologiyasından istifadə 
edir. Belə ki, printerin kartricində bir birinə çox yaxın 
yerləşdirilmiş xüsusi fotokeçirici disk və rezin silindr 
quraşdırılmışdır. Kartricin içərisində fotokeçirici diskin arxa 
tərəfində xüsusi tərkibə malik tozabənzər toner olur. Çap zamanı 
informasiyanın təsviri fotokeçirici disk üzərinə təsbit edilir. Disk 
kartricdən tonerin hissəciklərini özünə çəkir (cəzb edir) və üzərinə 
təsbit olunmuş informasiyaya uyğun olaraq hissəciklər ona yapışır. 
Yüklənmiş bu hissəciklər disklə barabanın arasından keçir və 
onlar maqnitlə yüklənmiş kağızın üzərinə yapışır (köçür). Tonerin 
kağıza yapışmış hissəcikləri printerin termoblokunda ərimə 
temperaturuna qədər qızdırılaraq rezin silindrin köməyi ilə kağıza 
bərkidilir. 
Lazer printerləri çapın həm keyfiyyətinə, həm də sürətinə 
görə digər printerlərdən xeyli üstündür. Demək olar ki, səssiz 
işləyir.
Hazırda lazer printerlərin rəngli variantları da istehsal olunur 
və istifadə edilir. Lakin onlar çox baha olduqları üçün praktiki 
olaraq az yayılmışdır. 


55 
Yuxarıda sadalanan printerlərdən əlavə, LED- və 
termoprinterlər, eləcə də digər texnologiyalara əsaslanmış 
printerlər də istifadə olunur, lakin yuxarıda qeyd olunan printerlər 
daha geniş yayılmışdır. 


56 
IV FƏSIL. 
FƏRDI KOMPÜTERLƏRIN
PROQRAM TƏMINATI 
4.1. Kompüter proqramlarının təsnifatı 
Kompüterlərin proqram təminatı müxtəlif təyinatlı və 
müxtəlif prinsiplərdə qurulmuş proqramlar kompleksindən 
ibarətdir. 
Proqram
-
hər hansı məsələnin həllini və ya prosesin 
yerinə yetirilməsi alqoritmini təsvir edən, emal olunması nəzərdə 
tutulmuş, proqramlaşdırma dilinin cümlələri şəklində hazırlanmış 
və ikilik kodlardan (0 və 1-dən) ibarət maşın dilinə çevrilmiş 
əmrlər ardıcıllığıdır.
Bütün 
fayllar 
kimi, 
proqramlar 
da 
informasiya 
daşıyıcılarında (disklərdə, disketlərdə və s.) saxlanılır. Işə 
salındıqda isə proqramlar saxlandıqları qurğulardan əməli yaddaşa 
yüklənir və işini başa vurduqdan sonra oradan silinir, lakin disk 
yaddaşında qalır. Bəzi proqramlar əməli yaddaşa yükləndikdən 
sonra kompüter söndürülənədək orada qalır və daima işləyirlər. 
Belə proqramlar 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin