57
sistemlərinə
misal olaraq UNIX, Novell Netware, LANtastic,
WINDOWS NT göstərmək olar. Bir sıra əməliyyat sistemləri eyni
zamanda
şəbəkə sistemləri rolunu oynayırlar. Şəbəkə
proqramlarına klient-server texnologiyası
ilə işləyən, Internet
xidmətlərini və protokollarını reallaşdıran proqramlar da aid edilir.
Örtük proqramları
istifadəçiyə rahat iş rejimi yaratmaq
üçün tətbiq olunan proqramlardır. Məsələn: Norton Commander,
DOS-Navigator,
Star Office, Open Windows və s. Örtük
proqramlarının yaradılması onunla əlaqədardır ki, bir çox
əməliyyat sistemləri (məsələn, MS-DOS, UNIX və s.) istifadəçi
üçün
rahat olan iş rejiminə, imkanlara və interfeys
mexanizmlərinə malik deyillər. Belə əməliyyat sistemlərində
Proqramlar
Sistem proqramları
Tətbiqi proqramlar
Əməliyyat
sistemləri
Şəbəkə
proqramları
Örtük
proqramları
Xidməti
proqramlar
(utilitlər,
drayverlər)
Oyun, öyrədici,
multimediya
proqramları
Mətn
redaktorları
Translyatorlar və
kompilyatorlar
Elektron
cədvəllər
Qrafik
redaktorlar
Verilənlər bazası-
nı idarəetmə
sistemləri
Şəkil 4.1. Proqramların təsnifatı
58
«istifadəçi – kompüter» əlaqəsi klaviatura vasitəsilə müəyyən
olunmuş formatda daxil edilən əmrlərin köməyi ilə qurulur.
Məsələn, MS-DOS əməliyyat sistemində «readme.txt» faylının
nüsxəsini «C:\AB» kataloqundan «A:\DOC» kataloquna
köçürmək üçün sistemin əmrlər sətrində
klaviatura vasitəsilə
aşağıdakı şəkildə əmr yığmaq lazımdır:
copy C:\AB\readme.txt A:\DOC.
Aydındır ki, belə interfeys rahat deyil, çünki əməliyyat
sistemlərinin çoxsaylı əmrlərinin formatlarını - standart yazılış
qaydalarını yadda saxlamaq, əmrləri hər dəfə klaviatura vasitəsilə
təkrar yığmaq və bu zaman əmrin formatına tam riayət etmək tələb
olunur. Örtük proqram istifadəçiyə əməliyyat sistemlərinin həmin
əmrlərini xüsusi düymələrin (əsasən funksional düymələrin və ya
düymələr kombinasiyasının) köməyi ilə daha tez və rahat yerinə
yetirməyə imkan verir.
Kompüterin texniki hissələrinin
və ya ona qoşulmuş
qurğuların işini idarə edən proqramlar
drayver
adlanırlar.
Drayverlər əməliyyat sistemlərinə daxil ola bilər və ya sonradan
həmin qurğular kompüterə qoşulduqda sistemə əlavə olaraq yazıla
bilər. Məsələn, yaddaş qurğularının (disk, disket, CD-ROM və s.),
monitorun, klaviaturanın, siçanın, printerin,
şəbəkə adapterinin,
digər qurğu və adapterlərin idarə olunması üçün müxtəlif
drayverlərdən istifadə olunur.
Dostları ilə paylaş: