62
Alqoritm
Təbii
insan dili
Proqramın mətni
Proqramlaşdırma dili
Yüksək səviyyə
Aşağı səviyyə
Həll edilən məsələ
Şəkil 4.2. Proqramların hazırlanması proseduru
Yerinə
yetirilə bilən
proqram
Maşın dilində proqram
(0 və 1)
Proqramlaşdırma dillərinin formallaşdırılması dərəcəsindən asılı
olaraq, onları
yüksək
və
aşağı
səviyyəli
dillərə
bölürlər.
Yüksək səviyyəli proqramlaşdırma dilləri
insan dilinə daha
yaxın olur. Onların operatorları təbii dilin sözləri ilə ifadə edilir.
Hər hansı proqramlaşdırma dilində proqramın
mətni insan
tərəfindən əl ilə mətn redaktorunda yaradılır. Proqramın ilkin
mətninin maşın dilində olan ikili koda
çevrilməsi isə translyator
adlanan xüsusi proqram təminatları vasitəsilə yerinə yetirilir.
Yüksək səviyyəli proqramlaşdırma dilləri insan dilinə yaxın
olduğuna görə aşağı səviyyəli proqramlaşdırma dillərinə nisbətən
daha sadədir. Bu dillər kompüterin qurğuları, onların elektron
quruluşu haqqında geniş bilik tələb
etmədiyinə görə kompüter
texnikası sahəsində peşəkar mütəxəssis olmayan insanlar onların
köməyi ilə çox böyük çətinlik çəkmədən proqramlar tərtib edə
bilərlər.