Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat



Yüklə 1,11 Mb.
səhifə55/59
tarix18.12.2022
ölçüsü1,11 Mb.
#76160
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   59
V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F r

İntellektual ölçmə sistemləri

Müasir dövrdə elm və texnikanın inkişafı sayəsində ölçmə vasitələri modern­ləşmiş və ölçmə üsulları təkmilləşdirilmışdır. Rabitə texnikasında istismarda olan AQ 7270 və FM 9800 seriyalı cihazlar kabel trassının istiqamətinin və kabelin basdırılma dərinliyinin təyin olunması üçün istifadə olunur. Bu məqsədlə axtarılan kabelə generator qoşulur. Güclənmənin avtomatik tənzimlənməsi sayəsində dəqiqləş­dirmə prosesindən istifadə edilmir. Dərinliyin təyin olunması xüsusi proqramla həyata keçirilir. İntellektual qəbul qurğusu xidmətin düzgün olmaması haqqında siqnal verən çoxlu sayda məlumatları induksiya edir. Bu cihazlar iki passiv və maksimum üç aktiv axtarış tezliklərinə malikdir. 3Vt gücündə olan generator lazımi halda optimal axtarış tezliyini avtomatik seçir. Bütün aktiv tezliklərin eyni zamanda istiqamətləndirilməsi ölçmə nəticələrinin dəqiq olmasını təmin edir. Aktiv tezlik diapazonu çıxış gücünü və veriliş tezliyinin parametrlərini tənzimləyir və bununla əlaqədar çətin hallarda optimal nəticələr əldə etməyə şərait yaradır. Passiv tezlik diapazonlarının köməyi ilə kabel və metal boru xəttlərini generatordan istifadə etmədən tapmaq və qazıntı işləri zamanı təsadüfi zədələnmələrin qarşısını almaq mümkündür.


Cihaz vasitəsilə aşağıdakı əməliyyatları aparmaq mümkündür:

  • Trassanın istiqamətinin dəqiq təyin edilməsi;

  • Kabelin torpaq altındakı dərinliyinin təyin edilməsi;

  • Güclənmənin fasiləsiz olaraq tam avtomatik tənzimlənməsi;

  • Optimal axtarış tezliyinin avtomatik müəyyən olunması və seçilməsi;

  • Birləşdirici muftalar haqqında məlumat;

  • Xəbərdarlıq siqnallarının intellektual şəkildə qəbul edilməsi;

  • Müxtəlif dərinliklərdə qoyulmuş kabellər arasında axtarılan kabelin dəqiq təyin edilməsi;

  • Şleyf müqa­vimətini ölçməsi mümkündür.

AQ 7270 və FM 9800 cihazlarının maksimum ölçmə dərinliyi 6 m, ölçmə dəqiqliyi 5 sm ± 5%, qida gərginliyi 6 ədəd 1,5 voltluq elementlə iş müddəti 30 saatdan çoxdur.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin