Şəkil 15.6. İmpuls cihazı vasitəsilə aparılan ölçmələr
İmpuls cihazı ilə ölçmə apardıqda ölçmə sxemi tərtib edilir və ekranda alınan reflektoqrammanı pasport qiymətləri ilə müqayisə edərək zədələnmə yerinə qədər olan məsafəni uyğun üsulla təyin edirlər.
Zədələnmə yerinə qədər olan məsafənin
körpü üsulu ilə təyini
Rabitə texnikasında xarakterindən asılı olaraq zədələnmə yerinə qədər olan məsafəni ölçmək üçün bərabər çiyinli körpü üsulundan ( Varley üsulu ), qeyri – bərabər çiyinli körpü üsulundan ( Murrey üsulu ), ikiqat körpü üsulundan ( Fişer üsulu ), şleyf müqaviməti üsulundan ( Blavye üsulu ) və iki eyni tərəfli körpü üsulundan ( Kupfmüller üsulu ) istifadə edilir. Bu üsulların hər birinin özünəməxsusluğu və tətbiq yerinin müxtəlifliyi olsa da, bunların içərisində ən geniş yayılmışları Varley və Murrey sxemləridir.
Dövrədə zədələnmə yerinə qədər olan məsafəni sabit cərəyanla qeyri - bərabər çiyinli körpü sxemi vasitəsilə təyin etmək üçün Murrey sxemi şəkil 15.7 – də göstərilmişdir:
Şəkil 15.7. Murrey sxemi
Sxemə əsasən tarazlıq şərti aşağıdakı kimidir:
rarx = rb (Rşl-rx) ( 15.2 )
Buradan
rx = Rşl [rb /(ra+rb)] ( 15.3 )
Əgər xətt 1 və xətt 2 naqilləri eynidirsə, onda
lx=2l [rb/(ra+rb)] ( 15.4 ) olacaqdır.
Sxemdə göstərilən rəl əlavə müqaviməti zədələnmə yeri A stansiyasına yaxın olduqda və körpünün tarazlaşdırılması çətin olduqda istifadə olunur. Tarazlaşdırma ra və rb müqavimətləri arasında fərq böyük olduqda çətinləşir. Nəzərə almaq lazımdır ki, ra və rəl arasındakı fərq böyük olduqda ölçmə xətası da artır. Əlavə müqavimətdən ( rəl = 10 ÷ 100 Om həddində götürülür ) istifadə olunduqda lx məsafəsi ra (rx + rəl ) = rb ( Rşl – rx ) şərtindən hesablanır. Qeyd etmək lazımdır ki, göstərilən üsulla lx məsafəsi ölçüldükdə zədələnmə yerindəki Rkeçid müqavimətinin qeyri stabil olması və naqillərin izolyasiya müqavimətindən çox kiçik olması səbəbindən xətanın qiyməti qeyri - müəyyən olur. Bu kəmiyyətlər münasib olduqda belə körpünün xəttə qoşulma nöqtəsi qeyri – müəyyən olduğundan yuxarıdakı bərabərliklər müəyyən qədər pozulur. Bu halı aradan qaldırmaq üçün zədələnmə yerinə qədər olan məsafəni təyin edərkən ölçmələrin hər iki stansiyadan müxtəlif üsullarla aparılması və ölçmə nəticələrinin müqayisə edilməsi tövsiyə olunur.
lx məsafəsinın təyin edilməsi üçün istifadə olunan normal naqil zədələnmiş naqildən fərqli olduqda, yaxud A və B stansiyaları arasında zədələnmiş naqil qeyri – bircins olduqda yuxarıda göstərilmiş düsturlardan istifadə etmək mümkün olmur. Bu halda zədələnmə yerinə qədər olan lx məsafəsini tapmaq üçün şleyf yaratmaq və yaxud 2 istənilən işlək naqildən istifadə etməklə başqa ölçmə üsulu tətbiq etmək olar.
Körpü üsulu ilə ölçmə apardıqda əlavə naqillərdən istifadə etməklə zədələnmə yerinin təyin edilməsi zamanı alınan qiymətlərdəki ölçmə xətaları 1 metrə qədər olduğuna görə çox vaxt zədələnmə yerinə qədər olan məsafənin dəqiq yerini kabel axtarıcısından istifadə etməklə induktiv üsulla təyin edirlər.
Dostları ilə paylaş: |