Вәһһаби Мәзһәби


Həzrət İsa və onun gözə görünməyən qeybi qüdrəti



Yüklə 1,5 Mb.
səhifə73/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   69   70   71   72   73   74   75   76   ...   98

4. Həzrət İsa və onun gözə görünməyən qeybi qüdrəti


Quran ayələrini araşdırmaqla Həzrət Məsihin (İsa) gözə görünməyən qeybi qüdrətinin şahidi oluruq. Quran Həzrət Məsihdən belə nəql edir. “Mən, həqiqətən, Rəbbiniz tərəfindən möcüzə ilə sizə (peyğəmbər) gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır” /Ali-İmran surəsi, 49/.

Əgər Həzrət Məsih bütün işlərini Allahın izni ilə görürsə, buna görədir ki, heç bir peyğəmbər Allahın izni olmadan belə bir iş görə bilməz.

“Allahın izni olmadan heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz” /Rəd surəsi, 38/.

Bununla belə Həzrət Məsih gözə görünməyən qeybi işləri özünə aid edir. “Düzəldərəm”, “üfürərəm”, “sağaldaram” və “dirildərəm” sözlərini buna sübut ola bilər.

Yusif, Musa, Süleyman və Məsih peyğəmbərdən başqa digər peyğəmbərlərin2 və mələklərin də qeybi qüdrəti vardır. Quran Cəbrayıl mələyi “çox qüvvətli olan”3 və digər mələkləri isə “İşə əncam çəkənlər” kimi tanıtdırmışdır.

Quranda mələklər “dünya işinə əncam çəkənlər”, “canları alanlar”, “insanları qoruyanlar”, “əməlləri yazanlar” və “günahkar, üsyankar qəbilə və milləti məhv, yox edənlər” kimi tanıtdırılmışdır.

Hər kim Quranla daha dərindən məşğul olsa, mələklərin Allahın izni ilə gözə görünməyən qeybi qüdrətə sahib olub fövqəladə işlər gördüyünün şahidi olar.

Əgər qeybi qüdrətə əqidə ilə inanmaq allahlığa gətirib çıxarırsa, onda mələklər də Quranda Allah kimi tanıtdırılardı.

Müşkülün həlli yolu yalnız yuxarıda deyilən kimidir. Belə ki, müstəqil (Allaha bağlı olmayan) qüdrət ilə kəsb olunan (Allahın izni ilə) qüdrət arasında fərq olmalıdır. Bəşərin müstəqil qüdrətinə inanmaq şirk sayılır. Amma hər bir əməldə kəsb olunan qüdrətə inanmaq isə tovhid sayılır.

Bura qədər aydın oldu ki, övliyaların “qeybi qüdrətinə” inansaq, onları Allahın təyin etdiyi vasitələr bilsək, belə bir əqidə şirk yox, tovhidin özüdür. Təbii qüdrəti insana və qeybi qüdrəti isə Allaha aid etmək tovhidin əsası sayılmır. Əksinə, tovhidin mahiyyəti budur ki, bütün bu işləri istər təbii qüdrət, istərsə də qeybi qüdrəti Allaha aid edək və Onu bütün işlərin və qüdrətlərin başlanğıcı bilək.

İndi isə Allah övliyalarından adət xaricindən kənar olan işlər görməsi haqda bəhsi araşdıraq. Məgər bəşər qüdrətindən xaric olan işləri istəmək şirk sayılırmı?

Hər bir məxluqun “Səbəb və nəticə” (determinizm) qanununa əsasən özünə görə bir səbəbi vardır. Səbəbsiz bir şeyin əmələ gəlməsi qeyri-mümkündür. Nəticədə isə dünyada heç bir şey səbəbsiz yaradılmamışdır. Peyğəmbərin və övliyaların möcüzə və kəramətləri də illətsiz deyildir. Əgər Musanın əsası əjdahaya dönürsə, Məsih ölüləri dirildirsə, İslam Peyğəmbəri ayı iki yerə bölürsə və yaxud əlində tutduğu kiçik daşlar Allaha zikr deyirsə, bunların heç biri illətsiz deyil. Lakin bu işlərin əsaslı bir iləti vardır ki, bunu maddi və təbii illət adlandırmaq olmaz. Bəzi vaxtlar belə təsəvvür olunur ki, insandan təbii işləri istəmək şirk deyildir. Lakin fövqəladə olan işləri istəmək isə şirk sayılır.

Cavab:

Quranda peyğəmbərlərdən və yaxud bəzi insanlardan bəşər qüdrətinin təbii və maddi hüdudlarından xaric olan işlərin görülməsi tələb olunur. Quran peyğəmbərləri və övliyaları tənqid etmədən onlardan belə bir işin görülməsini tələb edir. Quranda açıq-aşkar deyilir:



“İnsanlar quraqlıqdan nicat tapmaq üçün su istəməyə Musanın yanına gəldilər.”

“Ümməti ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” −deyə vəhy etdik (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı.”

“Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, biz ona: “Əsanı daşa vur!” −dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki bulaq qaynadı.”1

Diri adamdan bəşər qüdrətindən kənar olan bir şey istəmək, demək olar ki, mümküdür. Lakin bizim sözümüz bundadır ki, belə bir işi ölüdən istəmək olar, ya yox? Bunun cavabı hamıya məlumdur. Çünki ölüm və həyat tovhidin əsli ilə uyğun olan əməldə təfavüt yarada bilməz. Belə ki, birində şirk və digərində tovhid kimi qələmə verilsin. Həyat və ölüm fayda verib-verməməsində təsir göstərə bilər, ancaq tovhidlə şirkdə isə heç bir fərq ola bilməz.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin