Nəqli dəlillər / Quran ayələri /:
1. “Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”5
2. “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər. Onlar Allahın öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə, görməyəcəklərinə görə şadlıq edirlər.”1
“(Ya Məhəmməd!) hər ümmətdən (Peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?”2
“Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və çəkindirən bir şəxs göndərdik.”3
“Bəlkə, (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm.” Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra Qiyamətədək qalacaqları Bərzəx aləmi) vardır.”4
“Onlar (ölən gündən Qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar.”5
Bütün bu ayələrin hamısı öləndən sonra ruhun vasitəsilə həyatın davam etməsinə şəhadət verir.
Vəhhabilərin əsas götürdükləri bu iki ayədən (Nəml, 80, Fatir 22) məqsəd yerin altında dəfn olunan ölülərin dərrakəsiz olduğuna sübut ola bilməz. Əksinə, ruh bədəndən ayrıldığına görə bədən özü dərrakəsiz və cansız bir əşya olur. Ruh isə buna aid ola bilməz.
Lakin diqqət yetirmək lazımdır ki, biz torpaq altında dəfn olunmuş bədəndən yox, Bərzəx aləmində bərzəx cəsədləri ilə yaşayan ən müqəddəs ruhlardan şəfaət və yaxud hacət istəyirik. Çünki Quran hökmünə əsasən onlar diridirlər. Deməli, biz boş bədənlə yox, əksinə, ruhlarla söhbət edir, onlardan şəfaət istəyirik.
Əgər ölülərin torpaq altında qalmış bədənlərinin dərrakəsi yoxdursa, bu o demək deyildir ki, onların Quran ayələrinə əsasən, Allah dərgahında ruzi yeyən pak və təmiz ruhlarının da dərrakəsi yoxdur.
Əgər biz onlara salam veririksə, şəfaət istəyiriksə və yaxud onlarla danışırıqsa, deməli, bizim onların bədənləri ilə yox, müqəddəs ruhları ilə işimiz var. Əgər onların qəbirlərinin, dəfn olunduqları yerlərin və evlərinin ziyarətinə gediriksə, bu ona görədir ki, onlarla ruhi əlaqə yaratmaq üçün özümüzü hazırlaşdırırıq. Hətta əgər onların bədənlərinin torpağa dönməsini belə bilsək, (baxmayaraq ki, İslam rəvayətləri bunun ziddinədir) yenə yuxarıda qeyd olunan yollarla, onların müqəddəs ruhları ilə əlaqə və bağlılıq yaratmalıyıq.
On beşinci fəsil
Dostları ilə paylaş: |