Вәһһаби Мәзһәби



Yüklə 1,5 Mb.
səhifə63/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   59   60   61   62   63   64   65   66   ...   98

Açıqlama:


1) Allahdan başqasını çağırmağın və dua etməyin haram olmasının səbəbi mütləq çağırmaq və kömək istəmək deyil. Əksinə, dua etməyin haram olmasına əsas səbəb Allahdan başqasına sitayiş etməkdir. Ayənin başlanğıcında gələn cümləyə (Bütün məscidlər Allaha məxsusdur) əsasən, çağırmaqdan və dua etməkdən məqsəd ibadətə gətirib çıxaran xüsusi çağırış, dua diləmək və kömək istəməkdir. Yəni, bir şəxsi dünyanın Allahı, rəbbi, idarə edəni, yaradanı və mütləq hakimi hesab edib, onun qarşısında zəlilliklə, sonsuz təvazökarlıqla dayanmaq haram və şirkdir.3

Allahın şəfaət üçün izn verdiyi bəndələrdə yuxarıda qeyd olunanların heç biri yoxdur.

2) Ayədə bir kəsi Allahın məqamı ilə bir edib Onunla birlikdə çağırmaq haram sıyılır. Quranda “məəllah” ərəb kəlməsi (“Allahla birlikdə”) bunu izah edir. Əgər bir şəxs Peyğəmbərdən onun haqqında dua etməyi, Allahdan onun günahlarının bağışlanmasını diləsə və yaxud hacətini istəsə, belə olan halda heç vaxt Allahla birlikdə heç kimi çağırmayıb. Əksinə, bu diləyiş və çağırış əslində Allahı çağırmaqdır, Allahdan diləməkdir.

Əgər bəzi ayələrdə bütlərdən hacət və kömək istəmək şirk sayılırdısa, səbəbi budur ki, onlar (bütpərəstlər) bütləri kiçik Allah, İlahi işlərin hamısında və yaxud bəzisində ixtiyar sahibi hesab edirdilər və öz məqsədlərinə çatmaq üçün bütləri qüdrətli bilirdilər. Elə buna görə də Quran bu kimi fikirləri tənqid edərək buyurur:

“Sizin ondan (Allahdan) başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir kömək edə bilər”4 ; “Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları sizə cavab versinlər.”5 Bir sözlə, müşriklər bütləri kiçik Allah adlandırmaqla bütün işlərdə bunları ixtiyar sahibi və qüdrətli bilirdilər. Lakin Allahın şəfaət haqqı və məqamı vermiş bəndəsində bu şərtlərin heç biri yoxdur.

3) Çağırışın geniş mənası vardır. Adətən ibadətdə məcazi mənada işlədilir. Ayədə6 və hədislərdə işləndiyi kimi sübut gətirilmişdir. Halbuki məcazi mənada işlənən bu kimi sözləri əsas götürməklə “çağırmaq” kəlməsini həmişə ibadət mənasına yozub əqli cəhətdən kömək və hacət istəyəni şirkə məhkum etmək olmaz. Lakin “dəvət, çağırmaq” kəlməsinin əsl mənası oxumaq, diləmək və istəməkdir. Bu bəzən ibadət mənasında işlənir. Çox vaxtlar isə ibadət mənasını yox, başqalarını çağırmaq, səsləmək, mənasını ifadə edir.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin