3. Allahdan başqa bir kimsədən şəfaət istəmək haramdır
Vəhhabilərin “İlahi övliyalardan şəfaət istəməyin” haram olması haqda üçüncü dəlilləri bundan ibarətdir: Quranın hökmünə əsasən dua vaxtı Allahdan başqasını çağırmaq bəşərdən şəfaət istəmək, Allahdan başqasından kömək diləmək sayılır.
Quran bu haqda buyurur:
“Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin (heç kəsi çağırmayın).”1
Allahdan başqasını çağırmaq haram sayılır. Digər tərəfdən də Allah övliyalarına şəfaət vermək səlahiyyəti verilmişdir. Bu iki cümləni bir yerə topladıqda belə başa düşülür ki, Allah övliyalarının şəfaətini onların özündən yox, Allahdan istəyək.
Belə bir çağırışın ibadət və sitayiş olmasına aşağıdakı ayə şəhadət verir.
“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!”2
Ayənin əvvəlində “dua”, axırında isə “ibadət” kəlmələrinin işlənməsinə diqqət yetirin. Bu, dua ilə ibadətin eyni mənada olmasına dəlildir. Əxlaq kitablarında deyilir: “Dua etmək sitayiş və ibadət etməyin başlanğıcıdır.”
Dostları ilə paylaş: |