Вәһһаби Мәзһәби


On dördüncü fəsil Şəfaət diləməyin qadağan olması barədə vəhhabilərin gətirdikləri dəlillərin araşdırılması



Yüklə 1,5 Mb.
səhifə60/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

On dördüncü fəsil

Şəfaət diləməyin qadağan olması barədə vəhhabilərin gətirdikləri dəlillərin araşdırılması

Ötən fəsildə şəfaət diləməyin caiz olması haqda dəlillərlə tanış olduq. İndi isə, belə bir dilək barədə müxalif olanların dəlilləri ilə tanış olaq. Müxalif tərəf özünün bir sıra düşüncələri ilə Allah övliyalarından şəfaət diləməyi qadağan etmişdir. Bu bəhsin təhlilini qısa surətdə sizə təqdim edirik.


1. Şəfaət diləmək şirkdir


Bu dəstənin söylədiyi şirkdən məqsəd ibadətdə olan şirkdir. Onlar şəfaət diləməyin şəfaətçiyə sitayiş olduğunu iddia edirlər.

Doqquzuncu fəsildə ibadət barədə müfəssəl surətdə bəhs edib aydınlaşdırdıq ki, hər hansı bir şəxsə edilən hər növ diləyiş və ya ondan şəfaət diləmək o surətdə ibadət hesab olunur ki, tərəf-müqabili yaradılışın Allahı, Pərvərdigarı, Rəbbi və ya ilahi işlərin başlanğıcının sahibi kimi qəbul edək. Bundan qeyi-surətdə olan bütün növ dua və diləyişlər, təzim və təvazökarlıqlar heç bir zaman ibadət sayılmayıb və sayılmayacaqdır.

Allah dərgahının həqiqi şəfaətçilərindən (Allahın onlara şəfaət etməyə izn verdiyinə görə) şəfaət diləyənlər onları Allah dərgahına yaxın adamlar və Allahın seçilmiş bəndələri kimi hesab edirlər. Onlar nə allahdırlar, nə də məğfirət və şəfaət kimi Allaha xas olan işlər olara tapşırılmamışdır ki, istədikləri kimi Allahın izni olmadan hər kimi istəsələr şəfaət edib günahından keçsinlər. Bu kimi şəxslər Allahın izni ilə Allah və şəfaətçilərin mənəvi bağlılıqları qırılmamış xüsusi şəxslərin günahlarının bağışlanmasını diləyə bilərlər. Bu surətdə şəfaətçini Allahın ən yaxın bəndələrindən başqa bir şey hesab etməyən şəxsin belə bir istəyi heç vaxt ibadət sayılmır. Əlbəttə, əgər belə bir istək ölü halında şəfaətçiyə pərəstiş kimi hesab olunursa, diri halında da təbii olaraq şəfaətçiyə ibadət kimi hesab olunmalıdır.

Keçən bəhsdə xatırlatdıq ki, Quran və sünnə müsəlmanlara buyurur ki, Peyğəmbər hüzuruna gəlib onlardan ötrü bağışlanmaq diləməsini xahiş etsinlər. Belə bir diləyiş diri halında diri halında şəfaət diləməkdən başqa bir şey deyildir. Və heç vaxt ola bilməz ki, bir əməl həm şirk və həm də tovhid olsun. Daha geniş şəkildə desək, onlar belə deyirlər:

“Şəfaət Allaha məxsus bir iş və ya Ona xas bir hüquqdur. Ona məxsus olan hüququ başqasından diləmək ibadət sayılır”

Hətta onlar bu sözü eyni ilə xəstə üçün övliyalardan dilənən şəfa və buna oxşar şeylər barədə də təkrar edib deyirlər ki, bu kimi diləyişlər Allaha məxsus olan işi başqasından diləməkdir. Təbii olaraq belə bir diləyiş də tərəfi-müqabilə sitayiş və ibadət kimi qəbul edilir.

Onların bu sübutlarının cavabı keçən bəhslərdə diqqət, yetirməklə tamamilə aydın olur. Bəhsin mövzusu bundan ibarətdir:

Bu ümumi qanun barədə müsəlmanların heç birinin ixtilafı yoxdur. Hamılıqla Allaha məxsus olan işi başqasından istəməyin həmin şəxsə ibadət olmasını etiraf edirlər və Onun ilahiyyat əqidəsinə səbəb olur. Allaha məxsus olan işdən məqsəd nədir? Hələ də vəhhabi yazıçıları vəalimləri bu üç əsr ərzində Allaha məxsus olan iş barədə kiçik bir məqalə, elmi əsər yazmamışlar. Belə olan halda, əsas və sübut gətirməyin öz faydasızdır. İbadətin tərifində bir çox ayələrdə Allaha məxsus işlərin Allahdan başqasına da aid edildiyi qeyd olunmuşdur. Məsələn, öldürmək barəsində ayədə buyurulur:

“Dirildən də, öldürən də Odur” /Mumin surəsi, 85/.

Bəzi ayələrdə bu iş Allahdan başqasına da aid edilir. Belə ki, aşağıdakı ayədə buyurur:

“Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar.”1

Bu təkcə öldürmək işi deyildir ki, Ona məxsus olan iş başqasına aid edilmiş olsun. Əksinə, Allaha məxsus olan işlərin və yalnız Ondan tələb olunması lazım olan şeylərin bir hissəsini başqasından dilənilməsinə də icazə verilmişdir. Quran müsəlmanlara gecə-gündüz bu kəlməni deməyə göstəriş verir:

“Yalnız və yalnız Səndən kömək diləyirik” /Fatihə, 5/.

Lakin başqa ayələrdə də namaz və səbir kimi Allahdan başqa şeylərdən də kömək diləməyi göstəriş vermişdir. “(Müsibət vaxtında) səbir edib namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu ağır iş olsa da, (Allaha) itaət edən üçün ağır deyildir.”2

Əgər biz Allaha məxsus olan işin başqasına da aid edilməsi barədə bəhs edən ayələri burada qeyd etmək istəsək, sözümüz uzun çəkər.2 Bizə lazım olan isə Quran baxımından ixtilafı aradan qaldırmaq və Quranın məqsədini öyrənməkdir.

Öz istəyimizi nəzərə almadan bu işlərin iki surəti vardır:

1− İş görən varlıq heç kimə arxalanmadan, heç kimdən kömək almadan və nəhayət, heç kimin razılığını qəbul etmədən öz işini həyata keçirtsin. Məsələn, bir canlını öldürsün və yaxud bir canlıya kömək etsin.

2− Yuxarıdakı işləri həyata keçirən bir varlığa arxalanıb, yüksək məqamından qüdrət alıb o varlığın izni ilə bu işləri həyata keçirtsin.

Birinci surətdə əməl Allaha, ikinci surətdə isə əməl insana və ya Allahdan başqasına aiddir. Allahın işi (feli) və insanın işi təkcə bu surətlə açıqlanmır. Əksinə, Allahın və Ondan qeyrisinin işini tanımaq üçün bu ümumi bir qaydadır.

Allahın işi diriltmək, öldürmək, şəfa vermək, ruzi yetirmək və sairə başqalarına ehtiyacı olmamaqdan ibarətdir. Allahdan başqası öz işərində özündən üstün və məqamı yüksək olan varlığa bağlı olan halda o varlığın izni olmadan heç bir iş görə bilməz. Bu qaydaya əsasən, Allaha məxsus olan şəfaətin saleh bəndələrindən istənilən şəfaətdən fərqli olduğu bəlli olur.

Əgər Allah övliyasından birinci surətdəki kimi şəfaət istənilsə, onda bu əməl Allahın işini başqasından istəmək və həmçinin ibadət sayılır. Lakin, əgər ikinci surətdəki kimi şəfaət istənilsə, yəni izn verilmiş və məhdud şəfaət istənilsə, onda bəşərə məxsus olan iş istənilir.

Bu qaydaya əsaslanaraq vəhhabi yazıçılarının söylədiklərinin əsassız olduğu sübuta yetirilir. Yəni bu kimi istəklərin istər şəfaət və buna oxşar başqa işlərin iki sürətdə olduğu bəlli olur. Heç bir təkallahlığa inanan bəndə Allah övliyalarından birinci surətdə deyildiyi kimi iş istəmir. Heç ki, hətta İslami düşüncəsi zəif olan adamlar belə bu övliyaları dünyanı yaradıb müstəqil idarə edən, Allahın işləri onlara tapşırılmış, şəfaət və kömək işlərində heç bir məhdudiyyəti olmayan varlıq bilmirlər.

Nəticədə isə məhdud və izn verilmiş şəfaəti bəşərdən istəmək Allaha məxsus olan iş hesab olunur. Biz gələcəkdə “Allahın işinin” xüsusiyyətləri haqqında söhbət açacağıq.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin