Вәһһаби Мәзһәби


Şəfaət diləməyin düzgün olması barədə bizim sübutlarımız



Yüklə 1,5 Mb.
səhifə56/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   52   53   54   55   56   57   58   59   ...   98

Şəfaət diləməyin düzgün olması barədə bizim sübutlarımız


Şəfaət diləməyin mümkünlüyü barədə bizim sübut və dəlillərimiz iki hissədən ibarətdir. Hər iki mətləbin sübutu olması ilə bu məsələ tam aydınlaşacaqdır. Bu iki mətləb aşağıdakılardan ibarətdir:

1. Şəfaət diləmək elə dua etməyin özüdür.

2. Layiqli şəxslərdən dua etmələrini istəmək müstəhəb bir əməldir.

1− Şəfaət diləmək elə dua etməyin özüdür


Peyğəmbər və başqa saleh şəfaətçilərin şəfaəti Allah dərgahında dua və yalvarışdan başqa bir şey deyildir. Allah dərgahında olan məqam və dərəcələrinə görə günahkarlar barədə etdikləri duanın təsiri nəticəsində mehriban Allah öz geniş lütf və mərhəmətini günahkar şəxslərə şamil edib onları bağışlayır. Mömin qardaşdan duanın istənilməsi əziz Peyğəmbər tərəfindən çox bəyənilən bir işdir. İslam alimlərindən heç biri istər vəhhabi olsun, istərsə də qeyrisi, bu əməlin düzgün olması haqqında heç bir şübhədə olmamışlar.

Əlbəttə, demək olmaz ki, şəfaətin mahiyyəti məhşərin bütün dayanacaqlarında Allah dərgahına edilən həmin duadır. Amma demək olar ki, onun açıq-aydın mənalarından biri də duadır:

“Ey Allah dərgahında böyük rütbə və məqamı olan şəxs! Bizim barəmizdə şəfaət elə”−deyən şəxslər də həmin bu mənanı nəzərlərində tuturlar.

Nizaməddin Nişaburi bu ayənin − “Yaxşı işə havadar olana (onun savabından), pis işə havadar olana isə (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. Hər şeyin əvəzini verəndir”1−təfsirində deyir:

“Şəfaət müsəlmanlar üçün edilən həmin duadır.”

Peyğəmbərdən nəql olunmuşdur ki, hər kim müsəlman qardaşının arxasınca dua etsə, onun duası müstəcab olar. Bir mələk də ona nida edib: sənin üçün də onun kimi olacaq − deyə səsləyər.

İbn Teymiyyə o şəxslərdəndir ki, diri şəxsdən dua edilməsini istəməyi düzgün hesab edirlər. Buna əsasən, şəfaət diləmək təkcə Peyğəmbər və övliyalara məxsus deyildir, əksinə belə bir diləyi Allah dərgahında qədr-qiyməti olan hər mömindən istəmək olar.

Fəxr Razi də şəfaət kəlməsini Allah dərgahına edilən dua və yalvarış kimi təfsir edən şəxslərdəndir. “Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təsdiq edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!”2

Fəxr Razi yüxarıdakı ayənin təfsirində belə deyir:

“Mələklərin təkcə günahkarlar barədə şəfaət etməsinə bu ayə şahiddir. Həmin bu dəstə barədə (möminlər) əziz Peyğəmbərimizin və başqa peyğəmbərlərin də şəfaəti bundan ibarətdir. Çünki Allah-taala belə göstəriş verir:

“Həm öz günahlarını3, həm də mömin kişilərin və qadınların günahlarının bağışlanmasını dilə”/ Məhəmməd surəsi, 19/.

Həzrət Nuh özü valideyləri, ona iman gətirənlər və Qiyamətə kimi gələn imanlı şəxslər barədə Allahdan bağışlanmaq istəmiş və bu yolla da şəfaətçilik risalətini yerinə yetirmişdir.

“Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni, bütün mömin kişiləri və qadınları bağışla.”4

Yuxarıdakı sitatdan belə çıxır ki, Fəxr Razi şəfaəti günahkar şəxs haqqında edilən dua kimi qəbul etmiş, şəfaət diləməyi isə dua edilməsini diləmək tək hesab etmişdir.

İslam hədislərində bir müsəlmanın başqa müsəlman barədə etdiyi duanın şəfaət olması sübuta yetirilib. İbn Abbas Peyğəmbərdən belə nəql edir: “Əgər bir müsəlman ölsə və şirk etməyən qırx nəfər onun cənazəsinə namaz qılsalar, Allah-taala o müsəlman barədə onların etdiyi şəfaəti (duanı) qəbul edər.”5

Bu hədisdə dua edən şəfaətçi kimi tanıtdırılmışdır. Əgər bir şəxs öz sağlığında qırx nəfər vəfalı dostundan xahiş edib ölümündən sonra onun cənazəsinə namaz qılmalarını və onun haqqında dua etmələrin istəsə, onlardan şəfaət istəmiş və bununla da Allah bəndələrinin şəfaətinin müqəddiməsini hazırlamış olur.

Səhih-Buxaridə “Onlar yağış yağdırmasını diləməkdən ötrü öz imamında şəfaət istəyən zaman imam onların diləyini rədd etmir” və “quraqlıq vaxtı müşriklər müsəlmanlardan şəfaət istəyən zaman” adlı başlıqlar vardır.6

Bu iki fəsildə nəql olunan rəvayətlər şəfaət diləmək sözünün dua istəmək mənasında olmasına və bundan başqa mənaya təfsir olunmamasına sübutdur. Bura qədər istidlalın birinci mərhələsi aydınlaşdırıldı.

Beləliklə, şəfaət istəməyin dua edilməsini istəməkdən bişqa bir iş olmadığı sübuta yetirildi. İndi isə istidlalın ikinci mərhələsi olan mömin qardaşdan şəfaət diləməyin tamamilə müstəhəb bir əməl olduğunu sübuta yetirək.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin