Вәһһаби Мәзһәби


- Quran və layiqli şəxslərdən dua diləmək



Yüklə 1,5 Mb.
səhifə57/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   53   54   55   56   57   58   59   60   ...   98

2- Quran və layiqli şəxslərdən dua diləmək


Peyğəmbərin insanların bağışlanması haqda duasının çox təsirli və faydalı olmasına Quran şəhadət verir:

a) “Öz günahlarının və möminlərin günahlarının bağışlanmasını dilə.”1

b) “Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır.”2

Əgər Peyğəmbər duası bu qədər faydalıdırsa, bir şəxsin barəsində belə bir duanın ondan istənilməsinin nə eybi vardır? Başqa bir tərəfdən də axı duanın istənilməsi şəfaətin istənilməsindən başqa bir şey deyildir.

v) “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”3

Bu ayədə “sənin yanına gələrdilər” sözündən məqsəd onların Peyğəmbərin yanına gəlib ondan dua və bağışlanmaq diləməkləridir. Əgər məqsəd bu olmasaydı, onların gəlməyinin də mənası olmazdı. Peyğəmbərin hüzuruna təşrif gətirib dua diləməyin özü də qəlblərin oyanmasına, duanın müstəcab olmasına səbəb olan əsas amillərdən biridir.

q) Qurani-kərim Yəqub övladları barədə nəql edir ki, onlar öz atalarından Allahdan bağışlanmalarını istədilər. Yəqub da onların bu diləyini qəbul edib öz vədəsinə əməl etdi:

“(Oğlanları ona!) Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”4

Bütün bu ayələr şəfaət hesab olanan pyğəmbərlərdən və başqa saleh bəndələrdən dilənən duanın İslam nəzərindən heç bir iradı olmadığını sübut edir. Möminlərdən dua diləmək haqqında olan rəvayətləri mövzunun qısa olması üçün nəql etmədik.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin