Вәһһаби Мәзһәби


İslam hədisləri və səhabənin həyat tərzi



Yüklə 1,5 Mb.
səhifə58/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

İslam hədisləri və səhabənin həyat tərzi


Əhli-təsənnün səhihlərinin birinin müəllifi məşhur hədisçi Tirmizi Ənəsdən belə nəql edir:

“(Ənəs deyir:) Peyğəmbərdən Qiyamət günü mənə şəfaət etməsini xahiş etdim. O da mənim xahişimi qəbul edib “şəfaət edərəm” deyə buyurdu. Ərz etdim ki, ya Rəsulullah, o gün sən harada olacaqsan? Buyurdu: Sirat körpüsünün kənarında.”5

Ənəs təbii incəliklə Peyğəmbərdən şəfaət diləyir və o da qəbul edib ona müjdə verir. Peyğəmbərin səhabələrindən olan Səvad Qarib şerlərindən birində Peyğəmbərdən şəfaət diləyərək deyir:

“Ey Rəsulullah! Qiyamət günü mənə şəfaətçi ol. Elə bir gün ki, başqalarının şəfaətini Səvad Qəribə heç bir xeyri və faydası olmayacaqdır.”6

Himyər qəbiləsindən Təbə adlı bir nəfər Peyğəmbər doğulmamışdan qabaq eşitmişdi ki, tezliklə Ərəbistan torpağından Allah tərəfindən bir peyğəmbər seçiləcəkdir. O, ölümündən qabaq bir məktub yazıb öz yaxınlarına verərək xahiş edir ki, bir gün əgər Allah tərəfindən belə bir peyğəmbər seçilsə, mənim məktubumu ona yetirin. O məktubda yazmışdı:

“Əgər ömür vəfa etməyib səni dərk etməmişdən qabaq ölsəm, axirətdə mənə şəfaətçi ol və məni yaddan çıxarma.”

Məktub Peyğəmbərə yetişən zaman üç dəfə buyurdu:

“Afərin saleh qardaşım Təbəə.”7

Əgər şəfaət diləmək şirk olsaydı, Peyğəmbər heç vaxt ona qardaş deyib üç dəfə afərin deməzdi.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin