Вәһһаби Мәзһәби


On üçüncü fəsil Allah övliyalarından şəfaət diləmək



Yüklə 1,5 Mb.
səhifə55/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   51   52   53   54   55   56   57   58   ...   98

On üçüncü fəsil

Allah övliyalarından şəfaət diləmək


Biz “şəfaət” sözünün mənası ilə tanışıq. Bir şəxsin günahından və onun mühakimə olunmasından araya söz düşəndə, bişqa bir şəxsin müdaxilə edib həmin adamı ölümdən, edamdan və ya zindandan azad etmək üçün fəaliyyətini və vasitəçiliyi görərkən deyirik:

Filankəs ondan ötrü “şəfaət” etdi. Birinin günahkar bir şəxsə nicat verməsi üçün etdiyi vasitəçiliyə şəfaət deyilməsinin səbəbi budur ki, şəfaətçinin mövqeyi və onun təsir qüvvəsi şəfaət olunanın vücudunda olan xilas olma arzusu ilə birləşərək (və cütləşərək), biri digərinin köməyi ilə, günahkar şəxsin xilas olmasına səbəb olur. Allah övliyalarının günahkarlar üçün şəfaəti o deməkdir ki, Allahın əziz bəndələri Allah dərgahında olan hörmət və rütbələrinə görə (əlbəttə, Allahın izni ilə xüsusi qaydalar əsasında) günahkarlar üçün vasitəçilik edə, dua və yalvarış yolu ilə böyük Allahdan onların təqsir və günahlarının bağışlanmasını istəyə bilərlər. Şübhəsiz, onların şəfaət etmələri və şəfaətlərinin qəbul olunması bir sıra şərtlərdən asılıdır. Bu şərtlərdən bəzisi günahkar şəxsin özünə və bəzisi də günahın şəfaətinə bağlıdır. Başqa bir ifadə ilə desək, şəfaət Allah övliyalarının Allahın izni ilə Allah ilə olan mənəvi əlaqələrini və övliyalarla ruhi bağlılıqlarını kəsməmiş günahkar şəxslərə kömək etməsidir. Bu qayda-qanun həmişə qorunmalıdır. Başqa bir mənada desək, şəfaət ağlar halda bir şəxsə tərəf can atmaq və təkamül istedadı olan rəzil bir şəxsin ali dərəcələrdə olan şəxsdən qanuni olaraq kömək istəməsidir. Əlbəttə, kömək diləyən gərək ruhi kamillik nəzərindən o qədər də süqut etməməli, təkamül və çalışqanlığı əldən verməyib özünün pak insana dönməsi imkanını məhv etməməlidir.

Peyğəmbərin (s) zamanında bu dövrə qədər müsəlmanlar həmişə doğru şəfaətçilərdən istər diri halda və istərsə də ölü halda şəfaət diləmişlər. Belə bir diləyi İslam alimlərindən heç biri islam əqidəsinin kökləri ilə zidd bilməmişlər.

Elə ki, İslamın VII-ci əsrində İbn Teymiyyə dünyaya göz açdı, özünəməxsus xüsusi bir tərzi-təfəkkürlə bu və bir sıra müsəlmanlar arasında yayılmış sünnə qaydalarına müxalif oldu. Ondan üç əsr sonra Məhəmməd ibn Əbdül Vəhhab Nəcdi müxalifət bayrağını yenidən qaldıraraq İbn Teymiyyənin məktəbini daha da şiddətli surətdə yenidən dirçəltdi. Vəhhabilərin başqa islami firqələrlə ixtilaflı məsələlərindən biri də budur ki, onların başqa müsəlmanlar kimi şəfaəti islami köklərdən biri kimi qəbul etməsinə, Qiyamət günü şəfaətçilərin ümmətin günahkarları haqda şəfaət edəcəklərinə və əziz Peyğəmbərin bu haqda böyük payı olacağına əqidə bəsləmələri olmasına baxmayaraq, eyni halda da deyirlər ki, bu dünyada onlardan şəfaət diləməyə haqqımız yoxdur. Bu mövzuda onlar o qədər ifrata varmışlar ki, söylədikləri sözləri burada sadalamaq ruhi narahatlığa səbəb olar. Onların sözünün qısası budur ki, İslam Peyğəmbərinin, başqa peyğəmbərlərin, mələklər və övliyaların Qiyamət günü şəfaət etmək hüquqları vardır. Lakin bununla belə, şəfaəti gərək şəfaət sahibi olan və ona izn verən Allahdan istəyib deyək:

“İlahi! Öz Peyğəmbərini və başqa saleh bəndələrini Qiyamət günündə bizə şəfaətçi qərar ver. Lakin bizim haqqımız yoxdur deyək: “Ey Allahın Rəsulu və yaxud, ey Allahın vəlisi, mənim haqqımda şəfaət etməyi səndən istəyirəm.” Çünki şəfaət elə bir şeydir ki, Allahdan başqa heç kim ona qadir deyildir. Əgər belə bir əməli Bərzəx aləmində olan Peyğəmbərdən istəsən, şirk və qarşındakına ibadət kimi sayılacaqdır.1

Vəhhabilər şəfaətçilərdən şəfaət istəməyi haram edib, şəfaət istəyəni müşrik və onun əməlini şirk adlandırırlar.

Biz onların gətirdikləri dəlilləri araşdırmadan əvvəl məsələnin özünü Kitab (Quran), sünnə və müsəlmanların (davranışı) nəzərindən araşdıraq.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin