Вәһһаби Мәзһәби



Yüklə 1,5 Mb.
səhifə64/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   60   61   62   63   64   65   66   67   ...   98

4. Şəfaət Allaha məxsusdur


Şəfaətin Allaha məxsus olduğu aşağıdakı ayədə bildirilir. Belə olan halda başqalarından şəfaət istəməyin nə kimi mənası vardır?

“Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda, şəfaətmi edəcəklər? Bütün şəfaət yalnız Allaha məxsusdur.”1

Cavab:

Ayədə “Şəfaət yalnız Allaha məxsusdur” ifadəsi o demək deyildir ki, Allahdan başqa şəfaət etməyə heç kimin haqqı yoxdur.



Sözsüz ki, Allah-taala bir şəxsi başqa bir şəxsin yanında şəfaətçi etmir. Ayədə məqsəd budur ki, şəfaətin əsl səbəbkarı bütlər yox, Allah-taaladır. Çünki yalnız ağılı, dərrakəsi və düşüncəsi olan bir şəxs şəfaətə sahib ola bilər. Bütlər isə ağıllı və dərrakəsi olmayan cansız əşyalardırlar.

“Onların heç bir şeyə malik olmadıqları və heç bir şeyi qanmadıqları halda...”

Deməli, ayədə əsas məqsəd şəfaətin bütlərə yox, Allaha məxsus olmasıdır. Allah hər kimin səlahiyyəti və ləyaqəti olarsa, ona şəfaət etməyə izn verər. Bünlərin isə nə səlahiyyəti çatır, nə də ləyaqəti. Belə olan halda ayənin bizim bəhsimizə aid olmadığı sübuta yetirilir. Çünki müsəlmanlar şəfaətin yalnız və yalnız Allaha məxsus olduğuna, övliyaların isə Allahın izni ilə şəfaət etmələrinə inanırlar. Həmçinin ayələrin və hədislərin hökmünə əsasən, Peyğəmbərə Allah tərəfindən şəfaət izni verilməsini qəbul edirlər. Buna görə də müsəlmanlar Peyğəmbərdən ona izn verildiyinə görə şəfaət istəyirlər. Bu sözün ayəyə heç bir bağlılığı olmadığı bəlli olur.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin