Üçüncü növbədə qanun üzrə vərəsəliyə çağırılan şəxslərə üçüncü növbə üzrə vərəsələr deyilir. üÜçüncü növbə üzrə vərəsələrin tərkibinə daxil edilir (MM-in 1159-cu maddəsinin 3-cü bəndi): • ölənin (miras qoyanın) babasını; • ölənin (miras qoyanın) nənəsini.
Baba və nənə yalnız aşağıdakı hallarda üçüncü növbə üzrə vərəsələr rolunda vərəsəliyə çağırıla bilərlər: • birinci və ikinci növbə üzrə vərəsələr olmadığı halda; • birinci və ikinci növbə üzrə vərəsələr tərəfindən miras əmlak qəbul olunmadığı halda; • birinci və ikinci növbə üzrə vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildiyi halda; • birinci və ya ikinci növbə üzrə vərəsələr tərəfindən üçüncü növbə üzrə vərəsələrin xeyrinə miras əmlakdan imtina olunduğu halda; • vəsiyyət üzrə vərəsələr tərəfindən üçüncü növbə üzrə vərəsələrin xeyrinə miras əmlakdan imtina olunduğu halda.