Vərəsəlik hüququ


Vərəsəlik hüququnun beşinci növbədə vərəsəliyə çağırılan subyektlərinə beşinci növbə üzrə vərəsələr deyilir



Yüklə 39,01 Kb.
səhifə20/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   ...   14   15   16   17   18   19   20   21   22
Vərəsəlik şçququ

Vərəsəlik hüququnun beşinci növbədə vərəsəliyə çağırılan subyektlərinə beşinci növbə üzrə vərəsələr deyilir.

Azərbaycan Respublikasının vərəsəlik hüququ onların dairəsini belə müəyyənləşdirir (MM- in 1159-cu maddəsinin 5-ci bəndi); • miras qoyanın xala uşaqları; • miras qoyanın dayı uşaqları; • miras qoyanın bibi uşaqları; • miras qoyanın əmi uşaqları'.

Şəxslərin beşinci növbə üzrə vərəsə qismində vərəsəliyə çağırılmaları üçün müvafiq hallardan birinin olması gərəkdir. Həmin hallara aiddir: • birinci, ikinci, üçüncü və dördüncü növbə üzrə vərəsələrin olmadığı halda; • birinci, ikinci, üçüncü və dördüncü növbə üzrə vərəsələr mirası qəbul etmədikləri halda; • birinci, ikinci, üçüncü və dördüncü növbə üzrə vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə; • birinci, ikinci, üçüncü və dördüncü növbə üzrə vərəsələr, habelə vəsiyyət üzrə vərəsələr beşinci növbə üzrə vərəsələrin xeyrinə mirasdan imtina etdiyi halda

16.Təmsiletmə hüququ üzrə vərəsəlik



Təmsiletmə hüququ üzrə vərəsəlik dedikdə, xüsusi (spesifik) xarakterli elə bir qayda başa düşülür ki, bu qaydaya görə, müəyyən şəxslər miras açılan zaman ölmüş olan, əgər ölməsəydi və sağ qalsaydı, vərəsə ola bilən valideynlərinə miras əmlakdan qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan pay alırlar. Həmin şəxslər isə təmsiletmə hüququ üzrə vərəsəliyə çağırılan vərəsələr adlanır. Onlar miras açılana kimi ölmüş öz valideynini əvəz edərək vərəsəliyə çağırılırlar.MİSAL(Bəzən həyatda oğul və ya qız öz valideynlərindən, məsələn, öz atalarından tez ölürlər. Elə hesab edək ki, atanın üç oğlu vardır. Oğlanlardan biri ölür və onun iki qızı (atanın nəvələri) qalır. Bundan xeyli müddət keçmiş (məsələn, bir il) atanın özü ölür və bunun nəticəsində miras açılır. Belə halda miras qoyan atanın sağ olan iki oğlu vərəsəliyə çağırılırlar. Onlarla birlikdə, eyni vaxtda həm də ölən oğlun sağ olan iki 138 qızı, yöni miras qoyan atanın iki qız novəsi də vərəsəliyə çağırılırlar. Həmin qızlar miras qoyan atanın vərəsəsi ola bilən öz ölmüş valideyninin (əlbəttə, o, ölməsəydi atanın ölümündən sonra vərəsə olacaqdı) vərəsəlik münasibətində yerini tutur, onu əvəz edir və buna görə də miras əmlakdan müəyyən pay (qanun üzrə vərəsəlik əsasında ölmüş valideynə düşəsi hissəyə bərabər olan pay) alırlar.) Belə ki, yeni MM-ə görə, birinci, ikinci və üçüncü növbə qaydasında təmsiletmə hüququ üzrə vərəsəliyə yol verilir: • birinci növbə üzrə miras qoyanın nəvə və nəticələri, övladlığa götürülən şəxsin uşaqları (MM-in 1 l59-cu maddəsinin 1-ci bəndinin 3-cü yarımbəndi); • ikinci növbə üzrə miras qoyanın bacı və qardaş uşaqlan (MM-in 1159-cu maddəsinin 2-ci bəndi); • üçüncü növbə üzrə miras qoyanın nənə və babasının ata və anası (MM-in 1159-cu maddəsinin 3-cü bəndi).

Təmsiletmə hüququ üzrə vərəsəliyin üç əsas anlayışı vardır: vərəsə; təmsiletmə hüququ üzrə vərəsə; miras qoyan şəxs.

Vərəsə dedikdə, təmsiletmə hüququ üzrə vərəsənin, əgər ötməsəydi, miras qoyanın qanun üzrə vərəsəsi ola bilən valideyni (ata və ya anası) başa düşülür.

Təmsiletmə hüququ üzrə vərəsə dedikdə, vərəsəlik münasibətlərində vərəsəni - öz ölmüş valideynini təmsil və onu əvəz edən, bu münasibətlərdə onun yerini tutan və buna görə də vərəsəlik hüququ əldə edən şəxs başa düşülür.

Miras qoyan dedikdə, elə bir şəxs başa düşülür ki, məhz onun ölümü təmsiletmə hüququ üzrə vərəsəliyin yaranmasına səbəb olur.

MİSAL: Kənd sakininin bir oğlu və bir qızı vardır. Oğul ölür. Onun üç uşağı qalır. Oğulun ölümündən sonra kənd sakini (ata) da ölür. Bunun nəticəsində vərəsəlik yaranır və miras açılır. Vərəsəliyə həm kənd sakininin (atanın) sağ qalmış qızı, həm də onun ölmüş oğlunun (əgər sağ qalsaydı, məlum məsələdir ki, o, kənd sakininin vərəsəsi olacaqdı) əvəzinə üç uşağı çağırılır. Burada kənd sakini (ata) miras qoyan, onun ölmüş oğlu vərəsə, üç uşaq isə təmsiletmə hüququ üzrə vərəsələrdir.

Lakin təmsiletmə hüququ üzrə vərəsələr avtomotik (özbaşına) olaraq vərəsəliyə çağırılmırlar. Bunun üçün bir neçə şərtin (tələbin) olması lazımdır. Əgər bu şərtlər (tələblər) olmazsa, təmsiletmə hüququ üzrə vərəsəlik yaranmır və buna görə də müvafiq şəxslər təmsiletmə hüququ qayda-sında vərəsəliyə çağırılmırlar.

Birincisi, vərəsə miras açılan anda sağ olmamalıdır, yəni miras qoyanın özündən əvvəl ölməlidir.

İkincisi, vərəsəni (valideyni) mirası əldə etməkdən məhrum edən hər hansı hal olmamalıdır. Yalnız qanun üzrə vərəsəlik halında təmsiletmə hüququ üzrə vərəsəliyə yol verilir'.

17.İrsi transmissiya

18.Məcburi vərəsələr və miirasda məcburi pay

Məcburi vərəsələr qanun üzrə vərəsələrin xüsusi kateqoriyasını təşkil edir. Bildiyimiz kimi, vəsiyyət azadlığı prinsipi vərəsəlik hüququnun əsas prinsiplərindən biri hesab olunur. Bu prinsip şəxsə imkan verir ki, 0, özünə məxsus olan əmlakı barəsində öz mülahizəsinə və istəyinə görə vəsiyyət sərəncamı etsin. Vəsiyyət azadlığı prinsipinə görə, vəsiyyət edən şəxs vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Lakin vəsiyyət edən şəxsin bu cür hüquqları mütləq, qeyri-məhdud xarakter daşımır. Belə ki, mülki qanunvericiliyin müəyyən etdiyi xüsusi xarakterli qayda müəyyən hallarda vəsiyyət edənin hüquqlarını, ümumiyyətlə, vəsiyyət azadlığı prinsipinin tətbiq sferasını məhdudlaşdınr. Həmin qayda müəyyən edir ki, miras qoyana (vəsiyyət edənə) nisbətən yaxın olän şəxsləri miras əmlak hesabına, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq maddi cəhətdən təmin etmək, yəni mirasdan pay ayırmaq lazımdır. Mülki hüquq elmində (doktrinasında), qanunvericilikdə və məhkəmə praktikasında bu pay məcburi pay, həmin payı almaq hüququ olan şəxslər isə məcburi vərəsələr adlanır. Mirasdan məcburi pay almaq hüququ olan qanun üzrə vərəsələrə məcburi vərəsələr deyilir'.

Azərbaycan Respublikasının vərəsəlik hüququ məcburi vərəsələrin dəqiq və qəti siyahısını verir (MM-in 1193-cü maddəsi). Həmin siyahıya daxildir:

• vəsiyyət edənin uşaqları;

• vəsiyyət edənin valideynləri;

• vəsiyyət edənin arvadı (əri).

Göstərilən siyahıdan məlum olur ki, məcburi vərəsə rolunda yalnız birinci növbə üzrə vərəsələr sırasına daxil olan şəxslər çıxış edə bilərlər.

Məcburi vərəsələrin (miras qoyanın uşaqlarının, valideynlərinin və ərinin (arvadının) məcburi payı tələb etmək hüququnun əmələ gəlməsini mülki qanunvericilik mirasın açıldığı anla əlaqələndirir. Belə ki, mirasın açıldığı andan məcburi vərəsənin məcburi payı tələb etmək hüququ yaranır (MM-in 1194-cü maddəsi). Miras isə vəsiyyət edənin ölməsi ilə açılır. Əgər o, ölməzsə, məcburi vərəsəlik hüququ yaranmır. Buna görə də vərəsə məcburi payı tələb edə bilməz.

Vərəsə bütün hallarda istisnasız olaraq, məcburi vərəsə statusu əldə etmir. Belə ki, qanunda nəzərdə tutulan hallarda məcburi vərəsə məcburi pay almaq hüququndan məhrum edilə bilər.

Vərəsə valideynlik hüquqlarından məhrum edildikdə də məcburi pay ala bilməz. O, vərəsə ola bilməyən valideyn kateqoriyasına aiddir

Məhkəmə qaydasında da vərəsə məcburi pay almaq hüququndan məhrum edilə bilər

Ləyaqətsiz vərəsələr məhrum edilir.

Azərbaycan Respublikasının vərəsəlik hüququ məcburi pay adı altında məhz miras payını nəzərdə tutur. Deməli, məcburi pay hüququna malik olan şəxs vərəsələrdən tələb etmək (öhdəlik) hüququna malik olan kreditor yox, tam hüquqlu vərəsədir.

Məcburi pay dedikdə, mirasın elə bir hissəsi başa düşülür ki, məcburi vərəsələr vəsiyyətnamənin vasitəsilə bu .paydan məhrum edilə bilməzlər və əgər vəsiyyətnamə ilə məcburi vərəsələr məcburi pay almaq hüququndan məhrum edilərsə, onda vəsiyyətnamənin həmin hissəsi etibarsız sayılacaqdır^

Məcburi payın həcmi nə qədərdir? Azərbaycan Respublikasının vərəsəlik hüququ bu suala dəqiq cavab verir: hər bir məcburi vərəsəyə düşən pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısından, yəni-hissəsindən ibarətdir. Azərbaycan Respublikasının vərəsəlik hüququ məcburi payın həcmini müəyyənləşdirərkən qanun üzrə vərəsəlik zamanı vərəsələrə (söhbət qanun üzrə vərəsələrdən gedir) çatası payı əsas kimi tutur. Həmin paya qanuni pay və ya qanunla müəyyənləşdirilən pay deyilir. Məcburi pay isə qanuni payın yarısını (^hissəsini, 50%-ni) təşkil edir.

Məcburi payın həcmini düzgün hesablamaq lazımdır.

Birincisi, ilk növbədə əgər vəsiyyətnamə olmasaydı, qanun üzrə vərəsəliyə çağınla bilən bütün vərəsələrin, yəni qanun üzrə vərəsələrin dəqiq dairəsi (sayı) müəyyənləşdirilir. Məcburi miras payının həcmini müəyyənləşdirərkən, əgər vəsiyyətnamə ilə vərəsəlik qaydası dəyişdirilməsəydi, vərəsə ola bilən bütün qanun üzrə vərəsələrin hamısının sayı nəzərə alınmalıdır

İkincisi, sonra isə mirasın tərkibini müəyyənləşdirmək lazımdır. Mülki qanunvericilik göstərir ki, məcburi payın həcmini müəyyənləşdirərkən bütün miras kütləsini nəzərə almaq lazımdır

Üçüncüsü, mirasın qiyməti müəyyənləşdirilir, yəni miras qiymətləndirilir. Söhbət mirasın pulla ifadəsinin müəyyən edilməsindən gedir

Dördüncüsü, miras əmlak qiymətləndirildikdən sonra mirasın təmiz (xalis) qiyməti müəyyənləşdirilir. Mirasın xalis qiyməti dedikdə, miras aktivi ilə miras passivi arasındakı fərq başa düşülür

Beşincisi, qalıq (mirasın xalis qiyməti) vərəsəliyə çağırıla bilən qanun üzrə vərəsələrin sayma bölünür'

19.Ləyaqətsiz vərəsə

Ləyaqətsiz vərəsə dedikdə, müəyyən hallara görə, vərəsəlik- dən kənarlaşdırılan və buna görə də vərəsəlik hüququndan məhrum edilən şəxslər başa düşülür. Ləyaqətsiz vərəsə mirası əldə etmək və almaq hüququna malik olmayan şəxsdir. Ləyaqətiz vərəsə cəmiyyətdəki birgə yaşayış qaydalan baxımından özünün nalayiq davranışına görə vərəsəlikdən kənarlaşdırılıt.

Azərbaycan Respublikasının vərəsəlik hüququna görə, ləyaqətsiz vərəsə kateqoriyasına aiddir

: • müəyyən hallara görə vərəsə olmayan şəxslər - I qrup ləyaqətsiz vərəsələr;

• valideynlik hüququndan məhrum edilmiş şəxslər (MM-in 1138-ci maddəsi) - II qrup ləyaqətsiz vərəsələr;

• miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər (MM-in 1138-ci maddəsi) - III qrup ləyaqətsiz vərə.sələr


Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin