Fiziki şəxsin I qrup ləyaqətsiz vərəsə kimi tanınması üçün həmin şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır; • birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması. Söhbət fiziki şəxsin hüquqazidd hərəkətlər etməsindən gedir. Həmin hərəkətlər isə ifadə oluna bilər: saxta vəsiyyətnamə tərtib etməkdə; əsl və həqiqi vəsiyyətnamənin gizlədilməsində; şəxsi konkret vətəndaşın xeyrinə vəsiyyətnamə yazmağa məcbur etmədə; vəsiyyət üzrə vərəsələrdən kimsəni mirasdan imtina olunmasına vadar etmədə; şəxsi leqat (vəsiyyət tapşırığı) nəzərdə tutuna vəsiyyətnamə yazmağa məcbur etmədə; leqatarini leqatdan imtina etməyə məcbur etmədə; leqat barədə məlumatı gizlətməkdə; vəsiyyətnaməni saxtalaşdırmaqda; başqa vərəsələrin olması barədə məlumatın gizlədilməsində və s
• ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi
Amma göstərilən hərəkətlərdən birinin edilməsi şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün yetərli deyildir və kifayət etmir. Bunun üçün həm də iki əlavə şərtin olması lazımdır.Birinci şərt ondan ibarətdir ki, şəxsin vərəsəlik hüququndan məhrum edilməsinə səbəb olan hallar (hərəkətlər) məhkəmə tərəfindən təsdiq olunmalıdır.
İkinci şərt isə ondan ibarətdir ki, şəxsin vərəsəlikdən kənarlaşdırılmasına səbəb olan hərəkətlər qəsdən edilməlidir və xüsusi olaraq ya miras qoyanın əleyhinə (məsələn, miras qoyanı öldürmək), ya vərəsələrdən hər hansı birinin əleyhinə (məsələn, vərəsəni hədələməklə mirasdan əl çəkməyə məcbur etmək; bu isə mirasın hədələyən, yəni hədə təsiri göstərən şəxsə keçməsini təmin edir), ya da vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə (məsələn, əsl və həqiqi vəsiyyətnamənin saxta vəsiyyətnamə ilə əvəz olunmasına cəhd göstərmək) yönəlməlidir.
Dostları ilə paylaş: |