Vərəsəlik hüququ


Mirasın qorunması prinsipi



Yüklə 39,01 Kb.
səhifə15/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
Vərəsəlik şçququ

Mirasın qorunması prinsipi vərəsəlik hüququnun prinsiplərindən biri sayılır.

Vərəsələrin növbə əsasında vərəsəliyə çağırılmaları prinsipini vərəsəlik hüququnun prinsipləri sırasına daxil edə bilərik. Bu prinsip onu ifadə edir ki, hər bir növbə üzrə vərəsələr özündən əvvəlki növbə üzrə vərəsələr olmadıqda və ya ləyaqətsiz vərəsə hesab edildikdə və ya vərəsəlikdən məhrum edildikdə və ya mirası qəbul etmədikdə və yaxud mirasdan imtina etdikdə vərəsəliyə çağırılırlar.

15.Qanun üzrə vərəsəlik

Azərbaycan Respublikasının vərəsəlik hüququna görə vərəsəlik iki cür olur: qanun üzrə vərəsəlik; vəsiyyət üzrə vərəsəlik. Bunlar vərəsəliyin iki növüdür. Qanun üzrə vərəsəlik iki əsas fərqli xüsusiyyətinə görə vəsiyyət üzrə vərəsəlikdən ayrılır. Birincisi, qanun üzrə vərəsəlik zamanı vərəsəliyin şərtləri və qaydası qanunla, vəsiyyət üzrə vərəsəlik zamanı isə qanunla yox, miras qoyanın iradəsi ilə müəyyən edilir. İkincisi, qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Qanun üzrə vərəsəlik odur ki, həmin vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəflndən dəyişdirilməsi mümkün olmayıb, qanunla müəyyənləşdirilir.

Qanun özü bilavasitə vərəsəlik yaratmır. Başqa sözlə desək, qanunun özü bilavasitə vərəsəliyin əmələ gəlməsinin əsası kimi çıxış etmir. Məsələyə diqqətlə yanaşsaq görərik ki, bilavasitə qanunun özü yox, qanunda nəzərdə tutulan bir neçə fakt onun yaranmasına səbəb olur. Hüquqi tərkibə daxil olan birinci hüquqi fakt vərəsənin miras qoyan şəxslə yaxın əlaqədə (qohumluq münasibətində) olmasından ibarətdir. Hüquqi tərkibə daxil olan ikinci hüquqi fakt miras qoyan şəxsin ölməsindən (və ya məhkəmə qaydasında ölmüş elan edilməsindən) ibarətdir. Hüquqi tərkibə daxil olan üçüncü hüquqi fakt mirasın qəbul edilməsi aktından ibarətdir

Qanun üzrə vərəsəliyin birinci şərti əmlak barəsində vəsiyyət sərəncamının olmamasından ibarətdir’. Belə ki, miras qoyan vəsiyyətnamə qoymur. Ona görə də qanun üzrə vərəsəlik halı yaranır.

Qanun üzrə vərəsəliyin ikinci şərti ondan ibarətdir ki, əmlak barəsində edilən vəsiyyət sərəncamı tamamilə etibarsız hesab edilsin.

Qanun üzrə vərəsəliyin üçüncü şərti vəsiyyət səıəncaımmn tamamilə yox, qismən etibarsız hesab edilməsindən ibarətdir. Vəsiyyət səıəncaımmn qismən etibarsızlığı o deməkdir ki, onun yalmz bir hissəsi etibarsız sayılır.

Qanun üzrə vərəsəliyin dördüncü şərti əmlakın yalnız bir hissəsinin vəsiyyət edilməsindən ibarətdir. Başqa sözlə desək, şəxs öz əmlakının bir hissəsini vəsiyyət edir, digər hissəsini isə vəsiyyət etmir. Deməli, belə halda vəsiyyət sərəncamı bütün miras əmlakı əhatə etmir. Mirasın vəsiyyət sərəncamı ilə əhatə olunan, yəni vəsiyyət olunan hissəsi vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Buna görə də qanun üzrə vərəsəlik yaranmır. Mirasın vəsiyyətnamə ilə əhatə olunmayan, yəni vəsiyyət edilməyən hissəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, həmin hissə qanunla müvafiq şəxlərə keçir.

Qanun üzrə vərəsəliyin beşinci şərti vəsiyyət sərəncamında göstərilən şəxsin mirasın qəbulundan imtina etməsindən (boyun qaçırmasından) ibarətdir.

Qanun üzrə vərəsəliyin altıncı şərti vəsiyyətnamədə vərəsə kimi göstərilən şəxsin mirasın açılmasından əvvəl ölməsindən ibarətdir.

Qanun üzrə vərəsəlik zamanı vərəsə olmaq hüququ əldə edən və dairəsi birbaşa qanunun özü ilə müəyyənləşdirilən şəxslərə qanun üzrə vərəsəliyin subyektləri deyilir. Qanun üzrə vərəsələrin dairəsini müəyyənləşdirərkən Azərbayean Respublikasının vərəsəlik hüququ vərəsənin miras qoyanla yaxın qohumluq faktını əsas meyar və əlamət kimi nəzərdə tutur. nun üzrə vərəsələrin qanunun müəyyən etdiyi növbə qaydası ilə vərəsəliyə çağırılmasına vərəsəliyin növbəliyi deyilir. Azərbaycan Respublikasının vərəsəlik hüququ vər səliyin beş növbəsini nəzərdə tutur.


Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin