Hüquqi şəxslərin mənfəət vergisi Mənfəət vergisi – Azərbaycan Respublikasının vergi sistemində birbaşa vergi olub (yəni onun məbləği müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrindən asılıdır), müəssisənin mənfəətindən ödənilən vergidir.
ƏDV-Əlavə Dəyər Vergisi Dolayı vergi olmaqla ƏDV məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalaq mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcminin azalmasına səbəb olursa, ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir.
Məhsul xaricə satıldıqda o, ƏDV-yə sıfır dərəcə ilə cəlb olunduğundan, bu vergi növü həm də ixrac olunan məhsul istehsalının həcminin artırılmasını stimullaşdırır.
ƏDV-ni digər vergilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də vergi əvəzləşdirilməsi mexanizminin mövcud olmasıdır.
Hər bir satıcı satış anında alıcıdan bu vergini alır. Əldə edilmiş məbləğdən özünün ödədiyi ƏDV-ni çıxır və qalan məbləği büdcəyə ödəyir. Son nəticədə ƏDV məhsulun son istehlakçısının üzərinə keçirilir.
Əlavə dəvər vergisi anlayışı
1 yanvar 1992-ci il tarixdən Azərbaycan Respublikasında tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) dolayı vergi olmaqla dövriyyədən vergini əvəz etmişdir.
ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.
Hüquqi ədəbiyyatdakı tərifi:
ƏDV dolayı vergi olub, malların, iş və xidmətlərin istehsalı və satışı prosesində yaranan və onlar satıldıqca büdcəyə köçürülən əlavə artımının (əlavə dəyərin) bir hissəsinə deyilir.
Yol və mədən vergisi Torpaq vergisinin ödəyiciləri və obyektləri
Torpaq vergisinin anlayışı Tоrpaq vergisi tоrpaq mülкiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı оlmayaraq tоrpaq sahəsinə görə hər il sabit tədiyə şəкlində hesablanır.
Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.
Aşağıdakılar torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri almalıdırlar:
rezident fiziki şəxslər;
qeyri-rezident fiziki şəxslər;
rezident müəssisələr
qeyri-rezident müəssisələr.
Mədən vergisi Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə tutulan vergidir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq: Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
Vergi ödəyiciləri mədən vergisini bilavasitə öz gəlirindən və ya əmlakından, maddi sərvətlərin alınması və toplanması prosesində ödədikləri üçün tutlma üsuluna görə o, birbaşa vergi hesab olunur.