Vergi qanunvericiliyi


Ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar



Yüklə 0,62 Mb.
səhifə11/15
tarix02.01.2022
ölçüsü0,62 Mb.
#42965
1   ...   7   8   9   10   11   12   13   14   15
8 Movzu

Ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar:

- Vergi Məcəlləsinin 150.1.1-ci və 150.1.2-ci (muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və xüsusi notariuslar) və 150.1.8.-ci (həyatın yığım sığortası üzrə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar) maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə;

- Vergi Məcəlləsinin 150.1.3—150.1.7-ci maddələrinə (dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar; hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər; hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar; fiziki şəxslərə icarə haqları və royalti ödəyən, qeyri-rezidentə ödəmələr verən və ya qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən qeyri-rezidentə köçürmələr edən hüquqi şəxslər və ya sahibkarlar; vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar) uyğun olaraq, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə;


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin